|
HAMİLƏLƏRDƏ DİABET
HAMİLƏLİK VƏ DİABET
HHQS(HİPEROSMOLYAR HİPERQLİKEMİK QEYRİ-KETOASİDOTİK
SİNDROM)
HAMİLƏLƏRDƏ DİABET
Hamilələrdə diabet (hestasion diabet) - hamilə qadınlarda
qanda qlükozanın miqdarının artmasıdır , hansı ki, bu
vaxta qədər onlarda diabet olmamışdır. Bu, adətən hamiləliyin
24 həftəsi ərəfəsində müşahidə olunur. Bu vaxt qadında
uşağın böyüməyinə kömək edən çox miqdarda hormonlar
sintez edilir. Ehtimal olunur ki, bu hormonlar insulini
blokada edir. Orqanizmdə insulinin funksiyasına mane
olan nə isə olarsa, bu, insulinorezistentlik adlanır.
Hamilə qadınların əksəriyyətində insulinorezistentliyi
aradan qaldırmaq üçün kifayət qədər insulin sintez olunur.
Lakin bəzi hamilə xanımlarda insulinorezistentliyi aradan
qaldırmaq üçün kifayət qədər insulin sintez olunmur.
Həmin şəxslərdə hamiləlik diabeti inkişaf edir. Hamiləlik
diabetindən əziyyət çəkən qadınlar adətən normal uşaq
dünyaya gətirirlər. Lakin diqqətli həkim nəzarəti vacibdir.
Aşağıdakı şərtlər daxilində hamiləlik diabetinin risk
ehtimalı yüksək olur:
• Əgər yaşınız 25-dən yuxarıdırsa,
• Əgər artıq çəkidən əziyyət çəkirsinizsə,
• Əgər nəslinizdə diabet olubsa,
• Əgər uşağın çəkisi 4100 qr-dan artıqdırsa

Hamiləlik diabeti sizin və uşağınızın sağlamlığına
ziyan ola bilər. Əgər hamiləlik diabetindən əziyyət
çəkən şəxs müalicə olunmazsa, dünyaya gələn uşaqda makrosomiya,
hipoqlikemiya, sarılıq, keton cismlərin yüksək olması,
preeklampsiya və sidik-cinsiyyət yollarının infeksiyası
kimi ağırlaşmalar ola bilər.
MAKROSOMİYA
Makrosomiya bədən ölçülərinin iri olmasıdır. Əgər sizdə
hamiləlik vaxtı qanda şəkərin miqdarı yüksəkdirsə, artıq
qlükoza uşağın orqanizminə keçir. Bu da uşagın çox miqdarda
insulin sintez etmeəsilə nəticələnir. Əlavə qlükoza
və insulin uşağın bədən ölçülərinin böyüməsi ilə nəticələnir.
Bu da doğuşu çətinləşdirir. Bədən çəkisi artıq olan
uşaqlarda sağlamlıqla bağlı digər xəstəliklərin də yüksək
meydana gəmə ehtimalı var.

HİPOQLİKEMİYA
Hipoqlikemiya qanda şəkərin miqdarının normadan az olmasıdır.
Ananın qanında bilavasitə doğuşdan əvvəl və doğuş zamanı
şəkərin normadan artıq olması anadan olan körpənin qanında
şəkərin normadan aşağı olması ilə nəticələnir. Sizin
qanınızdakı artıq şəkər uşağa keçir. Bu da artıq insulin
sintezinə səbəb olur.
Uşaq dünyaya gələndən sonra artıq şəkər qəbul etmir.
Artıq sintez olunan insulin isə qanda şəkərin səviyyəsini
aşağı salmış olur. Hipoqlikemiya uşaq anadan olandan
dərhal sonra baş verir və Sizin uşağınızın hipoqlikemiyası
xəstəxanada təcili müalıcə olunmalıdır.
SARILIQ
Doğuşdan əvvəl uşaqda çoxsaylı qırmızı qan hüceyrələri
əmələ gəlir. Doğuşdan sonra bu qədər çox sayda hüceyrələrə
ehtiyac olmur, ona görə də onlar dağılmağa başlayır.
Dağılma məhsullarından biri də bilirubindir. Uşağınızın
qaraciyəri bilirubin emal etməyə başlayır. Əgər uşağın
qaraciyəri zəifdirsə bu problemin həlli zamanı çətinliklə
üzləşir. Bilirubin və artıq qırmızı qan hüceyrələri
qanda qalır və bu dəridə sarı rəngin əmələ gəlməsi ilə
nəticələnir. Bu artıq sarılıqdır. Sarılığı xəstəxana
şəraitində xüsusi işıqların köməyi ilə müalicə edirlər.
Əgər o müalicə olunmazsa, ciddi təhlükə gözlənilə bilər.
Həkimdən uşaq evə yazılmamışdan bu haqda soruşun.
KETON CİSMLƏRİ ARTIQ OLMASI
Keton cismlər orqanizminizdə enerji ayrılması məqsədi
ilə yağlar yandıqda əmələ gəlir. Keton cismlərin miqdarının
normadan artıq olması sizə və dölə məmfi təsir edə bilər.
Səhər ilk sidiyin müayinəsi zamanı keton cismlərin miqdarına
görə siz və müalicə həkinimiz keton cismlərin normadan
artıq olması barədə məlumat əldə edə bilərsiniz. Vaxtında
və kifayət qədər qida və maye qəbul etmədikdə keton
cismlərin sintezi daha da artır. Bu səbəbdən də vaxtında
və lazım olan qədər, dietaya uyğun olaraq qidalanmaq
lazımdır.
PREEKLAMPSİYA
Preeklampsiya (onu toksikoz da adlandırılar) bu, hamiləlik
zamanı qan təzyiqinin qalxması və onunla müşayət olunan,
sidikdə zülülın əmələ gəlməsi , aşağı ətraflarda ödemin
, şişkinliyin olmasıdır.
Digər əlamətlərdən başağrı, ürəkbulanma, qusma, qarında
ağrı və dumanlı görmə ola bilər. Əgər preeklampsiya
müalicə olunmazsa, qıcolmaya və nəticədə ana və ya dölün
ölümünə səbəb ola bilər. Sizin müalicə həkiminiz preeklampsiyanın
olub-olmamasını yoxlamalıdır.
SİDİK YOLLARININ İNFEKSİYASI
Hamiləlik zamanı qanda şəkərin miqdarının yüxarı olması
sidik yollarının infeksiyasına şərait yaradır. Sidik-cinsiyyət
sisteminin infeksiyası adətən bakteriyalar tərəfindən
törədilir. Bakteriyalar yüksək şəkərdə yaxşı qidalanır
və inkişaf edir. Sidik-cinsiyyət sisteminin infeksiyasının
əlamətləri: tez-tez sidik xaric etmək istəyi, sidik
xaric edərkən göynəmə və ağrı. Bu zaman sidik bulanıq
və qanlı olur, qarnın aşağı hissəsində ağrı müşahidə
olunur, qızdırmanın olması mümkündür.
HAMİLƏLİK DİABETİNİ NECƏ MÜALİCƏ ETMƏLİ
Əgər siz hamiləsnizsə və artıq 24-28-ci həftələrdə hamiləlik
diabetini inkar etmək məqsədi ilə müayinə olunmalısınız.
Əgər hamiləlik diabeti aşkar olunarsa, aşağıdakı kimi
hərəkət etməlisiniz:
• Lazım olan qida rejiminə əməl edi. Qida rejimi sizə
qanda artıq və ya normadan az şəkərdən müəyyən dərəcədə
azad edə bilər.
• Kompleks fiziki hərəkətlərə başlayın. Fiziki hərəkətlər
qanda şəkəri salma xüsusiyyətinə malikdirlər.
• Özünüz sərbəst halda qanda şəkəri yoxlayın. Bu, sizə
kompleks müalicənin effektlivliyi barədə məlumat vermiş
olar.
• Sidikdə keton cismlərin miqdarını öyrənmək lazımdır.
Nə qədər tez müayinə olub, keton cismlərin səviyyəsini
bilsəniz, bir o qədər ağırlaşmaların qarşısı alınmış
olar. Həkiminizlə mütəmadi əlaqədə olun ki, nə vaxt
analiz vermek olduğunu sizə deyə bilsin.

• İnsulin istifadə edin. Hamiləlik dövründə orqanizminiz
sizə kifayət edəcək qədər insulin sintez etmək imkanına
malik deyil. Sizə mütləq inyeksiya formasında insulin
lazımdır. Diabet əleyhinə tabletlər uşağın sağlamlığı
üçün təklükəlidir, istifadəsi hamiləlikdə qadağandır.
Hamiləlik diabeti hamiləlikdən sonra yox olur. Əgər
sizdə hamiləlik diabeti olubsa, çox güman ki, I və ya
II tip diabet inkifaş edə bilər. Bunun qarşısını almaq
üçün doğuşdan sonra hər 6 aydan bir həkimə müraciət
edib, laborator analizdən keçməlisiniz.
Başlanğıca
HAMİLƏLİK
VƏ DİABET
Dibetdən əziyyət çəkən qadınların övladları adətən
sağlam olur. Lakin qadınları övladlarının sağlamlığı
narahat edir. Uşaqlarda da diabetin gələcəkdə inkişafı
mümkündürmü ? Lakin onların uşaqlarında diabetin inkişaf
ehtimalı çox azdır.
YENİ DOĞULMUŞLARDA DİABET ƏMƏLƏ GƏLMƏ EHTİMALI NƏ QƏDƏRDİR
?
Əgər ana I tip diabetdən əziyyət çəkirsə:
Uşaqda diabetlə xəstələnmə ehtimalı 1 - 3%-dir.
Əgər ata I tip diabetdən əziyyət çəkirsə:
Uşaqda diabetlə xəstələnmə ehtimalı 3 - 6%-dir
Əgər valideynlərdən hər hansında 50 yaşdan sonra II
tip diabet inkişaf edibsə:
Uşaqda diabetlə xəstələnmə ehtimalı 7%-dir.
Əgər valideynlərdən hər hansında 50 yaşdan əvvəl II
tip diabet inkişaf edibsə:
Uşaqda diabetlə xəstələnmə ehtimalı 14%-dir.
Bununla da qeyd etmək lazımdır ki, yeni doğulmuşlarda
diabetlə xəstələnmə digər xəstəliklərlə xəstələnmə faizi
qədərdir və xüsusi təhlüklə sayılmır, lakin həm Sizin,
həm də uşağın sağlamlığına mumkun digər təhlükələr vardır.
QANDA ŞƏKƏRİN YÜKSƏK OLMASI
Sizə və yeni doğulmuşlara ən böyük təhlükə qanda şəkərin
miqdarının yüksək olmasıdır. Qanda şəkərin miqdarının
yüksək olması uşaqlarda anadangəlmə defektə - makrosomiyaya
(aşağıda göstərilib) və yeni doğulmuşlarda qanda qlükozanın
az olması, sizdə isə sidik-cinsiyyət orqanlarının infeksiyasına
səbəb ola bilər.
Anadangəlmə defektlər. Hamiləliyin ilk 8 həftəsində
qanda şəkərin yüksək olması inkışaf qüsurlarına səbəb
ola bilər.

Hamiləliyin ilk dövrlərində döldə orqanlar formalaşır.
Qüsur istənilən orqanda inkişaf edə bilər. Çox vaxt
ürək, onurğa beyin, baş beyin və sümüklərdə qüsurlar
müşahidə olunur. Əgər Sizdə diabet varsa, agir anadan
gəlmə defektlər və uşaq salma ehtimalı çox yüksəkdir.
Makrosomiya. Makrosomiya bədənin ölçülərinin iri olmasıdır.
Əgər hamiləlik vaxtı sizdə qanda çəkərin miqdarı normadan
çox artıqdırsa, anadan olan körpə adi uşaqlara nisbətən
iri olacaqdır. Bu doğuş prosesini də çətinləşdirir.
Bədən ölçüləri belə iri olan körpələr adətən sağlamlıqla
bağlı da problem yaşayırlar.
Qanda şəkərin normadan az olması. Qanda şəkərin bilavasitə
doğuşdan əvvəl və ya doğuş zamanı anada normadan çox
olması uşaq dünyaya gəldikdən sonra yeni doğulmuşda
qanda şəkər normadan aşağı düşməsinə səbəb olur. Sidik-cinsiyyət
sisteminin infeksiyası. Hamiləlik zamanı qanda şəkərin
miqdarının yüxarı olması sidik-cinsiyyət yollarının
infeksiyasına şərait yaradır. Sidik-cinsiyyət sisteminin
infeksiyası adətən bakteriyalar tərəfindən törədilir.
Bakteriyalar şəkərdə yaxşı qidalanır və inkişaf edir.
Sidik-cinsiyyət sisteminin infeksiyasının əlamətləri:
tez-tez sidik xaric etmək istəyi, sidik xaric edərkən
göynəmə və ağrı. Bu zaman sidik bulanıq və qanlı olur,
qarnın aşağı hissəsində ağrı müşahidə olunur, qızdırmanın
olması mümkündür.
KETON CİSMLƏRİN1 NORMADAN ARTIQ OLMASI
Keton cismlər bədəndə enerji almaq məqsədi ilə toplanmış
yağların yanması zamanı meydana çıxır. Keton cismlərin
miqdarının artması sizə və uşağınıza mənfi təsir edə
bilər. Əgər siz özünüzə və uşağa lazım olan qədər qida
və maye qəbul etmirsinizsə, keton cismlərin əmələ gəlməsi
sürətlənir. Bu olmasın deyə dieta rejimə uyğun olaraq
vaxtında və kifayət qədər qida qəbul etməlisiniz.
DİABET ƏLEYHİNƏ TABLETLƏR
Diabet əleyhinə tabletlər hamiləlik zamanı istifadə
olunmur, belə ki, bunlar qüsurların əmələ gəlməsinə
və uşağın qanında şəkərin miqdarını çatışmamazlığına
səbəb olar. Əgər siz diabet əleyhinə tabletlər qəbul
edirsinizsə, hamiləliyi planlaşdırdıqda və bütün hamiləlik
dövründə bunu kəsin. Müalicə həkimi bu məqsədlə insulin
təyin edə bilər. İnsulin müalicəsi ya hamiləliyin əvvəlində
ya da son aylarında lazım ola bilər. İnsulin tamailə
lazım olmaya da bilər.

PREEKLAMPSİYA
Preeklampsiya (onu toksikoz da adlandırılar) bu, hamiləlik
zamanı qan təzyiqinin qalxması və onunla müşayət olunan,
sidikdə zülülın əmələ gəlməsi , aşağı ətraflarda ödemin
, şişkinliyin olmasıdır.
Digər əlamətlərdən başağrı, ürəkbulanma, qusma, qarında
ağrı və dumanlı görmə ola bilər. Əgər preeklampsiya
müalicə olunmazsa, qıcolmaya və nəticədə ana və ya dölün
ölümünə səbəb ola bilər. Sizin müalicə həkiminiz preeklampsiyanın
olub-olmamasını yoxlamalıdır.
ÇOX SULULUQ
Çox sululuq uşaqlığa amniotik mayenin artıq miqdarda
yığılmasıdır. Çox sululuğun əlaməti qarında xoşagəlməz
hiss, qeyri-normal boyük uşaqlıq, təngnəfəslik, ayaqlarda
şişkinlik. Çox sululuq vaxtından əvvəl doğuşa səbəb
ola bilər. Sizi müalicə edən həkim çox sululqğun əlamətlərinin
olub-olmamasını bilməlidir.
GƏLƏCƏK UŞAĞIN SAĞLAMLIĞINI NECƏ TƏMİN ETMƏLİ
Hamiləlikdə əvvəl qanda şəkərin səviyyəsini ciddi nəzarətdə
saxlayın. Əgər qanda şəkər arzu olunan səviyyədə deyilsə
planlaşdırdığınız hamiləliyə 3-6 ay qalmış onu ciddi
nəzarətə götürün. Əgər bü müddəti qısaltsanız və hamilə
olduqdan sonra şəkərin yüksək olduğunuzu bildinizsə,
bu, uşağın gələcəyi üçün təhlükəli hesab edilir.

Hamiləlik zamanı qanda çəkərin səviyyəsini ciddi nəzarətdə
saxlayın. Qanda qlükozanın miqdarını ehtiyac olduqda
gün ərzində 8 dəfəyə qədər ölçmək tələb olunur. Qanda
şəkərin mirqdarınıa nəzarət sizin və uşağınızın gələcəyinə
müsbət baxmağa imkan verir. Bu, həm sizə, həm də həkiminizə
sağlamlığınızın qayğısına qalmağa, insulinin dozasını
dəqiq təyin etməyə imkan verər.
Hər gün sidikdə keton cismlərini təyin edin. Əgər sidikdə
keton cismlərin miqdarı az və ya çox olarsa, mütləq
həkiminizlə məsləhətləşin, ola bilər ki, sizə insulin
müalicəsinin və ya qidalanma rejiminin dəyişdirilməsinə
ehtiyac oldu.
Hamiləlikdən əvvəl özünüzü yaxşı formaya salın. Hamiləlik
vaxtı fiziki göstəricilərin yaxşı olması, normal fiziki
forma sizə tez uyğunlaşmağa, qanda qlükozanın səviyyəsinin
enməsinə, çəkinizin normallaşmasına və əlavə güc və
cəldliyə səbəb ola bilər.
Hamiləlik vaxtı fiziki aktivliyə fikir verin. Düzdüzr,
hamiləlik intensiv idman hərəkətləri üçün başlanğıc
deyil, lakin, hamiləlikdən əvvəlki idman hərəkətlərini
davam etdirə bilərsiniz. Əgər hamiləlikdən əvvəl idman
hərəkətləri ilə məşğul olmamısınızsa, həkiminizlə sizə
və uşağa ziyan olmayan hansı idman hərəkətləri ilə məşğul
ola bilməyiniz barədə məsləhət alın. Hamilə qadınlara
adətən gəzinti, yüngül qaçma, yüngül aerobika gimnastikası,
üzgüçülük və su aerobikası məsləht görülür.
Hamiləlikdə qida rejiminə diqqət edin. Hamiləlikdə qanda
şəkərin miqdarının artması və ya azalmasını, uşağın
gündəlik tələbatını təmin etmək üçün mütləq xüsusi qida
rejiminə əməl etməlisiniz. Bu dieta əsasən gündə üç
dəfə qidalanma və arabir qəlyanaltı aiddir. Bəzən gecəyarısı
da yeməyə ehtiyac duya bilərsiniz. Hamiləlikdə üç aydan
bir dietoloqun konsultasiyasında olmağa da ehtiyac vardır.
Başlanğıca
HHQS
(HİPEROSMOLYAR HİPERQLİKEMİK QEYRİ-KETOASİDOTİK SİNDROM)
HHQS- hiperosmolyar hiperqlikemik qeyri-ketoasidotik
sindromdur. Bu, qanda şəkərin miqdarının qalxması və
orqanizmin ağır susuzlaşması halı olub, orqanizmi üçünböyük
təhlükədir. HHQS II tip diabetdən əziyyət çəkən istənilən
şəxsdə müşahidə edilə bilər. Lakin HHQS qəflətən deyil,
tədricən inkişaf edir. Bu xəstəlik adətən digər xəstəliyin,
məsələn: istənilən kəskin xəstəlik fonunda özünü biruzə
verir. HHQS-da qanda qlükozanın miqdarı artır, nəticədə
artıq şəkər sidiklə çox miqdarda xaric olur və sidik
bir qədər də qatılaşır, və sidiyin qatılığını azaltmaq
üçün orqanizm bütün mayesini verir.
Bu zaman siz çox miqdarda sidik xaric edirsiniz və tez-tez
sidik ifraz edirsiniz. Sizdə həmçinin güclü sususluq
əmələ gəlir. Əgər bu zaman kifayət qədəe su içilməsə,
onda orqanizmin ağır susuzlaşması halı əmələ gəlir.
Əgər HHQS davam edərsə, susuzlaşma qıcolmaya , komaya
səbəb olar, daha sonra ölümlə nəticələnə bilər.
HHQS TƏHLÜKƏLI ƏLAMƏTLƏRİ
• Qanda şəkərin miqdarı 600 mg/dl-dan artıq olur
• Ağızda quruluq, dodaqların çatlaması
• Aydın nəzərə çarpan susuzluq (bu əlamət bir müddətdən
sonra keçə bilər)
• Quru və isti dəri, tərləmə demək olar ki, olmur
• Yüksək bədən temperaturu (39-40dərəcə)
• Yuxululuq və ya huşun dolaşıq olması
• Görmənin pozulması
• Hallüsinasiya
• Bədənin bir tərəfinin zəifləməsi
• Əgər sizdə bu əlamətlərdən biri müşahidə olursa, mütləq
həkimə müraciət edin. .jpeg)
HHQS-DAN NECƏ QORUNMALI
HHQS-dan qorunmaq üçün mütəmadi olaraq qanda şəkəri
ölçün. Əgər siz qanda şəkəri gün ərzində 1-2 dəfə ölçürsünüzsə,
qalxmış şəkəri sizə ziyan vurmazdan əvvəl təyin edə
bilərsiniz.
Sizin nəsə xəstələnmisinizsə, qanda şəkəri daha tez-tez
ölçün vəhər saatdan bir 1 stəkan çay için.
HHQS II tip diabetdən əziyyən çəkən yaşlı adamlar, əlillər,
üçün xüsusi təhlükəlidir, belə ki, bu zaman huşun tam
itməsi və zəiflik sərbəst maye qəbuluna və maye mübadiləsinin
normallaşdırmasına mane ola bilər. Belə şəxslərə, xüsusən
də kəskinləşmə dövründə xüsusi kömək edəcək, hətta xəstəlik
tam ciddi olmadıqda belə onları tək buraxmayacaq bir
nəfərin təyin edilməsi mütləqdir.
Başlanğıca
|