Təqvim
Hava

 

Linklər

Sizin reklam
burada!

webmaster@diabet.az

 

Diabetin əlamətləri.
Bəzən diabet xəstəliyində ümumiyyətlə heç bir əlamət özünü göstərmir və diabet təsadüfən aşkar olunur. Misal üçün okulist göz dibini müayinə edərkən, diabet xəstəliyinə xas olan dəyişikliyə əsasən diabet diaqnozunu aşkar edir. Lakin bir çox əlamətlər var ki, bunlar hər iki tip diabet üçün xarakterikdir. Diabetin əlamətləri insulin sekresiyasının azalma dərəcəsindən, xəstəliyin müddətindən və xəstənin fərdi xüsusiyyətlərindən asılıdır. Diabetin ən çox rast gələn əlamətlərindən aşağıdakıları göstərmək olar:

1. tezləşmiş sidik ifrazı və orqanizmin susuzlaşmasına səbəb olan güclü susuzluq,
2. bəzi hallarda daimi aclıq hissinə baxmayaraq çəkinin sür’ətlə azalması,
3. qanda şəkərin yüksək olması,
4. zəiflik və yorğunluq hissi,
5. görmənin aydın olmaması,
6. cinsi aktivlikdə bəzi problemlərin əmələ gəlməsi,
7. ətraflarda keyləşmənin və ağrıların əmələ gəlməsi,
8. ayaqlarda ağırlıq hissi,
9. başgicəllənmə,
10. infeksion xəstəliklərin gec sağalması,
11. yaraların gec sağalması,
12. bədənin hərarətinin aşağı düşməsi,
13. görmənin pozulması,
14. tez yorulma,
15. baldır əzələlərinin qıc olması.


Diabetin labarator diaqnostikası.
Diabetin diaqnozunu təsdiq etmək üçün 2 göstəricini tə’yin etmək lazımdır.

1. qanda şəkərin miqdarı
2. sidikdə şəkərin miqdarı

Qanda şəkərin miqdarı(nmol/l (mq/%))
Norma
Şəkərli diabet
Qlükozaya tolerantlığın pozulması
Qlikemiyanın acqarına pozulması
Acqarına

3.3-5.5
(59-99)
≥6.1(≥110)
<6.1(<110)
5.6-6.1
(100-110)
Yeməkdən 2 saat və ya QPTT* testindən 2 saat sonra
<7.8(<140)
≥11.1(≥200)
7.8-11.1
(140-200)
<7.8(<140)



QPTT-qlükozaya peroral tolerantlıq testi.

Qanda şəkərin acqarına səhər yeməyindən qabaq 6.1nmol/l (110 mq%) yüksək olması xəstədə şəkərli diabetin olmasını göstərir. Normada sidikdə şəkər olmur, beləki böyrək filtiri qlükozanın tamamilə sidiyə kəçməməsini təmin edir. Lakin qanda şəkər 160-180 mq%-dən yüksək olduqda böyrək qlükozanı saxlaya bilmir və şəkər sidiyə keçir. Şəkərin sidiyə keçməsinə imkan yaradan minimal şəkər miqdarı “böyrək keçiricilik həddi” adlanır. Şəkərli diabeti təsdiq etmək üçün qanda şəkəri acqarına və yeməkdən 2 saat sonra yoxlamaq lazımdır. Şəkər acqarına 110 mq%- dən yuxarı və 2 saat sonra isə 200 mq%-dən artıqdırsa, bu nəticə xəstədə şəkərli diabetin əmələ gəldiyini təsdiq edir. Bəzən şübhəli hallarda qlükozaya peroral tolerantlıq testi (QPTT) keçirilir ki, bu zaman 75 q qlükoza 300 ml suda həll edilir, 3-5 dəqiqə müddətində içilir və 2 saat sonra qanda şəkər təyin olunur. Şəkərli diabet vaxtı nəticə 200 mq% və ya ondan yuxarı olur.

 

Geriyə

www.diabet.az © 2009 • Privacy PolicyTerms Of Use Webmaster