|
İNSULİN
İNSULİN POMPALARI
İNSULT
İNSULİN İNYEKSİYALARI
İNSULİN
İnsulin , bu şəkərin(qlükozanın) hüceyrələrə daxil olmasına
kömək edən hormondur. Sizin hüceyrələriniz şəkərdən
enerji kimi istifadə edir. İnsulin mədəaltı vəzidə sintez
olunur.Sizin mədəaltı vəziniz mədənin arxasında yerləşir.
Əgər sizdə I tip şəkərli diabet varsa, mədəaltı vəzi
demək olar ki, insulin sintez etmir və ya çox az sintez
edir. Buna görə də sizə insulin lazımdır.
Əgər sizdə II tip şəkərli diabet varsa, mədəaltı vəzi
normal miqdarda insulin sintez edir, lakin onun istifadəsi
bu və ya digər səbəbdən çətinləşir, və ya kifayət qədər
sintez edə bilmir, ola bilər ki, hər iki səbəb birlikdədir.
Bu zaman diabet əleyhinə tabletlərdən, insulindən istifadə
edilməlidir.
İNSULİNİN TİPLƏRİ
2 tip insulin mövcuddur: heyvan və insan mənşəli. Heyvan
mənşəli insulin adətən donuzun mədəaltı vəzisindən alınır.
İnsan insulini laborator şəraitdə gen mühəndisliyi yolu
ilə maya göbələklərinə və bakteriyalara insanın genetik
insulin kodunu yerləşdirməklə hazırlanır. Bu prosessdən
sonra maya göbələkləri və ya bakteriyalar insulin sintez
etməyə başlayır. Heyvan mənşəli insulin insan mənşəli
insulinə nisbətən daha çox allergikdir. Bu səbəbdən
də çox vaxt insan mənşəli insulin istifadə edilir. Lakin
heyvan mənşəli insulində heç bir ağırlaşma olmadan çox
geniş istifadə olunur.
İNSULİNİN TƏSİRİ
İnsulinin təsiri 3 fazaya bölünür: başlanğıc, pik və
təyinedilmiş müddət üzrə.
Başlanğıc insulinin təsirinin başlanması üçün lazım
olan müddət başa düşülür. Pik - bu insulinin daha aktiv
fəaliyyəti müddətidir. Təyinedilmiş müddət insulinin
neçə müddət təsir etdiyini göstərir. Aşağıdakı cədvəldə
insulinin başlanğıc vaxt, pik və təyin edilmiş müddəti
göstərilmişdir. Cədvəldə intervallar ona görə göstərilib
ki,bir xəstədə digərinə nisbətən insulinin tez və ya
gec təsiri göstərə bilər.
Insan mənşəli
İnsulinin
tipi |
Lizpro
|
Requlyar
|
NPX1 |
Lente |
Ultralente |
Başlanğıc (saat)
|
0.25
|
0.5-1 |
2-4
|
3-4
|
6-10
|
Pik (saat) |
0.5-1.5 |
2-3
|
4-10 |
4-12 |
18-20 |
Effektiv təsir müddəti (saat) |
2-4 |
3-6 |
10-16 |
12-18 |
20-24 |
Maksimal təsir müddəti (saat) |
4-6 |
6-10 |
14-18 |
16-20 |
|
Heyvan mənşəli
İnsulinin
tipi |
Lizpro
|
Requlyar
|
Lente |
Ultralente |
Başlanğıc (saat)
|
0.5-2
|
4-6
|
4-6
|
8-14 |
Pik (saat) |
3-4 |
8-14 |
8-14 |
Az istifadə olunur |
Effektiv təsir müddəti (saat) |
4-6 |
16-20
|
16-20 |
24-36 |
Maksimal təsir müddəti (saat) |
6-8 |
20-24 |
20-24 |
24-36 |
İNSULİNİN TƏSİR VAHİDİ
İnsulin maye formasında buraxılır. Məhlulun təsir vahidi(TV)
müxtəlif qarışıqlarda müxtəlif olur. Əksər insanlarda
insulin 100 TV istifadə edilir. Bu, 1 millilitrdə 100
TV gücündə insulinin olduğunu bildirir. Əgər siz özünüzə
insulin yeridirsinizsə, üzərində insulinin təsir vahidini
göstərən şprisdən istifadə etməyiniz məsləhətdir. Məsələn:
əgər siz 100 TV insulindən istifadə edirsinizsə, 100
TV göstəricili şprisdən istifadə edin.

İNSULİNİN SAXLANMASI
İnsulin ishetsalçıları onu soyuducuda saxlamağı məsləhət
görürlər. İnsulini soyuducunun buzxanasında donmağa
və gün altında qızmağına imkan vermək olmaz. Həddi aşmış
temperatur insulini dağıda bilər. Əksər həkimlər işlədilən
insulin flakonunu otaq temperaturunda 1 aydan artıq
saxlanmasına icazə vermirlər.
İNSULİNİN TƏHLÜKƏSİZLİYİ.
İnsulin flakonunu açmazdan əvvəl üzərindəki saxlanma
müddətini yoxlayın. Əgər saxlanma müddəti tarixi keçibsə,
ondan qəti istifadə etməyin. İstifadə etməzdən əvvəl
flakonu xarici baxışdan keçirin. Qısa müddətli təsir
edən insulin baxış zamanı şəffaf, rəngsiz olmalıdır.
Lakin NPX, lente və ulrtalente insulini baxış zamanı
bulanıq, lakin dənəvərsiz, kristalsız olmalıdır.
Əgər deyilən şərtlərə uyğun gəlməyən insulin almısınızsa,
onu aldığınız yerə qaytarıb yenisini alın və ya pulunuzu
geri alın.

İNSULİNLƏ MÜALİCƏ
Sizi müalicə edən həkim sizə hansı insulin növündən,
hansı dozada və nə vaxt istifadə etməniz üçün plan pazırlaya
bilər. Bu plana ciddi əməl etməlisiniz. Sizin insulin
müalicəsi planınız standart və intensiv ola bilər. Standart
plan zamanı sizə gün ərzində eyni zamanda, eyni dozada,
gündə 1-2 dəfə insulin yeridilməlidir. Bu adətən gündüz
və gecə saatlarında olur.
Standart plan bu halda müsbət nəticə verə bilər, lakin
o qanda şəkəri çox yüksək həddə də saxlaya bilər. Adətən
siz qanda şəkərin çox yüksək və çox aşağı həddindən
qorunursunuz. İntensiv müalicə vaxtı siz gündə 3 dəfə
və ya daha çox insulin yeridirsiniz və ya insulin pompalarından
istifadə edirsiniz. İnsulinin dozası planlaşdırılmış
qida, fiziki hərəkətlərin intensivliyi və aktivlik dərəcəsindən
aslı olaraq qanda şəkərin miqdarı ilə təyin edilir.

İnsulinlə intensiv müalicənin əsas məqsədi qanda çəkəin
miqdarını normaya çox yaxın həddə saxlamaqdır. Nəzərə
alsaq ki, siz qanda şəkərin miqdarını adətən aşağı saxlayırsınız,
onda sizdə qanda şəkəin normadan aşağı olma mümkünlüyü
ehtimalı yüksək olur. Həmçinin sizin çəkiniz bir qədər
arta bilər. Sizi müalicə edən həkimlə hansı insulin
müalicəsinin sizə uyğun olduğunu öyrənin. Qanda şəkərin
miqdarını və qlikohemoqlobinin səviyyəsini arzuolunan
həddə saxlayan insulin müalicəsi ən uyğun olandır.
Başlanğıca
İNSULİN POMPALARI
İnsulin pompası elektrik qidalandırıcı ilə təmin olunmuş,
prosessorla idarə olunan bir dəst kart ölçüdə qurğudur.
Pompa daxilində porşeni dişli çarxla idarə olunan insulinlə
doldurulmuş şpris yerləşir. 54 - 109 sm olan nazik boru
pompaya birləşdirilir. Borunun digər ucunda kateter
və ya iynə olur. Siz iynəni və ya katetri baldırda və
ya qarnın ön divarında dəri altına yeridirsiniz. İnsulin
borudan iynə və ya kateter vasitəsi ilə orqanizminizə
yeridilir. Pompanı siz nizamlayırsınız. Sizə nə qədər
və nə vaxt insulin yeridilməli olduğunu siz təyin edirsiniz.
Siz pompaya gün ərzində mütəmadi olaraq sizin mədəaltı
vəzi kimi orqanizmə az miqdarda insulin daxil etməyi
proqramlaşdırırsınız. Sonra pompanı elə proqramlaşdırırsınız
ki, hər yeməkdən qabaq əlavə lazım olan qədər insulin
yeritsin. Nə vaxt və nə qədər insulin yeridilməsini
siz pompaya tapşırıq kimi verirsiniz.

İnsulin pompası bütün gün ərzində ya paltarın altından,
ya da paltarın üstündən bədənə birləşdirilir. Pompa
ya su keçirməzdir ya da sukeçirməz futlyarda yerləşdirilir
ki, pompa ilə birlikdə duş qəbul etmək və ya yuyunmaq
mümükün olsun.
Əlbətdə, pompanı çıxarmaq olar. Əgər pompanı bir saatdan
çox müddətə çıxarmısınızsa, ola bilər ki, insulin inyeksiya
qəbul etməlisiniz. Buna əmin olmaq üçün mütləq qanda
çəkəri yoxlayın.
Qeyd: Siz əvvəlki kimi qanda şəkəri yoxlamalısınız.
Bunu gün ərzində 4 dəfədən az etməyin.
POMPA SİZƏ NƏ KİMİ KÖMƏK EDƏ BİLƏR.

Qanda şəkəi normal həddə yaxın saxlayar.
Bu ciddi nəzarət sistemi adlanır. Əgər insulin yeridilməsi
sizə kömək etmirsə, insulin pompası bunun öhdəsindən
daha yaxşı gələ bilər.
Qanda şəkərin əhəmiyyətli enib-qalxmasını azlda bilər.
Əgər qanda şəkər tez-tez dəyişirsə, insulin pompası
bu dəyişikliklə mübarizə apar bilər.
Gecə qanda şəkərin enməsini və səhər qalxmasını nəzarətdə
saxlayın. Gecə vaxtı sübhə nisbətən bədən daha az insulin
tələb edir. Əgər axşam şəkərin enməsindən qorunmaq üçün
gecə insulinin dozasını azaldırsınızsa, səhər sizdə
insulin çatışmazlığı ola bilər. Belə halda səhər yuxudan
oyandıqdan sonra qanda şəkər qalxmış olar.
İnsulin pomposından istifadə etdikdə bu problem aradan
qalxar, belə ki, pompanı elə proqramlaşdırırsınız ki,
o, gecə az, sübh tezdən isə çox miqdarda insulin yeritsin.
Və beləliklə, siz gecə enmələrindən və səhər şəkərin
çox qalxmasından qurtularsınız.

QORUNUN
Ketoasidoz. Əgər orqanizmdə az insulin
varsa və ya heç yoxdursa, siz ketoasidozla üz-üzəsiniz.
Ketoasidoz qanda çox sayda keton cismlərin toplanmasıdır2.
Əgər pompanın borucuğunun ağzı tutulubsa, qapanıbsa
və ya keçiricilik pozulubsa sizin bundan xəbəriniz olmaya
bilər (Qeyd edək ki, Pompada xüsusi həyəcan siqnalı
vardır ki, bu da borucuq tıxandıqda, insulin qurtaqdıqda
və ya elektrik qidalandırıcı fəaliyyətini dayandırdıqda
xəbər verə bilir. Lakin əgər iynə çıxıbsa pompa siqnal
verməyə də bilər). Bundan bir saat sonra qanda keton
cismlər toplana bilər. Ketoasidoz isə 6 saatdan sonra
inkişaf edə bilər. Bundan qorunmanın ən yaxşı yolu tez-tez
qanda şəkərin miqdarını yoxlamaqdır. Əgər sizdə qanda
şəkərin miqdarı 250 mg/dldən yüksəkdirsə sidikdə keton
cisimlərini yoxlayın.
İnfeksiya. İynənin bədəninizə batan
hissəsində infeksiya təhlükəsi mümkündür. Bu hissə infiltrassiya
ola bilər. Belə halla üzləşməmək üçün dəriyə iynənin
yeridilən hissəsini yaxşı təmizləmək lazımdır. Hər 48
saatdan bir həmin nahiyədə iynənin yeridilmə yerini
dəyişin (bax. İnsulin yeridilməsi), həmin nahiyyəyə
antibiotik maz çəkin və ya təmizləyicilərlə təmizləyin.
Dəri allergik reaksiyaları. İynənin
və ya kateterin ətrafında allergik reaksiya müşahidə
oluna bilər. Bu məqsədlə qeyri-allergen fiksasiya edən
lent və ya teflon kateterdən istifadə edin.
2. Keton cismlər aseton, aseto sirkə turşusu və beta-oksi
yağ tursularıdır ki, ən təhlükəlisi də məhz sonuncu
- beta-oksi yağ turşularıdır .
Başlanğıca
İNSULT
İnsult beyin qan dövranını pozulması nəticəsində yaranır.
Beynə qan getmədikdə o oksigenlə qidalan bilmir. Bu
zaman beynin bir hissəsi ya zədələnir, və ya məhf olur.
Qan dövranı xolesterin və yağların damara toplanması
ilə-ateroskrelozun əmələ gəlməsi ilə pozula bilər. Bu
növ insult işemik insult adlanır. Bu daha çox təsadüf
edilən növdür. Əgər qan dövranı pozğunluğu qısa müddətli
olarsa, bu keçici qan dövranı pozğunluğu adlanır (KQDP).
Sizin orqanizminiz laxtanı əritmək üçün xüsusi ferment
ifraz edə bilər və qan dövranı bərpa olunar. Əgər sizdə
tez-tez KQDP olursa, işemik insultun əmələ gəlmə ehtimalı
yüksək olur.
İnsultun digər növü isə hemoragik insultdur. Beynin
qan damarı dağıldıqda və ya keçiriciliyi zədələnibsə
bu zaman hemoragik insult meydana gəlir. Hemoragik insultun
ən çox əmələ gəlmə səbəbi kimi yüksəq qan təzyiqinin
olması göstərilir. Yüksək qan təzyiqi damar divarını
zədələyə bilər. Zədələnmiş damarlar dağılmağa və keçiriciliyin
pozulmasına daha çox məruz qalırlar. Diabet isə insultun
əmələ gəlmə ehtimalını iki dəfə tezləşdirir. Əgər sizdə
digər faktorlar da varsa insultun əmələ gəlmə ehtimalı
daha böyük olur.
İNSULTUN RİSK FAKTORLARI
-Sizdə əvvəllər KQDP olubsa,
-Əgər sizdə yüksək qan təzyiqi varsa,
-Əgər siqaret çəkirsinizsə,
-Əgər qanınızda xolesterinin miqdarı yüksəkdirsə,
-Əgər sizdə artıq çəki varsa,
-Əgər az hərəkətli həyat tərzi keçirirsinizsə,
-Əgər siz həddən artıq spirtli içki qəbul edirsinizsə,
Diabetin əmələ gəlməsi sizin iradənizdən aslı deyil,
lakin digər faktorlar bir başa sizdən aslıdır və bu
faktorlarla mübarizə apa bilərsiniz.

İNSULT RİSKİNİ NECƏ AŞAĞI SALMALI
Diabeti kompensasiya etməyə çalışın. Qanınızda şəkərin
miqdarını məsləhət görülən həddə saxlayın (bax. Qanda
şəkər). Bu qanda yüksək şəkərin damar divarını zədələməsi
ehtimalı kəskin azalda bilər.
Yüksək qan təzyiqinizi normallaşdırmağa çalışın. Sizə
xidmət edən tibb işçisi ilə birlikdə yüksək qan təzyiqini
düzgün qidalanma, fiziki hərəkətlər, çəkinin azaldılması
və dərman vasitələri ilə aşağı salmağa çalışın. Sadəcə
olaraq xörək duzunun azaldılması da qan təzyiqini normallaşdıra
bilər.
Siqareti tərgizin. Siqaret çəkmə qan damarlarını daraldır
və damarlara xolesterinin və yağların çökməsinə şərait
yaradır. Siqaret çəkmə qanın laxtalanmasını da sürətləndirir.
Yağlı qidalardan az istifadə edin. Doymamış yağdan və
xolesterindən az istifadə qanda xolesterinin miqdarının
aşağı düşməsi ilə nəticələnə bilər. Qanda xolesterinin
yüksək olması damar divarını zədələyə bilər.
Bir neçə kiloqram çəkinizi azaldın3. Düzgün qidalanma
və fiziki hərəkətlərlə çəkinin hətta az belə olsa azladılması
qan təzyiqinin və qanda xolesterinin aşağı düşməsi ilə
nəticələnə bilər.
Hərəkətdə olun. Həftədə üç dəfə, gün ərzində 15 dəqiqə
olmaqla piyada gəzin və ya velosiped sürün. Bu aerobik3
idman hərəkətləri qan təzyiqini aşağı sala, qanda “arzuolunmaz”
xolesterin olan ASLP və triqliseridlərin miqdarını azalda,
“arzuolunan” xolesterin sayılan YSLP miqdarını yüksəldə
bilər.
Spirtli içkilərdən mümkün qədər uzaq olun. Çox miqdarda
spirtli içki qəbul etmə qan təzyiqini yüksəldə bilər.
Əgər spirtli içkini pis qəbul edirsinizsə, sizdə əlavə
tibbi əks göstəriş varsa, içki qəbul etməsəniz yaxşı
olar.
İnsultun əmələ gəlmiş əlamətlərinə qarşı xüsusi ilə
həssas olun. O əmələ gəldikdə nə etməli olduğunuzu bilin.
İNKİŞAF EDƏN İNSULT VƏ YA KQDP-NUN ƏLAMƏTLƏRİ
• Siz qəfləti zəiflik və ya əl, ayaq və üzün keyiməsini
hiss edirsiniz,
• Görmənin qəfləti dumanlanması, zəifləməsi və ya itməsi
müşahidə olunar,
• Qəflətən ya danışa bilmirsiniz, ya da eşitmirsiniz,
• Qəflətən baş ağrıları olursa,
• Siz başgicəllənmə hiss etdiniz, ləngər vurdunuz və
qəflətən yıxıldınız.
ƏGƏR SİZ ÖZÜNÜZDƏ İNSULTDAN ŞÜBHƏLƏNİRSİNİZSƏ

1. Təcili yardıma zəng edin
2. Təmkimli olmağa çalışın.
3. Həkim gələnə qədər heçnə yeməyin və içməyin.
Başlanğıca
İNSULİN İNYEKSİYALARI
İnsulini həb formasında qəbul etmək mümkün deyil. O
təsir göstərməmiş qida kimi parçalandığına görə per
oral qəbul edilmir. İnsulini, yaxşı təsir etməsi üçün
dərialtına, piy toxumasına yeritmək lazımdır. İnsulini
piy toxumasına yeritmək əzələ daxili yeritməkdən daha
ağrısızdır. Bundan əlavə əzələ daxili yeridildikdə insulin
yaxşı işləyə bilmir. Adətən o, daha tez təsir etməyə
başlayır.
İNSULİNİ HARA YERİTMƏLİ
İnsulini yeritməzdən əvvəl onun yeridilmə nahiyəsini
və yerini dəqiqləşdirin. İnsulin 4 müvafiq nahiyəyə
yeridilə bilər. Bu yerlər aşağıdakılardır:

1. Qarnın ön divarı (göbəkdən 5 sm kənarda istənilən
yer)
2. Qolun yuxarı hissəsinə
3. Sağrı (istənilən hissəsi)
4. Bud (ön-yan səhtinə yeridilməlidir, içəri və dizə
yaxın səth olmaz)
Bu nahiyyələrdə insulin müxtəlif cür sorulur. Ən tez
sorulan nahiyyə qarın, sonra ardıcıllıqla çiyin, sağrı
və bud nahiyyələridir.
Ola bilər ki, siz inyeksiyanı eyni nahiyəyə yeritmək
istəyirsiniz. Və ya inyeksiyanın daha tez və ya daha
gec təsir etməsini plnlaşdıraraq, müxtəlif hissələrə
yeritmək fikrindəsiniz. Məsələn belə plan mümkündür:
səhər yeməyindən əvvəl və ya günorta yeməyindən əvvəl
qola və ya qarına (daha tez sorulması üçün), şam yeməyindən
əvvəl isə sağrıya və ya buda (daha gec sorulması üçün)
yeritmək.
Sizin müalicə həkiminiz inyeksiya üçün diğər plan təklif
edə bilər. Planın necə olmasınndan asılı olmayaraq onun
sizə necə təsir etdiyini və qanda şəkərin miqdarının
necə dəyişdiyini bilmək və nəticələri yazmaq lazımdır.
Təsəvüür edin ki, hər bir hissə bir birindən bir 2.5sm
uzaqlıqda yerləşən dairələrdir. Hər bir dairə bir yerdir.
Həmin yerlərin miqdarı sizin bədən ölçülərinizdən asılıdır.
O nə qədər çox olsa, inyeksiya üçün bir o qədər çox
yer olar. Hər bir nahiyyə hüdudunda inyeksiya zamanı
iynə yerini dəyişmək məsləhətdir. Hər dəfə iynə yerini
bir dairədə həyata keçirin. Bunu daimi olaraq təkrarlayın.
Bütün inyeksiyaları eyni yerdə həyata keçirmək olmaz,
bu zaman dəri altı toxumanı zədələyə bilərsiniz. 
İNSULİNİ NECƏ YERİTMƏLİ
1. Əllərinizi sabunla yuyun və dəsmalla qurulayın
2. İynə vurulan nahiyyəni tibbi spirt ilə təmizləyin
3. İnsulin flakonun üst hissəsini tibbi spirt ilə təmizləyin
4. İnsulin flakonunu əlinizdə astaca silkələyin ki,
içərisindədi insulin yaxşı qarışsın (əgər siz lizpro
və ya requlyar insulindən istifadə edirsinizsə bunu
etməyə ehtiyac yoxdur).
5. Şprisə insulinin lazım olan dozası qədər hava yığın,
havanı vakuumu aradan götürmək üçün flakona yeridin.
6. Falkonu başı aşağı çevirin. Şprisə insulini lazım
olan dozada yığın. Əgər siz insulin smesləri istifadə
edirsinizsə, əvvəl qısa müddət təsir edən insulini yığın.
7. Şprisdə hava qabarcığının olub olmadığını bir daha
yoxlayın. Əgər bir iki hava qabarcığı varsa, şpirisi
üzü yuxarı tutaraq şpirisə bir -iki zəif zərbə vuraraq
hava qabarcıqlarının yuxarı qalxmasına şərait yaradın.
8. Dəri qatını baş və göstərici barmaqla astaca tutub
sıxın.
9. İynəni dəriyə 90 dərəcəli bucaq altında yeridin.
Əgər sizdə piy təbəqəsi zəif inkişaf edibsə, iynəni
45 dərəcəli bucaq altında yeridin ki, əzələ toxumasına
çatmayasınız.
10. İnsulin dəriyə yeritdikdən sonra porşeni dərman
qurtarana kimi tam sıxın.
11. İynəni dəridən çıxarın.
12. İynə yerini quru pambıq diyircəklə və ya barmağınızla
yüngül, 5-8 san. sıxın, lakin silməyin. 
İYNƏNİN DAHA YAXŞI YERİDİLMƏSİ ÜÇÜN NƏ ETMƏK LAZIMDIR
İnsulin üçün şpirislər nazik və iti olub, dəriyə yaxşı
daxil olmaq üçün xüsusi hazırlanmışdır. Əksər insanlar
bilirlər ki, əgər insulin iynəsini düzğün yeridirsinizsə,
bu çox da ağrılı olmur.
• Otaq temperaturunda insulini yeridin. İnsulinin soyuducudan
soyuq halda birbaşa dəriyə yeritmək ağrılı ola bilər.
• İnsulin yeritməzdən əvvəl şprisdə hava qabarcığının
olmamasına əmin olun.
• Dəriyə şəkilmiş spirtin qurumasını gözləyin.
• İnyeksiya yeridiləcək nahiyyədə əzələni tam boşaldın.
• İynəni dəriyə tez vurun.
• İynədəriyə eyni bucaqda vurulmalı və çıxarılmalıdır.
• Daha iti iynədən istifadə edin, küt iynədən istifadə
etmək olmaz.
ŞPİRİSİ TƏKRAR NECƏ İSTİFADƏ ETMƏLİ
Birdəfəlik şpris istehsalçıları onu bir dəfədən artıq
istifadəsinə icazə vermirlər. İstehsalçılar ikinci istifadə
üçün şpirisin steril saxlanılacağına heç cür əmin olmadıqlarından
buna icazə vermirlər. Əgər ikinci dəfə şpirisdən istifadə
edirsinizsə bununla əlaqədar həkiminizlə məsləhətləşin.
-Hər dəfə şpirisdən istifadə etdikdən sonra təmizliyə
riayət etmək üçün iynənin qapağını yenidən taxın.
-İynənin flakondan başqa digər əşyalara dəyməyəsinə
imkan verməyin.
-İstifadə olunmuş şpirisi otaq temperaturunda saxlayın.
-Əgər şpiris kütləşibsə və ya flakondan başqa digər
yad əşyalara toxunubsa onu tullayın.
-İynəni spirtlə təmizləməyə cəhd etməyin.Spirt iynəni
kütləşdirə və nəticədə inyeksiyanın ağrılı olmasına
səbəb ola bilər.
-İynə vurduqda ehtiyatlı olun.
İŞLƏNMİŞ ŞPİRİSLƏRİ NECƏ MƏHV ETMƏLİ
İstifadə olunmuş şpirisləri iynələrdən qorunma konteynerinə
atın. Konteyner metallik və ya plastik materialdan hazırlanmış,
zibilliyə ağzı bağlı olaraq atılacaq hala salınması
asan olmaq üçün xüsusi qapaqla təmin olunmuşdur.
Diəgr üsul - iynə kəsənlə istifadə olunmuş şpirisləri
kəsib xüsusi bağlı və saxlamağı mümkün olan qutuya yığır.
Lakin iynənin qapağını qoyarkən ehtiyatlı olmalısınız
ki, əlinizə və ya digər şəxsə batmasın. Yaşadığınız
yerdə şpirisləri məhv etmək üçün xüsusi qanunun olub
olmamasını öyrənin.
Yerli şəhər və ya rayon zibil utilizasiya mərkəzindən
zibili necə məhv etdiklərini öyrənsəniz yaxşı olar.
Başlanğıca
|