Alqoritm 14

Просмотров: 5663

 

14. HAMILƏLIK VƏ ŞƏKƏRLI DIABET

Şəkərli diabet fonunda hamiləlik ananın və dölün sağlamlığı üçün risklidir.

Şəkərli diabetlə xəstə ana üçün risk faktorları

• Damar ağırlaşmalarının proqresləşməsi (retinopatiya,nefropatiya,ÜIX);
• Hipoqlikemiyanın,ketoasidozun tezləşmiş inkişafı
• Hamiləliyin tezləşmiş ağırlaşmalari(gecikmiş hestoz, infeksiyalar, döldə mayenin çoxluğu).


Şəkərli diabetlə xəstə ananın dölü üçün risk faktorları.

• Yüksək perinatal ölüm;
• Anadangəlmə anomaliyalar (2-3 dəfə yüksək);
• Neonatal ağırlaşmalar;
• şəkərli diabetin inkişaf riski:
- əgər ana 1-ci tip diabetdirsə – 1,3%
- əgər ata 1-ci tip diabetdirsə – 6,1%

Hamiləliyə əks göstəriş – hamiləliyin kəsilməsinə tibbi göstəriş
(endokrinoloq-diabetoloq və akuşer-ginekoloq təyin edir):

• Ağır nefropatiya – kreatinin klirensinınin 50ml/dəq az olması, sutkalıq proteinuriyanın 3,0qr və daha çox olması, qanda kreatinin 120mmol/l çox olması, arterial hipertoniya ilə ;
• Ağır ürəyin işemik xəstəliyi;
• Proqresləşən proliferativ retinopatiya.

Hamiləlik arzu edilməzdir :
(endokrinoloq-diabetoloq və akuşer-ginekoloq təyin edir)

• Qadının yaşı 38-dən yuxarı olduqda;
• Hamiləliyin ilkin dövrlərində HbAlc>7%
• Hamiləliyin ilkin dövrlərində diabetik ketoasidozun inkişafında;
• Ər arvadın hər ikisində diabet olduqda ;
• Şəkərli diabetin ananın rezus sensibilizassiyası ilə birgə olması
• Şəkərli diabet və ağ ciyərlərin aktiv vərəminin birgə olması
• Xroniki piyelonefritin olması
• Hamiləlik vaxtı şəkərli diabeti yaxşı kompensassiya olunmuş xəstələrin anamnezində dölün tələf olması və ya inkişaf qüsurları
ilə uşaqların doğulması hallarının olması
• Pis sosial məişət şəraiti;

Hamiləliyin planlaşdırmasına qədər müaliçənin taktikası
(endokrinoloq-diabetoloq təyin edir)

• Xəstəyə ona və dölə olan risklər haqqında məlumatın verilməsi;
• Hamiləliyin planlaşdirılması
• Hamiləliyə 3-4 ay qalmış ideal kompensassiya;
- ac qarına qlikemiya 3,5 – 5,5mmol/l;
- yeməkdən 2saat sonra qlikemiya 5,0 – 7,8mmol/l;
- HbAlc<6,5%;
• Yalnız gen mühəndisliyi məhsulu olan insan insulinindən istifadə etmək;
• Vitaminlərlə, dəmirlə, fol turşusu ilə(400mk qr gündə)zəngin diyetaya əməl etmək
• Retinopatiyanı müalicə etmək;
• Antihipertenziv terapiya (AÇF ingibatorlarını kəsmək);
• Siqaret cekməmək;

Hamiləlik dövründə müalicənin taktikası
(endokrinoloq-diabetoloq və akuşer-ginekoloq təyin edir)

• Adekvat diyetanın gözlənilməsi:
- kalorilik: 1-ci uç aylıqda – BÇI görə 30 kkal/kq;
2-ci - 3-cü üç aylıqda – BÇI görə 35-38 kkal/kq;

- tərkibi: zülallar - 15% ,
_________Yağlar - 30%,
_________Karbohidratlar – 55%(əsasən mürəkkəb),
_________Zülalın istifadəsi 1,5 – 2,0qr/kq


 Gen mühəndisliyi məhsulu olan insan insulinindən istifadə etməklə intensiv insulinterapiya.
 Qlikemiyaya müntəzəm nəzarət; məqsəd:
ac qarına qlikemiya 3,5 – 5,5mmol/l;
yeməkdən 2saat sonra qlikemiya 5,0 – 7,8mmol/l;
HbAlc<6,5%;
 Okulistin müşahidəsi – hər 3 ayliqda göz dibinə 1 dəfə baxış.
 Ginekoloq və diabetoloqun müşahidəsi(hər gəlişdə çəkinin, AT-in, albuminuriyanın təyini):
- hamiləliyin 34 həftəsinə qədər– hər 2 həftədən bir
- 34 həftədən sonra – həftəde 1 dəfə
• Akuşer-ginekoloq tərəfindən dölün müayinəsi və vəziyyəti haqqinda rəy.

Dölün vəziyyətinin antenatal qiymətləndirilməsi

Hamiləliyin müddəti, həftə
Müayinə
7-10
UZM (dölün həyat qabiliyyəti)

16
Alfa-fetoproteinin təyini

18
UZM(inkişaf qüsurları)

24 həftədən
Dölün inkişafına rəy üçün hər 4 həftədən bir UZM

28 həftədən
Kardiotokoqrafiya (KTQ), gecikmiş hestozda hər 1-2 həftədən müntəzzəm KTQ.

38 həftədən
Gündəlik KTQ, ağ çiyərlərin inkişafının normallığıni təyin etmək üçün amniosentez

Xəstəxanaya yerləşdirmə zərürəti
(endokrinoloq-diabetoloq və akuşer-ginekoloq təyin edir)


• Hamiləliyin ilkin dövründə (müayinə, hamiləliyin saxlanma məsələsini həll etmək, şəkərli diabetin kompensassiyası, “diabet məktəbində” öyrənmək üçün);
• Hamiləliyin 21-24 həftəliyində (agirlaşma təhlükəsi olduqda);
• Hamiləliyin 35-36 həftəliyində (dölü dəqiq müşahidə üçün, mamalıq və diabetik ağırlaşmaların müalicəsi , doğuşun metod və vaxtının seçilməsi).

Hamiləlik vaxtı əks göstərişdir:

• Şəkər aşağı salan istənilən həblər;
• AÇF ingibatorları
• Qanqlioblokatorlar;
• Antibiotiklər (aminoqlikozidlər, tetrasiklinlər,makrolidlər və s.)

Hamiləlik vaxtı antihipertenziv terapiya

Qəbul ətməyə icazə verilmişdir
Doza
Göstəriş
Metildopa(dopegit)
250mq gündə 3 dəfə
Bütün hamiləlik dövründə
Nifedipin(korinfar)
10mq gündə 3 dəfə
Yalnız hipertonik krizlərdə
Furosemid
Xəstənin vəziyyətinə görə təyin olunur.
Ananın həyatına təhlükə olduqda;
- Ağ ciyərin ödemi;
- ürək çatmamazlığı
- Kəskin böyrək çatmamazlığı

Doğuşun taktikası
(akuşer-ginekoloq təyin edir)

• Optimal müddət – 38ci – 40cı həftə
• Optimal metod – doğuşun təbii qaydada proqramlaşdırılması və doğuş vaxtı və doğuşdan sonra qlikemiyaya dəqiq nəzarət etməklə
• Qeysər kəsiyinə göstəriş
________- mamalıqda ümumi qəbul edilmiş
________- diabetin və hamiləliyin əhəmiyyətli və ya proqresləşən ağırlaşmalarının olması
________- dölün çanaq gəlişi

Doğuşdan sonra xəstələrə nəzarət taktikası (endokrinoloq təyin edir)

• insulin dozasının aşağı salınması
• ana südü ilə qidalanma (hipoqlikemiyanın inkişaf riski haqqinda xəbərdarlıq)
• kompensassiyaya, ağırlaşmalara, çəkiyə, AT-ə nəzarət
• 1-1,5 il hamiləliyin planlaşdırılmaması