|
Göbələk
xəstəlikləri.
Göbələk
xəstəlikləri birinci növbədə dərini və dırnaqları zədələyir.
Onlardan ən çox rast gələni pəncə dirnağını zədələyən
mikozdur. Çox təəsuf ki, biz öz dırnaqlarımıza və dərimizə
bizi üzgüçülük hovuzuna buraxmayanda, bizlə göruşəndə
əl uzatmayanda fikir verməyə başlayırıq. Nə
baş verir?...-özünüzə sual verirsiniz
və dərinizə, dırnaqlarınıza baxırsınız, görürsünüz ki,
sizin dırnaqlarınız (çox vaxtı ayağınızın baş və çeçələ
barmaqları) ciddi dəyişiklilklərə mə'ruz qalıb. Əgər
dırnaqlarınızın üzərində uzununa ağımtıl-sarı xəttlər
yaranıbsa, prosses artıq başlayıb. Lap gec mərhələlərdə
dırnağın rənginin, formasının və strukturunun dəyişilməsini
müşaidə etmək olar: onların səthi düz olmur, strukturu-yumşaq,
rəngi sarımtıl-boz və dırnaqlar ovxalanmağa başlayır,
sonra isə dırnaq lojasından qopur.
.jpg)
Pəncələrin rəngi dəyişməyə başlayır, onun qabığı soyulur,
qirmizimtil rəng alır, ayaq barmqlarının arasında çatlar
əmələ gəlir və bu qaşınma, yeriyəndə xoşagəlməz hisslər
yaradır. Yaz-yay fəsillərində pəncələrdə dərinin vəziyyəti
pisləşir, bir müddətdən sonra isə xırda qovuqlar yaranır,
bunlar tədricən iri qovuqlara cevrilirlər. Dərinin bu
cür vəziyyəti orqanizmin ümumi vəziyyətinə tə'sir göstərir:
temperaturun yüksəlməsinə, zəifliyə, əzginliyə, qasıq
limfa vəzilərinin böyüməsinə səbəb olur. Bəzən yaranan
qovuqcuqlar ağimtil çalar alır və bu o deməkdir ki,
sizin problemlərinizin üstünə biri də-- infeksiya da
əlavə olundu. 5-7 gün ərzində qovuqlar açılır və təcili
müalicə tələb edən qırmızı eroziyalar yaradır. Digər
bir göbələk xəstəliyi dərininin qizarması, yuksək qurumasi
və qabiq vermə ilə xarakterizə olunur. Bu proses pəncənin
alt tərəfindən yan tərəfə yayılır. Qirmizi, şişmiş dərinin
fonunda tokulmuş una bənzər yüksək qabıq vermə və ağrıyan
çatlar yaranır. Sonra əl barmaqları və dırnaqlar zədələnir.
Bu tipik göbələk xəstəliyinin təsviri idi və sözsüz
ki buna tək diabetiklər tutulmur. Lakin diabet xəstəliyində
qan dövranının ayaqlarda və pəncələrdə pozulmasına görə,
göbələk xəstəliyinə meillilik yüksək olur. Qanda şəkər
yüksək olduqda o, tək sidiklə yox, tərlə də ifraz olunur,
nəticədə pəncələrdə və barmaqların aralarında şəkərlə
zəngin isti nəm mühit yaranir. Bu da infeksiyaların
yaranması və inkişaf etməsi üçün ideal yerdir. Bu xəstəliyin
yaranmasının mümkünlüyü sağlam insanlardan fərqli olaraq
diabetiklər üçün daha çoxdur və buna görə lazım olan
ehtiyyat tədbirləri görmək lazımdır.
.jpg)
Göbələk xəstəliklərinin müalicə və profilaktikası.
Profilaktik tədbirlər aşağıdakilardır:
1) Heç kimə öz ayaqqablarınızı istifadə
etməyə icazə verməyin və özgənin ayaqqablarından istifadə
etməyin.
2) Gündəlik ayaqqablarınızı və ya heç olmasa içliyini
dəyişin.
3) Ayaqqablarınızı dezinfeksiya edin. Bunun üçün xüsusi
vasitələr var və ya evdə kağızı sirkədə isladın, bükün,
ayaqqablarınızın içinə qoyun, bir günlük ayaqqabları
polietilən paketə qoyub, bərk bağlayın.
Lakin əgər siz artıq xəstələnmisinizsə, özünüzü uzun
(6 aydan bir ilə qədər) müalicəyə hazırlayın. Göbələk
xəstəliklərinin müalicəsi üçün köhnə üsullar mövcuddur:
dirnaqlarin xüsusi preparatlarla yumşalması, qismən
və ya tam çıxarılması, dırnağın uzanmasına qədər xüsusi
göbələyə qarşı gündəlik yerli müalicə vasitələrindən
istifadə. Daha müasir üsul 3-6 ay ərzində peroral dərmanların
qəbuludur (nizoral, orunqal, lamizil). Bu vasitələrlə
xəstələrin müalicə ehtimalı 70-90%-dir. Müalicə yalnız
tibbi nəzarət altında, qaraciyərin vəziyyətinin kontrolu
ilə aparılmalıdır. Bu preparatların xoşagəlməz tə'siri
ola bilər: iştahıın itməsi, qusma və ürək bulanma. Heç
bir halda bu preparatları özbaşına qəbul etmək olmaz.
Peroral preparatlardan başqa lasyonlar, şampunlar, kremlər,
mazlar və başqa yerli tədbiq olunan dərman preparatları
mövcüddur: batrafen, daktarin, dekamin, diqiotri-mazol,
kandid, klotrimazol, loseril, travoqen və on faizli
yod məhlulu. Bu preparatlar daha ucuzdur, lakin effektiv
deyil. Bunları həkimin tə'yini ilə qəbul etmək lazımdır.
Geriyə
|