Təqvim
Hava

 

Linklər

Netty Winner 2010
Sizin reklam burada!
webmaster@diabet.az

 

GÖZLƏRİN ZƏDƏLƏNMƏSİ
Diabetdən əziyyət çəkən şəxslərdə bu xəstəlikdən əziyyən şəkməyənlərə nisbətən gözlərin zədələnməsi daha şox müşahidə olur. Dizbet zamanı əsas üç göz zədələnməsi olur: bu retinopatiya, katarakta və qlaukomadır. Bunlardan da ən çox təsadüf ediləni retinopatiyadır.



RETİNOPATİYA
Gözün toplu qişası (retina) - bu, işiğı hiss edən, gözün dibinə döşənmiş toxumadır. Kiçik kapilyarlar göz dibini qanla təmin edir. Retinopatiya zamanı bu damarlar zədələnir. Retinopatiyanın iki növü vardır - proliferasiya etməyən və proliferasiya edən.
Proliferasiya etməyən retinopatiya.
Proliferasiya etməyən retinopatiya zamanı torlu qişanın xırda damarları şişir və topbalaşır. Bu, qan damarlarını zəiflədir. Bu zaman damarlardan maye xaricə sıza bilər. Belə sızma adətən görməyə pis təsir etmir, çox vaxt xəstəlik ağırlaşmadan davam edir. Əgər xəstəliyin gedişi pisləşirsə, qan damarları daha çox mayesini itirir. Bundan əlavə onlar, qan və yağlarını da buraxırlar. Buna görə də torlu qişa ödemləşir. Ödem torlu qişanın mərkəzini əhatə etməsə, görməyə birbaşa mənfi təsir etmir.
Mərkəzi hissə görmə nöqtəsi adlanır (makula). Görmə nöqtəsi kiçik detallaraı ayırmağa kömək edir. Görmə nöqtəsindəki ödem makulyar ödem adlanır. Makulyar ödem zamanı görmə kəskin zəifləyir, görünən sfera dağınıq, bulanıq və ya kölgəli olur.
Proliferativ retinopatiya
Proliferasiya etməyən retinopatiya inkişaf edərək proliferativ retinopatiyaya keçə bilər. Proliferativ retinopatiya zamanı kiçik damarlar tam qapanana kimi patoloji prosesə uğrayır. Buna cavab olaraq torlu qişada çox saylı yeni damarlar əmələ gəlir. Bu yeni damarlar inkişaf etdikcə gözün digər hissələrinə yeni şaxələrlə yayılmağa başlayır.
Bu dəyişikliklər ola bilər ki, görməyə mənfi təsir etməsin. Ola bilər ki, yan görmələrdə problem olsun. Həmçinin qaranlıqda görmə çətinləşə bilər və bundan əlavə siz işıqlı yerdən qaranlıq yerə keçdikdə qaranlığa uyğunlaşa bilməmənizi də hiss edə bilərsiniz. Yeni əmələ gəlmiş damarlar zəifdirlər və bu problemlər yarada bilər. Belə ki, yeni əmələ gəlmiş damarlar divarı cırıla bilər və göz almasının mərkəzini dolduran şəffaf gelə qan sıza bilər ki, bu da şüşəvari cismə qan sızma adlanır. Şüşəvari cismə qan sızmanını tipik əlaməti bulanıq görmə, göz qabağına ləkələrin gəlməsidir. Əgər şüşəvari cismə qan sızma müalicə olunmazsa, bu tam korluğa səbəb ola bilər.
Yeni əmələ gəlmiş damarlar göz dibində çapıq toxumanın əmələ gəlməsinə də səbəb ola bilər. Çapıq toxuma torlu qişanı büzüşdürə və birləşdiyi yerdən qopara bilər. Əgər torlu qişa qoparsa, bu, torlu qişanın ayrılması adlanar. Torlu qişanın qopması zamanı qaranlıq görmə və ya tam korluq meydana gələ bilər. Bu sizin gələcək görmə problemini sual altda qoya bilər.


Retiopatiyanın əlamətləri
• Görmə yayılmış xarakterli olur.
• Üzən ləkələr meydana gəlir.
• Kölgə və ya qartanlıq görmə meydana gəlməsi
• Yan tərəflərdə əşyaları ayırd etmək mümkün olmur.
• Gecə görmə zəifləyir
• Oxumaq çətinləşir.
• Düz xətt düz xətt kimi görünmür
Əgər sizdə adı çəkilən əlamətlərdən hansısa varsa, təcili göz həkiminə müraciət edin.
Xüsusi qeyd. Hələ ki özünüzdə bir əlamət hiss etmirsinizsə, görmə ilə bağlı problem yoxdursa, göz həkimi müayinə nəticəsində müəyyən problem tapa bilər ki, buna görə də ildə bir dəfə göz həkimində müayinə olunun.


KATARAKTA
Kataraktada gözün billuru bulanır. Normada o şəffafdır. Billur qüzehli qişa ilə əhatələnib (gözün rəngli hissəsi) və bəbəkdən arxada yerləşir. Billur işığı torlu qişada fiksassiya edir. Billurun bulanması işığın keçməsinə mane olur.
Katarakta azacıq bulanıqlıqla başlayır. Bunlardan bəziləri görmə itiliyinə təsir etmir. Bəziləri isə görməni kəskin zəiflədə və ya tam itirə bilər. Kataraktanın görməyə təsiri üç faktordan aslıdır.
1) böyük və ya kiçik ölçülüdür, 2) qalın və ya nazikdir, 3) billurda harda yerləşir.
Bu üç faktordan aslı olaraq kataraktanın əlamətləri fərqlənir.


Kataraktanın əlamətləri
-Sizdə görmə dumanlanır, göz qabağında uçan ləkələr meydana gəlir.
-Sizə elə gəlir ki, yeni eynək lazımdır.
-Təzə eynək görməyə müsbət təsir etmir.
-Hiss edirsiniz ki, kitab oxumağa və incə işlərdə çətinlik çəkirsiniz.
-Tez-tez gözünüzü qırpırsınız.
-Elə bil ki, göz qabağında pərdə vardır.
-Sizə elə gəlir ki, bulanıq şüşədən baxırsınız.
-Gün və elektrik işığı gözünüzü qamaşdırır.
-Adətən qara rəngli bəbək bozumtul və ya sarımtıl görünür.
-Rənglər tutqun görünür.


Əgər sizdə adı çəkilən əlamətlərdən hansısa varsa, təcili göz həkiminə müraciət edin.
QLAUKOMA
Qlaukoma gözün daxilinə mayenin toplanmasıdır. Mayenin toplanması göz daxili təzyiqi artırır. Bu təzyiq görmə sinirini zədələyə bilər. Görmə siniri beynə gözün nə görməsi barədə məlumat verir. Qlaukomanın iki növü vardır.
Ən çox təsadüf edilən xroniki açıqbucaqlı formasıdır. Bu növdə mayenin təzyiqi asta-asta, illər boyunca toplanır. Bu, adətən sizdə hiss olunmadan inkişaf edir. Lakin siz gözdə təzyiqin qalxmasını və ya gözdən yaş gəlmə hiss edə bilərsiniz. Zaman ötdükcə, qlaukomanın inkişafı müddətində yüngül dumanlanma və ya görmənin qeyri-müəyyən olması mümkündür. Sizə elə gələ bilər ki, eynəyi dəyişmək zamanıdır. Qaranlıqda isə görmə lap çox pisləşə bilər. Müalicəsiz görmə qabiliyyətini tam itirə bilərsiniz.


Az təsadüf edilən forma kəskin bucagı bağlı qlaukomadır. Bu zaman göz daxilinə maye tez bir zamanda toplanır. Gözlər kəskin zədələnir. Dumanlanma və ya görmənin qeyri-müəyyən olması mümkündür, yaş axır. Ətrafda aydın işıqlanma fonunda siz rəngli parıltılar görürsünüz. Sizdə hətta qusma da ola bilər ki, bu da qlaukomanın əlaməti sayılır. Əgər bu əlamətlərdən hər hansını özünüzdə aşkar etmisinizsə, təcili göz həkiminə müraciət edib, stasionar müalicəyə götürülməlisiniz*.
GÖZLƏRİ ZƏDƏLƏNMƏDƏN NECƏ QORUMAQ OLAR
Çalışın qanda şəkərin səviyyəsini norma yaxın hədd daxilində saxlayasınız. Qanda şəkərin səviyyəsini normada saxlanılması göz xəstəliklərinin meydana gəlməsi və inkişafı ehtimalını azaldır, yaranmış fəsadların inkişafının qarşıeını alır.
Qan təzyiqini nəzarətdə saxlayın. Yüksək qan təzyiqi göz xəstəliklərinin əmələ gəlməsində birbaşa rol oynayır. Yüksək qan təzyiqini arıqlamaqla, duz və ya alkoqollu içkilərdən uzaq olmaqla aşağı sala bilərsiniz. Müalicə həkiminiz arterial təzyiqi salmaq məqsədi ilə dərman preparatlarını təyin edə bilər.
Siqaretdən uzaq olun. Siqaret çəkmə damar divarlarını zədələyir.
Qanda yüksəlmiş xolesterini aşağı salmağa çalışın. Qanda yüksək xolesterin də damar divarını zədələyə bilər.
İldə bir dəfə göz həkiminin konsultassiyasında olub, ümumi müayinədə olun, göz dibini müayinə etdirin.
Göz xəstəlikıərinin əksəriyyəti aydın əlamət vermədən böyük problemlər yarada bilər. Göz həkimlərində xəstəliyin başlanğıc mərhələsini təyin etmək üçün müəyyən instrument və testləri vardır. Gözlərin zədələnməsi nə qədər tez aşkar olsa, bir o qədər görmə funksiyasını müalicə ilə saxlamaq şansı yüksəkdir.


www.diabet.az © 2010•   Müellif hüquqları qorunur. Məlumat istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.