15. Hestasion şəkərli diabet
| 
 Hestasion şəkərli diabet (HŞD) – bu hamiləlik zamanı birinci dəfə əmələ gəlmiş və ya aşkar olunmuş karbohidrat mübadiləsi pozğunluğudur. 
 | 
HŞD-in inkişafının risk qrupları
| 
 Parametrlər 
 | 
  Yüksək risk 
 | 
  Mötədil risk 
 | 
 Aşağı risk 
 | 
| 
 Artıq çəki (ideal çəkidən 20% artiq) 
 | 
 Hə 
 | 
 Hə 
 | 
 Yox 
 | 
| 
 Yaxın qohumlarda 2-ci tip ŞD 
 | 
 Hə 
 | 
 Yox 
 | 
 Yox 
 | 
| 
 HŞD anamnezdə  
 | 
 Hə 
 | 
 Yox 
 | 
 Yox 
 | 
| 
 Qlükozaya tolerantlığın pozulması 
 | 
 Hə 
 | 
 Yox 
 | 
 Yox 
 | 
| 
 Əvvəlki və ya hal-hazırkı hamiləlikdə qlükozuriya 
 | 
 Hə 
 | 
 Hə/yox 
 | 
 Yox 
 | 
| 
 Anamnezdə hidroamnion və ya iri döl 
 | 
 Hə/yox 
 | 
 Hə 
 | 
 Yox 
 | 
| 
 Anamnezdə çəkisi 4000 qramdan artıq uşağın doğulması və ya ölü doğulmuş 
 | 
 Hə/yox 
 | 
 Hə 
 | 
 Yox 
 | 
| 
 Hal-hazirki hamiləlikdə çəkinin sürətlə artması 
 | 
 Hə/yox 
 | 
 Hə 
 | 
 Yox 
 | 
| Yaşın 30-dan yuxarı olması | Hə/yox | Hə | <30 yaş | 
HŞD-in diaqnostikası və skrininqi![]()
Qlükozaya tolerantliq testinə əsasən HŞD-in aşkara çıxarılma kriteriyaları
| 
 Qlükozanın miqdarı  
 | 
 Acqarına 
 | 
 1saatdan sonra 
 | 
 2 saatdan sonra  
 | 
 3 saatdan sonra 
 | 
| 
 50qr qlükoza 
100qr qlükoza  | 
 >5,3 mmol/l 
>5,3 mmol/l  | 
 >7,8mmol/l 
>10,0mol/l  | 
 - 
>8,6mmol/l  | 
 - 
>7,8mmol/l  | 
100qr qlükoza ilə qlükozaya tolerantlıq testinin göstəricilərinin ən azı 2 göstəricisi normadan yuxarıdırsa HŞD diaqnozu qoyulur. Əgər göstəricilərdən biri normadan yuxarıdırsa onda test 2 həftədən sonra təkrar olunur.
 
 HŞD-in müalicəsi
 Diyeta .
| 
 • Kalorilik - ideal cəkiyə uyğun 25-30 kkal/kq. 
• Karbohidratlar – 35-40%. • Zülallar – 20-25% • Yağlar – 35-40%  | 
 Insan insulini ilə insulinterapiya
 
| 
  Diyetanın gözlənməsi fonunda ac qarına qlikemiya >5,5mmol/l və yeməkdən 2saat sonra >7,8mmol/l olduqda aparılır. 
Karbohidrat mübadiləsinin kompensassiyasının kriteriyaları: - qlikemiya ac qarına 3,5 -5,5mmol/l; - qlikemiya yeməkdən 2saat sonra 5,0 – 7,8mmol/l - HbAlc<6,5%  | 
 Şəkər aşağı salan həb preparatları əks göstərişdir.
 HŞD hamilələrin sonraki müalicəsi və aparılması manifest şəkərli diabet kimidir.
 Hamiləlikdən sonra müşahidə taktikası
  
| • Ananın karbohidrat mübadiləsinin vəziyyətinə təkrar rəy verilməsi doğuşdan 6 həftədən gec olmayaraq yerinə yetirilməlidir. • Qlikemiyanın normal səviyyəsində təkrar müayinə 3 ildə 1 dəfə aparılmalıdır. Karbohidratlara tolerantlığın pozulmasında isə ildə 1 dəfə müayinə aparılmalıdır. Növbəti hamiləlik 1-1,5 ildən sonra planlaşdırılmalıdır.  |