Təqvim
Hava

 

Linklər

Sizin reklam
burada!

webmaster@diabet.az

 

Əgər siz diabetsinizsə, nə etməli
Əgər diaqnoz – diabetdirsə
Diabetdə özünənəzarət
Şəkərli diabetin ağırlaşmalarından qurtulmağı necə öyrənməli?
Əgər diaqnoz diabetdirsə
- Həzm və maddələr mübadiləsi
- Saglam orqanizmdə karbohidratların mübadiləsi
- İnsulin və sağlam orqanizmdə maddələr mübadiləsi
- Diabet
- İnsulindən asılı diabet
- Insulindən asılı olmayan diabet
- Diabetdə ağırlaşmalar
- Qanda şəkərin rəqəmlərlə göstərilməsi
- Böyrəklər və qanda şəkər
- Qanda şəkərin diaqnostikada əhəmiyyəti
- Pankreatik və inyeksion insulin arasında fərq
- Insulinin istehsalı
- İnsulin preparatları

Həzm və maddələr mübadiləsi
Bəzən sadəcə diabet adlanan şəkərli diabet, maddələr mübadiləsinin xəstəliyi olub, orqanizmdə biokimyəvi proseslərin pozulmasıdır.Diabetin təbiətini başa düşmək üçün, gərək əvvəlçə sağlam orqanizmdə maddələr mübadiləsinin əsaslarından baş çıxarasan. Maddələr mübadiləsinin ən vacib proseslərindən biri qidanın enerjiyə və istiliyə cevrilməsidir. Belə demək olar ki, qida ele enerjidir və maddələr mübadiləsi prosesi enerjini əzələ işi, istilik hasili və insan orqanizmini təşkil edən milyardlarla hüceyrənin yeniləşməsi və ya bərpası üçün bu enerjini azad edir. Qida məddə və bağırsaqdan qana kecməsi üçün həzm olunmalıdır.Həzm gidanın sadə gida maddələrinə parcalanmasıdır.Mədəaltı vəzinin müvafiq hissəsi ferment adlanan xüssüsi kimyəvi maddələri mədəyə ifraz edir ki, buda qidanın həzm olunmasını asanlaşdırır. Qida maddələri elə ölçülər alırlar ki buda onların qan damarlarına keçməsi üçün kifayət edir. Ürək qanı bədənin bütün hissələrinə vurur. Qidalı maddələr bizim bütün bədənimizi təşkil edən hüceyrələrə daxil olur.Qida maddələrinin hücüyrələrə daxil olmasını asanlaşdırmaq üçün (hazırki halda ən vacib qlükozadır) mədəaltı vəzi tərəfindən hazırlanan insulin hormonudur. İnsulin qana daxil olur ve sonra hücüyrənin səthində yerləşir.İnsulin təsirinin xüsusiyyəti bununla xarakterizə olunur ki, qlükoza qanda hücüyeəyə daxil olması üçün insulin mütləq hüçeyrənin səthində olmalıdır. Hüceyrənin daxilində qida maddəsi ya dərhal enerjiyə cevrilir (belə deyirlər ki, qida nəfəs aldığımız havanın tərkibindəki oksigenin köməyi ilə “yanır”), yada onlar ehtiyyat enerji məhsuluna kecirlər. Qlükozanın ən kicik ölçüsü maddə kimi qlükoza molekulu adlanır. Insulinin isə ən kicik ölçüsü insulin molekuludur.

Sağlam orqanizmdı karbohidrat mübadiləsi.
Biz enerjini karbohidratlarda(şəkər), züllal və yağlardan alırıq. Şəkər xüsusilə lazımdır, belə ki, o iş və ya idmanla məşğul olan vaxtı enerjiyə kəskin ehtiyac yarandıqda çox sürətlə enerjiyə cevrilir. Baş, beyin ve sinir sistemi funksiyaları demək olar ki, tamamilə şəkərdən asılıdır. Qida qəbulu arasındaki fasilədə sinir sistemi daim karbohidrat alır, belə ki, qara ciyər onda toplanmış rezerv şəkərin müəyyən hissəsini qana keçirir. Qara ciyərin bu təsir mexanizmi qanda şəkərin normal səviyyədə qalmasını təmin edir. Maddələr mübadiləsi prosesi
2 istiqamətdə gedir: qida maddələri enerjiyə çevrilir və qida maddələrinin artığı qida qəbulu olunmayanda lazım olacaq enerqetik rezirvə keçirilir. Əgər bu proseslər düzgün davam edirsə, qanda şəkər normal səviyədə saxlanılır: nə çox yüksək nədə çox aşağı.

Insulin və sağlam orqanizmdə karbohidrat mübadiləsi
Hormonlar – bu orqanizmin xüsüsi hüceyrələri tərəfindən hasil olunan ayrıca kömək edici maddələrdir. Insulin hormol olub, orqanizmin hüceyrələri tərəfindən qandan şəkərin mənimsənilməsini təmin edir. Insulin molekulu hüceyrənin reseptoru ilə ( əzələ, piy, qara ciyər hüceyrələri) birləşən vaxt şəkər hüceyrənin qılafından içəri daxil ola bilir. Insulin qlükozanın daxil olması üçün sanki hüceyrələri açan bir açardır. Biz yemək yemədiyimiz zaman ( ac qarına) mədəaltı vəzi qana çox mötədil miqdarda insulin ifraz edir ( bazal insulin adlanan). Yeməkdən sonra qanda şəkər artdiqda, həmçinin qanda da insulinin səviyyəsi artır ( bu “ qida” insulini adlanır). Beləliklə həttə çoxlu miqdarda şəkərdə tez hüceyrələr tərəfindən mənimsənilir. Qara ciyər onda rezerv olan şəkəri azad etməyi saxlayır və qandan şəkəri gələcəkdə lazım olarkən istifadə etmək üçün ehtiyat şəklində toplamağa başlayır. əgər qanda şəkər yenədə normadan yüksək olaraq qalırsa, onda artıq şəkər piy hüceyrələr tərəfindən piyə çevrilir. Piy çox yaxşı enerji rezervidir, lakin sinir sistemi üçün yox, çünki sinir sisteminə şəkər lazımdır. Insulin ğz işini qurtartıqdan sonra onun səviyəsi enir. Buna görədə daim onun yenidən əlavə olunması lazımdır. İnsulinin ən böyuk miqdarı yeməkdən dərhal sonra, az miqdarı isə digər vaxtlar lazım olur.

Diabet
Şəkərli diabetdə qidanin karbohidrat hissəsi insulinin olmaması ilə əlaqədar və ya orqanizm tərəfindən hasil olan insulindən hüceyrələrin
tam istifadə edə bilməməsi nəticəsində mənimsənilmir. Belə ki, şəkər bu zaman qanda qaldığı üçün onun səvviyəsi müalicəsiz daim yüksək olacaqdır. Şəkərin cox yüksək səviyəsində onun bir hissəsi sidiyə kecir- “diabet” adı da buna görə verilmişdir və “nədənsə kecib getmək ”, “axmaq”, “şirin bal” mənasını verən “mellitus” deməkdir. Şəkər mübadiləsi pozulduqda digər mübadilə prosesləri də pozulur. Diabetin 2 forması vardır. Onlardan biri insulindən asılı və ya 1-ci tip diabet, digəri isə insulindən asılı olmayan diabet və ya 2-ci tip diabet adlanır

İnsulindən asılı diabet
Bu diabetdə mədəaltı vəzin insulin hasil edən hüceyrələri sıradan çıxır. Mədəaltı vəzin insulin az hasil etdikdə və ya tamamilə insulin hasil edə bilmədikdə orqanizmin hüceyrələri qandakı şəkəri mənimsəyə bilmir, onlar “acliq cəkirlər”,qanda isə şəkər daim yüksək səviyyədə qalır. Bunun üçün də insulin dərialtına yeridilir, və oradan da qana sovrulur. Hələlik insulinin elə bir növünü tapa bilməyiblır ki, onu ağızdan qəbul edə biləsən, belə ki, mədədə insulin qeyri-aktif formaya çevrilir. İnsulindən asılı diabet əksər hallarda gənc və uşag yaşlarında əmələ gəlir.Əgər bu xəstəlik inkişaf edirsə, onda mədəaltı vəzin insulin hasil edən hüçeyrələrinin bərpası artiq mümkün deyildir. Ona görə də diabetli xəstənin həyatı üçün insulin lazımdır. Sağlam mədəaltı vəzinin və ya onun hüçeyrələrinin köçürülmə cəhdləri olmuşdur, lakin çoxlu ciddi texniki problemlər mövcüd olduğuna görə orqan köcürməyə hələ müalicə vasitəsi kimi bel bağlamaq mümkün deyildir. Gündəlik inyeksiya üçün lazım olan insulinin miqdarı bir necə faktordan asılıdır. Əgər orqanizmdə insulin tamamilə hasil olunmursa, onda təbii insulinin yoxluğunu əvəz edən miqdarda insulin inyeksiyası lazımdır. Əgər orqanizmdə müəyyən qədər insulin hazırlanırsa, onda çatışmayan insulinin yerini doldurmaq üçün insulin inyeksiyası lazımdır. Hələlik mədəaltı vəzin hüceyrələri tərəfindən insulin hasilinin pozulması səbəbləri tam aydın deyildir. Irsi faktor müəyyən rol oynayır, lakin xəstəlik praktik olaraq irsi yolla birbaşa ötürülmür və buna görədə diabetli xəstələrin uşaqdan imtina etməsinə lüzüm yoxdur.

İnsulindən asılı olmayan diabet.
Bu tip diabetdə mədəaltı vəzin insulin hasil edən hüceyrələri sıradan cıxmır və ya müəyyən hissəsi insulin hasil etmir. Hüceyrələr insulin hazırlayır, lakin çox vaxt onlar elədə sağlam adamlardaki kimi produktiv olmurlar. Lakin xəstələrdə qanda yüksək şəkərin səbəbi insulinin öz funksiyasını yerinə yetirə bilməməsinə səbəb olan defektdir: əzələ və piy toxumaları mədəaltı vəzi tərəfindən hasil olan insulinin müəyyən hissəsindən istifadə edirlər.Nəticədə hüceyrələr tərəfindən şəkərin yalnız az bir hissəsi istifadə olunur. İnsulinin effektliyinin gismən çatışmamazlığı “insulin rezistentlik” adlanır.
Diabet əmələ gəlir, lakin bu tip diabetdə simptomlar daha yüngül olur, buna görə də ona insulindən asılı diabetdən daha mötədil baxırlar.
İnsulindən asılı olmayan diabet adətən yaşlı və gocalarda inkişaf edir.Bəzi hallarda diyeta və çəkinin aşağı salınması(əgər çəki artıqdırsa) demək olar ki, qanda şəkəri tamamilə normalaşdırır. Lakin xəstələrin əksəriyyətinə xüssüsi həblərin qəbulu lazımdır, bu həblərin tərkibində insulin yoxdur, lakin onların tərkibində olan kimyəvi maddələr orqanizmdə insulinin hasilinin yaxşılaşmasına səbəb olur, və ola bilər ki, insulin hazırlayan mədəaltı vəzi hüceyrələrinin fuksiyasını yaxşılaşdırır. Bilmək çox vacibdir ki, “mötədil” hesab olunan diabet gec əmələ gələn ağırlaşmalardan və gündəlik həyatda lazım olmayan problemkərtdən qurtulmaq üçün çox diqqətli nəzarət tələb edir. İnsulindən asılı olmayan diabet sözü ola bilər ki, yalnız xəstəliyin başlanışcında haqiqətə uyğun gəlsin. Zaman keçdikcə ola bilər ki, əgər qanda şəkərə adekvat nəzarət qarşıya məqsəd qoyulubsa insulin inyeksiuası lazım olsun. Elə dövrlər də ola bilər ki, İnsulindən asılı diabetli xəstəyə insulin lazım olsun; məsələn stress situassiyalarında və cərrahi əməliyyatdan sonra. Bu tip diabetin də əmələ gəlmə səbəbləri kifayət qədər məlum deyil, lakin irsiyyət burda 1-ci tip diabetə nisbətən daha aşkar rol oynayır.

Diabetin ağırlaşmaları
Belə ağırlaşmaları adətən “diabetin gec əmələ gələn ağırlaşmaları” adlandırırlar, belə ki, onlar xəstəliyin başlanğıcında bir neçə il sonra əmələ gələ bilər. Çox hallarda onlar özlərini gözdə, sinir sistemində, böyrəklərdə və qan dövranı sistemində biruzə verir. Ağırlaşmalar bütün diabetli xəstələrdə əmələ gəlirmi və onlar hamısı birdən əmələ gəlirmi? Yox. Mümkündürmü kimdə ağırlaşmalarının əmələ gələcəyini və əmələ gəlməyəcəyini qabaqcadan biləsən? Mümkün deyil. Ağırlaşmalar daim diabetlə yanaşı olur, yoxsa onun qarşısını almaq olar? Axırıncı suala heləlik birmənalı cavab yoxdur, lakin tədqiqatlar göstərir ki qanda şəkərin daim yüksək səviyyədə olmasının qarşısını alan müalicə, şəkərli diabetin kompensassiyası, qanda şəkəri daim norma həddində və ya ona yaxın saxlamaq, şəkərli diabetə daimi nəzarət imkan verir ki, ağırlaşmaların qarşısı alınsın və ya uzun müddətə təxirə salınsın. Bu bütün diabetli xəstələrə aiddir, baxmayaraq ki, bəzi diabetli xəstələrdə ağırlaşmaların əmələ gəlmə riski digərlərinə nisbətən daha azdır. Diabetli xəstələr ildə bir dəfəfdən az olmayaraq həkimdə müayinə olunmalıdır. Bura gözlərin, aşağı ətrafların, böyrəklərin funksiyasının müayinəsi, xolesterinin səviyyəsi, arterial təzyiqin yoxlanması aiddir. Ağırlaşmaların əlamətləri aşkar oluduqda lazımı müalicə təyin olunur.

Qanda şəkərin rəqəmlə ifadəsi
Pasientdə diabetdən şüphələndikdə və ya diabetdli xəstə müayinə olunduqda qanda şəkərin dəqiq miqdarını bilmək lazımdır. Bunun üçün kiçik miqdarda qan lazımdır.Şəkərin miqdarı 1 litr qanda şəkər molekularının sayını əks etdirən litrdə millimolla ifadə olunur.Qanda milyonlarla şəkər molekulu olur, lakin ölçü vahidi kimi millimolla (mmol/l) verilən rəqəm praktik işi asanlaşdırır. Qanda şəkərin miqdarının ifadəsinin digər üsülu onun milli qramlarla 1desilitrdə (0,1 litr) miqdarıdır. Bu vahidlər mq/dL və ya mq% göstərilir.

Böyrəklər və qanda şəkər.
Bədəndə dövr edərək qan böyrəklərdən kecir,şlaklar qandan təmizlənir və sidik ilə xaric olunur.Əlbəttə şəkər şlak deyildir, lakin qanda şəkər həddən çox olduqda (belə ki, hüceyrələr tərəfindən şəkərin qandan mənimsənilməsinə imkan verən insulin yoxdur və ya azdır) böyrəklər həddən çox yüklənir və çəkərin bir hissəsini sidiyə keçirilər.Belə hesab edirlər ki, qanda şəkər 10mmol/l(180) aşağı olduqda sidikdə şəkər olmalı deyil.Sidiyə şəkər kecməsinə səbəb olan qanda şəkərin səviyəsinin həddinə böyrək keciciliyi həddi deyilir.
Diaqnostikada qanda şəkərin əhəmiyyəti.
Əgər həkim pasientin sidiyində şəkər təyin edibsə, onda o qnda şəkəri yoxlamaq üçün qanın şəkərin təyininə görə analizini təyin edir.

Pankreatik ve inyeksion insulin arasındakı fərq.
Sağlam adamlarda mədəatı vəzi yeməkdən dərhal sonra qana insulin daxil edir. Qanda şəkərin səviyyəsi yüksəldikdə mədəaltı vəzi bu haqqda xəbərdarlıq alır, və buna uygun olaraq fəaliyyət göstərir.Diabetli xəstələrdə insulin dərialtına yeridilir, və o tədricən qana daxil olur. Lakin bu zaman insulinin qana daxil olması qanda şəkərin səviyyəsindən,yəni yuxarı və aşağı olmasından asılı olur. Buna görədə diabetli xəstə bilməlidir ki, o nə qədər insulin inyeksiyası etməlidir və buna uygun qida qəbulunu tənzimləməlidir. İnsulinin yeridildiyi yerdən qana keçməsi absorbsiya – sorulma, yeridildiyi yer isə dərialtı toxumadır. Dərialtı toxumadan insulinin tədriçən sorulur və o qanda şəkərin səviyyəsini aşağı salmağa başlayır.

İnsulinin istehsalı
İnsulin hormon adlanır, belə ki, o maddələr mübadiləsinin yerinə yetirilməsinə kömək edir. O kimyəvi xassəsinə görə zülal molekulu olub, 51 amin turşusundan ibarətdir. Belə molekular çox kicikdir və insan gözü ilə görünmür. İlk dəfə müalicəyə yararlı insulin 1921-ci ildə alınmışdır.Uzun illər insulini iri buynuzlu heyvanların və donuzun mədəaltı vəzindən alıblar. Lakin hal-hazırda gen mühəndisliyi vasitəsi ilə insan insulinin eyni olan və insan insulini adlanan insulinlər istehsal olunur. İnsan insulini DNK-rekombinant texnologiyası vasitəsi ilə alınır.
Müəyyən bakteriya hüceyrələri və ya cörəkci mayaları genetik olaraq elə dəyişdirilir ki, onlar insan insulini molekuluna yaxın olan struktur şəklini alırlar. Son etapda fabrikdə bu molekulardan insan insulini alınır. “İnsan insulini” termini dedikdə onun yalnız strukturasının insan tərəfindən hazırlanan insulinin strukturasına uygun gəldiyi başa düşülməlidir. Beləliklə, “insan insulini” insan orqanizmdən alınmaya bilər. Bütün insulin növləri necə alınmasından asılı olmayaraq axırıncı məhsulun tibbi tələblərə cavab verməsi üçün təmizləmə etapından kecir. Fabrikdə hazırlanmış insulin preparatları arasında fərqlər vardır. Bu fərqlər insulini dərialtı toxumadan sorulma surətindən və bütün insulini sorulmasını müddətindən ibarətdir. Bu iki xüsusiyyət insulinin “təsirinin başlanması” və “təsirinin müddətindən” ibarətdir. Onların arasında “maksimal aktivlik dövrü” – təsirinin zirvəsi vardır.

İnsulin preparatlarının növləri və təsiri.

İnsulin preparatlarının bir necə əsas növləri vardır. Onlardan biri şəffaf insulin məhluludur. Onun təsirinin başlanması tez və təsir müddəti qısadır. Belə tez təsir edən insulinlər (Aktropid) inyeksiyadan 30 deqiqə sonra öz təsirini başlayır. Lakin bəzi qida məhsulları, o cümlədən şəkər bağırsaqdan qana daha tez sorulur və ona görədə insulin yeməkdən 30 dəqiqə qabaq yeridilməlidir. Digər tipli insulinlər isə öz təsirlərini daha gec başlayır və təsir müddətləri daha uzun olur. Bunun üçün onlara sorulmanı ləngidən maddələr əlavə edilir.İnsulin və ləngidici maddələrin kombinasiyası adətən kristaların yaranmasına gətirib çıxarır. Milyonlarla çox kicik kristaların olması ilə əlaqədar məhlul bulanıq hal alır. Bu tip insulinlər orta müddət təsir göstərən insulin adlanırlar(bunlara Mikstard, Protafan, Monotard, İnsultard) aiddir. Hər inyeksiyadan əvvəl insulin kristalları məhlulda bərabər sürətdə paylanmalıdır. Bu zaman maye ağ süd rəngini alır. Dəri altında kristallar tədricən insulini azad edir və o qana sorulur. Preparat təxminən inyeksiyadan saat yarım sonra, ilk insulin molekuları qana düşdükdə əz təsirini güstərməyə başlayır. İnsulinin ən yüksək təsir vaxtı yeridildikdən 4-12 saat arasında olur, 24 saatdan sonra isə bütün doza sorulur gurtarır. Həmcinin tez təsir edən insulinlə orta müddət təsir edən insulinin qatışığı da vardır. Həmcinin uzun müddət təsir edən insulinlərdə vardır ki, onların təsir müddətinin uzunluğı 24 saatdan çox olur(36-38 saat). Lakin bu vaxt təxmini təyin olunur. İnsulinin sorulması həmişə individual faktorlardan asılıdır. Yeridilən dozanın miqdarıda bu faktorlardan biridir: doza ne qədər yüksək olursa, təsir müddəti bir o qədər uzun olur.


 

Şəkərli diabetin profilaktikası


Şəkərli diabet-ağır xəstəlikdir və çox saylı elmi-eksperimental, klinik tədqiqatlar yalnız şəkərli diabetin əmələ gəlmə və inkişaf mexanizmini aydınlaşdırmağa yox, həm də onun yaranmasının qarşısını almaq imkanlarına yönəlmişdir.
Məlumdur ki, şəkərli diabetin klinik manifestini önləyən uzun müddət olur və bu dövr tam sağlamlıq halında davam edir, lakin bu zaman orqanizmdə elə dəyişikliklər yaranır ki, bu da sonradan xəstəliyin klinik əlamətlərinin əmələ gəlməsinə gətirib çıxarır (güclü iştaha, susuzluq, poliuriya, bədən çəkisinin azalması, aralıq nahihədə göynəmə, dərinin irinli və iltihabi xəstəlikləri və s.)

Təəssüf ki, sözün əsl mənasında şəkərli diabetin profilaktikası hələ yoxdur, lakin hal-hazırda immunaloji diaqnostikumlar işlənib hazırlanır ki, onların da köməyi ilə tam sağlamlıq fonunda şəkərli diabetin inkişaf edə bilməsini ən erkən stadiyalarda ayırd etmək olar. Belə immunodiaqnostikumlar imkan verir ki, mədəaltı vəzin adacıqlarının müxtəlif antigenlərinə antitellərin olması aşkar olsun. Erkən diaqnostika məqsədi ilə qlükozaya tolerantlıq testi və digər metodlar istifadə olunur. Şəkərli diabetin patoqenezi haqqında bizim biliyimiz imkan verir ki, bəzi məsləhətlər verək.Bu məsləhətlər, ailəsində birinci və ikinci tip şəkərli diabet olanlar üçün müxtəlifdir.İAŞD-li valideynlərin uşaqları şəkərli diabetin inkişafına meylliliyi onlarda aşkar etmək üçün xüsusi müayinədən keçməlidirlər və onlar xüsusi nəzarət qrupuna götürülməlidirlər(risk qrupu). Müayinə histouygunluq sisteminin və ya НЬ А sisteminin qenlərinin təyinindən ibarətdir. Н1АВ6, В15, ДК.3, ДК.4 qenləri olan uşaqlar xüsusi qrupa ayrılmalıdırlar,çünki onlarda normal (diabetik olmayan) НЬА sisteminin genlərini daşıyan uşaqlara nisbətən şəkərli diabetin inkişaf mümkünlüyü bir necə dəfə yüksəkdir.Belə uşaqlar üçün epidemik parotit, anadan gəlmə qızılça,Koksaki B4 virusu və digər infeksion xəstəliklər yüksək dərəcədə təhlükə daşıyır. Bu uşaqlarda göstərilən infeksiyalar baş verdikdə, əsas müalicəyə əlavə olaraq orqanizmin immun sisteminin möhkəmlənməsinə kömək edən interferon,immunomodulyatorlar,vitaminlər, və digər vasitələrin tətbiqi məsləhət görülür ki, bu göstərilən viruslar tərəfindən mədəaltı vəzin adacıqları zədələnməsin və şəkərli diabetin inkişafına gətirib çıxaran immun reaksiyaların yaranmasına mane olsun. İnfeksiyon xəstəlik keçirmiş risk qrupunda olan şəxslər şəkərli diabetin hələ subklinik stadiyasının(latent) inkişafını aşkar etmək üçün sonraki illər müntəzəm olaraq qlükozaya tolerantlıq probası ilə yoxlanmalı və qan zərdabında mədəaltı vəzin adaçıqlarına antitelın olması təyin olunmalıdır.

1993-çü ildə amerika alimləri tərəfindən diabetin profilaktikasının mümkünlüyü haqqında ümüd verici məlumatlar dərc olunub. Qan zərdabında mədəaltı vəzin adaçıqlarının müxtəlif anti-1 genlərinə antitel olan uşaq qruplarında insulinin kiçik dozaları ilə hipoqlikemiyanın klinik əlamətlərinə səbəb olmayan profilaktik müaliçə aparılmışdır. Müşahidə vaxtı uşaqlar sərbəst diyetada olmuş və üçünçü ilin axrında onların 80% sağlam qalmışdır. Qan zərdabında antitelin analojı göstəriciləri olan 2-çi qrup uşaqlarda insulinlə müaliçə aparılmamış (kontrol qrupu) və onların 80%-dən çoxunda müşahidə dövründə şəkərli diabetin əlamətləri özünü göstərmişdir.Göstərilən metodikanın geniş istifadəsi imkan verəcəkdir ki, daha dəqiq insulindən asılı şəkərli diabetin profilaktikasının mümkünlüyünə cavab verilsin. Bundan əlavə axrıncı illər təyin olunmuşdur ki, şəkərli diabet anadan olan kimi süni qidalanmaya keçən uşaqlarda daha çox rast gəlinir. Məsələ bundadır ki, qidalanma üçün istifadə olunan süd qatışıqlarının tərkibinə inək südü də daxildir.

Şəkərli diabetə meyilli olan yeni doğulmuşların belə qatışıqlarla qidalanması, ana südü ilə qidalanan yeni doğulmuşlara nisbətən onlarda daha çox diabetin inkişafına səbəb olur.Burada şəkərli diabetin inkişafına gətirib cıxaran immun proseslərin aktivləşməsini yaradan mexanizm aşkar olunmuşdur. Aydın olmuşdur ki, inək südünün tərkibinə albumin züllalı daxildir, “ABBOS” adlanan və molekulyar kütləsi 69kilo-dalton olan albuminin fraqmenti, demək olar ki, beta-hüceyrəsinin hüceyrə- səthi züllalının molekulyar kütləsi ilə eynidir. Süni qidalanmada olan yeni dogulmuşun orqanizmində “ABBOS” zülalına yaranan antitel beta-hüceyrələrin zülalları ilə çarpaz reaksiya yolu ilə onların destruksiyasına, miqdarının azalmasına və diabetin klinik əlamətlərinin əmələ gəlməsinə gətirib çıxarır. 1993 – 1994-cü illərdə dərc olunmuş bu və ya digər tədqiqatlar 1-çi tip şəkərli diabetin profilaktikasına bizim münasibətimizin dəyişilməsinə imkan verir.Əgər biz əvvələr hesab edirdik ki, İAŞD –in real profilaktikası yoxdur, bugün isə biz belə profilaktikanın aparılma mümkünlüyü sualına müsbət cavab verə bilərik. Diabetin ilkin profilaktikası yeni doğulmuşlara və kicik yaşlı uşaqlara inək südü və onun komponentlərinin verilməsini qadağan etməkdən ibarətdir. Risk faktoru olan uşaqların qan zərdabında mədəaltı vəz adcıqlarının antigenlərinə antitel təyin olunduqda diabetin inkişafının immun mexanizmini ləngidən və saxlayan kiçik doza insulinin vurulmasının təyin olunması lazımdır.Həmdə aşkar olunmuşdur ki, belə hallarda immun sistemə nikotinamid və digər preparatlar müsbət təsir göstərir. Baxmayaraq ki, bu tədqiqatlar nisbətən böyük olmayan uşaq qrupları arasında aparılmışdır, lakin yaxın gələcəkdə İAŞD-in real profilaktikasının həyata kecirilməsi mümkünlüyünə ümüd etmək imkanı verir.

Diabetli xəstələrin 75-80%-ni təşkil edən iİnsulindən asılı olmayan şəkərli diabetin (İAOŞD) profilaktikasının özünə məxsus xüsusiyyətləri vardır. Baxmayaraq ki, irsi meyillilik bu diabetdə birinci tip şəkərli diabetə nisbətən özünü daha çox göstərir, lakin onun inkişafına səbəb olan əsas xarici faktor çox yemək, yəni orqanizmə həddindən artıq enerjinin daxil olmasıdır. Ona görə də 2-çi tip şəkərli diabetli xəstələrin ailələrində birinci növbədə çox yeməyə və asan həzm olunan karbohidratların (qənd, bal, konfetlər və s.) həddindən çox istifadəsinə qarşı iş aparılmalıdır. Valideynlər bilməlidirlər ki, onların uşaqlarının köklüyü sağlamlıq əlaməti deyildir, əksinə piylənmənin və şəkərli diabetin əmələ gəlməsinə şərait yaradır, ona görə də piylənmənin profilaktikası uşaq yaşlarından başlanmalıdır. Uşagın çəkisi daim fizioloji normaya uygun olmalıdır. Uşaqlar sistematilk olaraq bədən tərbiyəsi və idmanla məşğul olmalıdırlar,belə ki, hərəkət çatışmamazlığı (hipodinamiya) piylənməyə səbəb olur. Artiq çəkili uşaqlar hərəkətli oyunları sevmirlər,televizor ekranı və kompyuter qarşısında çoxlu vaxt itirirlər və əsassız olaraq çox vaxt idman dərslərindən azad olunurlar ki, bu da onların çəkilərinin daha çox artmasına səbəb olur. 2-çi tip şəkərli diabetin risk qrupuna hamiləlik dövründə çəkisinin güçlü artması olan (normal gedən hamiləlikdəkindən artıq) və 4,5 kg çəkidən artıq diri və ya ölü uşaq doğmuş qadınlar da daxildir. Belə qadınların 1-2%-də hamiləlik dövründə qlükozaya tolerantlığın pozulması və ya şəkərli diabet müşahidə olunur. Hamiləlikdən sonra bir qayda olaraq karbohidrat mübadiləsinin vəziyyəti normallaşır, lakin piylənmənin qarşısını alan tədbirlər görülməsə, doğuşdan 5-10 il sonra belə qadınların 10-20%-də şəkərli diabet inkişaf edə bilər. Bununla əlaqədar olaraq, bütün qeyd olunan şəxslər dispanser nəzarəti altında olmalı və onlarda müntəzzəm olaraq qlükozaya tolerantlıq testi aparılmalıdır. Şəkərli diabetin erkən aşkar edilməsi üçün, son dövrlərdə qlikogemoqlobinin(HbAlc) təyin olunması aparılır ki, bu da çox dürüst (qlükozaya tolerantlıq testindən daha dəqiq) karbohidrat mübadiləsinin pozğunluğunu göstərir. Bundan başqa bilmək lazımdır ki, istənilən xəstəlik karbohidrat mübadiləsinin pozulmasına və şəkərli diabetin inkişafına imkan yarada bilər. Odur ki, bütün xəstəliklərin vaxtında və düzgün müalicəsi də həmçinin şəkərli diabetin qarşısını almağa imkan verir.


ŞƏKƏRLİ DİABETDƏ FİZİOTERAPİYA

Aparat fizioterapiyası şəkərli diabetin kompleks müalicəsində əlavə faktor olub göstərilən məqsədləri həll edə bilər: pozulmuş karbohidrat, zülal, lipid və mineral mübadiləsinin pozğunluqlarını normalaşdırmağa kömək edə bilər; bir qədər qlikemiyanın səviyyəsini aşağı sala bilər və qan zərdabında immunreaktiv insulinin səviyyəsini artırar; insulinin hormonal və qeyri-hormonal antoqonistlərinin kontrinsulyar təsirini azaldar; qan dövranı sistemini stimulyassiya etməklə mikrosirkulyasiyanı, mikro və makro angiopatiyalarda toxumalarda mübadilə prosesini yaxşılaşdırar; polineyropatiyalarda, angiopatiyalarda və s. ağrikəsici effekt verər.

İnsulin hasil edən Langerhans adacıqlarının funksional vəziyyətini yaxşılaşdırmaq üçün Vermelin ümumi metodikası ilə sink elektroforezi qarınüstü nahiyədə eninə tətbiq olunur. Vermelin ümumi metodikası ilə oksidləşmə bərpa proseslərini yaxşılaşdırmaq və qanda şəkəri aşağı salmaq üçün misin elektroforezi təyin olunur.Poliuriyada kalinin itirilməsi ilə əlaqədar Vermel metodu ilə kalinin elektroforezini təyin etmək məqsədəuyğundur. Maqni mikroelementi karbohidratların fosforlaşma ilə oksidləşmə prosesində iştirak edir, bir neçə fermentləri aktivləşdirir,hiperxolesterinemeyanı aşağı salır, buna görə də Vermelin ümumi metodikası ilə və ya Şerbakın yaxalıq metodikası ilə və ya qara ciyərin eninə proyeksiyasına kurs müalicəyə 10-12 prosedura maqninin elektroforezini aparmaq məqsədəuyğundur. Qlikemiyanın səviyəsini aşağı salmaq üçün yaxalıq zonasına Şerbak metodu ilə kalsi ilə və ya həmin zonaya aminozinlə günaşırı 12 seans olmaqla elektroforez məsləhət görülür. Mədəaltı vəzin, qaraciyərin funksiyasını yaxşılaşdırmaq üçün qarınüstü nahiyəyə 12 seans nikotin turşusu ilə elektroforez aparılır. Aşağı ətraflarda əhəmiyyətli ağrılarla müşayət olunan diabetik mikroangiopatiyalı xəstələrdə damarların hipertonusu olduqda novakain–yod–elektroforezi 10-12 prosedura təyin edilir.Aşağı ətrafların funksional stadiyada olan angiopatiyası diabetik neyropatiya ilə birlikdə olduqda 5%-lı tiosulfat natri məhlulunun elektroforezi istifadə olunur. Bu zaman baldır əzələsinə mənfu polyusdan 10-12 prosedur olmaqla yeridilir. Yüngül və orta ağırlıqda şəkərli diabetdə seqmentar metodika ilə, 10-12 prosedur papaverin, noşpa və ya novokain-yodla elektroforezi effektlidir. Orta-ağır və ya ağır formada şəkərli diabetdə aşağı ətraflara 1%-lı dibazol məhlulu ilə və ya prozerin və 1%lı nikotin turşusunun məhlulu ilə elektroforez təyin olunur.

Angiopatiyaların orqanik stadiyasında elektromüalicə proseduraları əsasən segmentar zonaya təyin olunur. Aşağı ətrafların angiopatiyası olan xəstələrə bel-büzdüm nahiyəsinə aşağı ətraf damarlarını reflektor genişləndirən və ağrını azaldan novakainlə elektroforez tətbiq olunur.Diabetik angiopatiyalar həm səthi, həm də dərin venaların remissiya dövründə olan tromboflebiti ilə birgə olduqda heparin eletroforezi təyin olunur və bu prosedura baldır nahiyəsinə tripsinin elektroforezi ilə növbələşir. Bipolyar metodika ilə heparin və maqninin elektroforezini təyin etmək olar: heparin bel nahiyəsində yerləşən katoddan, maqniy isə hər iki pəncə və ya baldırda yerləşdirilmiş ikiləşmiş anoddan yeridilir.Kurs müalicəyə 10 prosedura daxildir.

Diabetik retinopatiyanın müalicəsində iltaab ələyhinə göstərdiyi, sorma,trofik,hiposensibilizassiya və antisklerotik təsirinə görə dərman elektroforezi əhəmiyyətli yer tutur. Mikroanevrizmalar, qansızmalar olduqda heparinin elektroforezi, retinal damarların sklerozunda isə kali- yodit məhlulunun elektroforezi məsləhət görülur.Torlu gişanın angiospazmalarında, degenerativ dəyişikliklərində nikotin turşusu, aloenin vitamin PP, C ilə qatışığı (1/3 nisbətində),1%lı nikotin turşusu və kaliy yoditin qatışığı ilə elektroforez məsləhət görülür.Makulyar durğunluqla olan diabetik retinopatiyada kalsi xloridlə elektroforez mümkundur, torlu qişanın, şüşəvari cismin fibroz dəyişikliklərində, hemoftalmda lidaza,fibrinolizinlə elektroforez göstərişdir(10-15 seans) və ya sorucu və antihemokoaqulyasion təsir göstərən tripsin, ximotripsimin elektroforezi etmək olar.

Şəkərli diabet xəstələrində qara ciyərin zədələnmələrində maqni ilə elektroforez tətbiz olunur, qara ciyərin lipodistrofiyasında isə 12-15 prosedur papaverinin məhlulu ilə elektroforezdə müsbət effekt qeyd olunur.

Əgər şəkərli diabet ürəyin işemik xəstəliyi ilə birləşibsə, onda damar genişləndirici preparatlarla (eufilin,papaverin), həmcinin heparinlə, qanqlioblokatorlarla elektroforez yaxşı effekt göstərir.

Mərkəzi damarların zədələnməsi olan xəstələrə Şerbakın yaxalıq metodu ilə brom elektroforez və ya qalvanizassiya aparılır. Diabetik ensefalopatiyanın başlangıc əlamətlərində Şerbakın yaxalıq metodu bromkofein+elektroforez və yod-novakain+elektroforez təyin olunur.Şəkərli diabetin kompleks müalicəsində impuls cərəyanlar istifadə oluna bilər. Onlar əsasən diabetik angiopatiyaların və polinevritlərin müalicəsində istifadə olunur. Yerli darsanvalizassiyanın damarlara, onların keçiriciliyinə və tonusuna əhəmiyyətli təsirini nəzərə alaraq, bu metoddan diabetik angiopatiyaların və polinevritlərin müalicəsində geniş istifadə olunur.Yuxarı və aşağı ətrafların,yaxalıq zonasının və bel nahiyəsinin 5-10 dəqiqəlik zəif qiğılcım boşalması ilə darsonvalizassiya aparılır;prosedura gündəlik və ya günaşırı olub, kurs müalicəyə 8-10 prosedur daxildir.

Şəkərli diabetin müalicəsinin aparat fizioterapiyasında yerli qan və limfa dövranını əhəmiyyətini gücləndirən, kollateral damarların əmələ gəlməsini stimullaşdıran, ağrı kəsici, iltihab ələyhinə, hipotenziv və trofik təsiri olan UVÇ – terapiya müəyyən bir yer tutur.

Şəkərli diabetin müalicəsində ultrasəs terapiyanın istifadəsi, onun hipoqlikemik təsirinə əsaslanmışdır. Mədəaltı vəzin proyeksiya nahiyəsinə 10 kurs müalicə olmaqla, hərgün ultrasəslə təsir göstərilir. Qaraciyər nahiyəsinə ultrasəslə təsir etməklə, karbohidrat mübadiləsinin əksər göstəriciləri yaxşılaşır, qara ciyərin qan dövranına müsbət təsir göstərir. Ultrasəs şəkərli diabetin ağırlaşması olan diabetik retinopatiyada tətbiq olunur. Prosedura 10-12 kurs olub gündəlikdir.Maqnit sahəsinin yüksək bioloji aktivliyini nəzərə alaraq və onun mübadilə proseslərinə və periferik hemosirkulyassiyaya müsbət təsirini nəzərə alaraq şəkərli diabetin orta-ağır və ağır formalarında maqnitoterapiyanı təyin etmək məqsədəuyğundur. Maqnitoterapiya mədəaltı vəzin proyeksiya nahiyəsində aparılır. Prosedura gündəlik olub, kurs 12 seansdır. Dəyişən maqnit sahəsinin şəkəri aşağı salma təsiri, adətən 3-5 seansdan sonra özünü göstərir.Aşağı ətrafların diabetik neyropatiyası, angiopatiyasında induktotermiya tətbiq olunur. 15-20 dəqiqəlik prosedura 10-12 kurs olmaqla hərgün və ya günaşırı təyin olunur.

 

 

 

www.diabet.az © 2009 • Privacy PolicyTerms Of Use Webmaster