Alqoritm 9

Просмотров: 7368

 

9. DIABETIK MIKROANGIOPATIYALAR

Diabetik mikroangiopatiyalara aiddir
• Diabetik retinopatiya
• Diabetik nefropatiya.


9.1. DIABETIK RETINOPATIYA

Diabetik retinopatiya (DR) şəkərli diabet zamanı gözün torlu qişasının damarlarının mikroangiopatiyası olub, axırıncı stadiyada görmənin tamamilə itməsinə gətirib çıxardır.


Diabetik retinopatiyanın klassifikassiyası
(diaqnozun ifadə olunması)

DR-nin stadiyası

Torlu qişanın damarlarının dəyişikliyinin xüsüsiyyəti
1.Qeyri-profilerativ • Mikroanevrizmalar, hemorragiyalar, bərk eksudatlar
• Makulopatiya (eksudativ,işemik,ödemli,
2.Preproliferativ Yumşaq eksudativ ocaqlar, damarların qeyri-bərabər kolibri, intraretinal mikro damar anomaliyaları
3.Proliferativ Görmə sinirinin diskində və torlu qişanın periferiyasında neovaskulyar sahələr, şüşəvari çismə qan sızmalar, preretinal qansızmalar

DR-nın proliferativ stadiyasının ağırlaşmaları

• Torlu gişanın laylanması
• Qüzehli gişanın rubeozu ;
• Ikincili qlaukoma.

DR-nin diaqnostikası

DR-nın diaqnostikasının oftolmolojı metodları
Mütləq müayinələr
Əlavə müayinələr
1.Görmə qabiliyyətinin təyini

1.Göz dibi damarlarının şəklinin cəkilməsi
2.Göz daxili təzyiqin ölcülməsi
2.Flyuresent angioqrafiya
3.Göz bəbəyinin genişlənməsində birbaşa və ya qayıdan oftalmoskapiya
3.Billurun və şüşəvari cismin əhəmiyyətli bulanmasında USM
4.Billurun və şüşəvari cismin yarıqlı lampanın köməyi ilə biomikroskopiyası
4.Görmə sinirinin və torlu qişanın funksional vəziyyətini təyin etmək üçün elektrofizioloji müayinə metodlar

DR-nın inkişafinın risk qrupları

• 3 ildən artıq 1-ci tip şəkərli diabetlə xəstələnmiş 18 yaşdan yuxarı xəstələr
• Xəstəliyin müddətindən asılı olmayaraq 1-ci tip şəkərli diabetlə xəstələnmiş uşaqlar(18 yaşdan kiçik)
• Xəstəliyin müddətindən asılı olmayaraq 2-ci tip şəkərli diabetli xəstələr

DR-nın skrininqi

Risk qruplarında tədbirlər
Kim yerinə yetirir
Mütləq müayinə metodları
Oftalmoloq
Retinopatiyanın klinik formalarının təyini
Oftalmoloq
Spesifik müayinə metodlarının seçimi
Oftalmoloq

DR-nın stadiyasından asılı olaraq oftalmoloq tərəfindən müayinə olunmanın vaxtı

DR-nın stadiyası
Müayinə vaxtı
DR yoxdur

Ildə 1 dəfə

Qeyri-profilerativ DR makulopatiyasız
Ildə 2 dəfə
Qeyri-profilerativ DR makulopatiya ilə
Ildə 3 dəfə
Preproliferativ DR
Ilde 3-4 dəfə
Proliferativ DR
Təyin olunan kimi dərhal, sonra ildə 3-4 dəfə
Hamiləliyin istənilən stadiyasında DR
3 ayda 1 dəfə

DR-nın müalicəsi

1. Karbohidrat mübadiləsinin kompensassiyası (Hb Alc 7,0%).
2. Lazer fotokoaqulyassiyası(lokal, fokal,panretinal).
3. Kriokoaqulyassiya ( transkonyuktival, transskleral).
4. Vitrektomiya.

Lazer fotokoagulyassiyasına göstəriş (oftalmoloq təyin edir)

DR-nın stadiyası
Göz dibində dəyişiklik
Metodu
DR-nın diaqnostikasinın təyinindən sonra əməliyyatın vaxtı
Qeyri-profilerativ
Kapilyarların genişlənməsi,
paramakulyar nahiyədə xırda damarların əhəmiyyətli burul-
ması ; bərkimiş eksudatların
olması, torlu qişanın ödemi;
makulopatiya.
Lokal və / və ya
fokal
2 aydan gec olmayaraq; makulopatiyada təcili və/ və ya bir neçə həftə müddətində
Preproliferativ
çoxlu retinal hemorragiya-
lar,paramakulyar nahiyədə
çoxlu mikroanevrizmalar,
digər sahədə mikroanevriz-
malar damarların burulma-
sı, venaların gərilmə ilə genişlənməsi; yumşaq ek-
sudatlar,
Fokal və/ və ya panretinal
Təcili və ya bir neçə həftə müddətində
Proliferativ
Torlu qişanın səthində yeni törənmiş damarların inki şafı
torlu qişanın traksionsuz
başlangıc fibrozu,
preretinal qansızma
Panretinal
Dərhal və ya bir necə həftə müddətində


Lazer fotokoaqulyassiyasına əks göstəriş

• Şuanın sınma mühütünün bulanması (katarakta,şüşəvari çismə qansızma, buynuz təbəqənin bulanması
• Torlu qişanın traksion laylanması, retinoşizis, torlu qişanın laylanması
• Əhəmiyyətli fibroz;
• Bəbəyin riqidliyi (midriatik maddələrin təsirindən genişlənməmə).
Nisbi əks göstəris: arterial hipertoniya, qan xəstəlikləri.

Kriokoaqulyassiyaya göstəriş(oftolmoloq təyin edir)

• Torlu qişanın laylanması
• Residivləşən uveit;
• Hemoftalm

Vitrektomiyaya göstərişlər (oftolmoloq təyin edir)

• Tezləşmiş qansızmalar – preretinal və şuşəvari cismdə ;
• Torlu qişanın səthində proliferativ toxumanın və yeni törəmə damarların inkişafının proqresləşməsi;
• Vitreoretinal dartilmalar və yayılmış yenitörəmə damarlarla müşahidə olunan köbud profilerativ dəyişikliklər ;
• şuanın sınma mühütünün bulanması, bəbəyin rigidliyi, buynuz təbəqənin rubeozu, göz daxili təzyiqin yüksəlməsi;
• Torlu qişanın yayılmış eksudativ laylanması


DR-da angioprotektorların tətbiqi az effektlidir və məsləhət görülmür

Şəkərli diabetin ağırlaşmalarının profilaktikasının və uğurlu müalicəsinin əsas şərti – xəstəyə qlikemiyanın səviyyəsinə özünün nəzarət etməsinin öyrədilməsidir.

9.2. DIABETIK NEFROPATIYA

Diabetik nefropatiyalar(DN) – bu böyrək damarlarının şəkərli diabetdə spesifik zədələnməsi olub, yumaqcıq və ya diffuz qlomerulosklerozun formalaşması ilə muşahidə olunur və terminal stadiyada xroniki böyrək çatmamazlığının inkişafı ilə xarakterizə olunur.

DN-nın klassifikassiyası (diaqnozun ifadə olunması)
• Mikroalbuminuriya stadiyası.
• Proteinuriya stadiyası, böyrəyin azot ifrazı funksiyası-
nın saxlanılması ilə
• Xroniki böyrək çatmamazlığı stadiyası

DN-nın diaqnostikası(mütləq olunmalı müayinələr)

• Mikroalbuminuriyanın müayinəsi (MAU)
• Proteinuriyanın müayinəsi (sidiyin ümumi klinik analizində və sutkalıq sidikdə)
• Sidik çöküntüsünün müayinəsi(eritrositlər, leykositlər)
• Kreatinin və sidik cövhərinin qan zərdabında müayinəsi
• Yumaqciğın filtrassiya sürətinin müayinəsi(YFS)

Mikroalbuminuriyanın müayinə metodları

• « Mikral-test » test – zolağı ilə
• Immunokimyəvi metodlar
• « DCA -2000» cihazı ilə

Albuminuriyanın diaqnostikasının göstəriciləri

Albuminuriya
Sidikdə albuminin
konsentrassiyası,
mq/l
Sidikdə albu-
min/kreatinin
nisbəti,mq/mmol
Səhər porsiya-
sında,mkq/dəq
Sutkada,mq
Normaalbuminuriya

<20
<30
<20

<2,5(kişi) 
<3,5(qadın)

Mikroalbuminuriya
20-200
30-300
20-200
2,5-25,0(kişi)
3,5-25,0(qadın
Proteinuriya
>200
>300
>200
>25

Böyrək yumaqcığı filtrassiyasinın sürətinin müayinə metodları

• Reberq- Tareyev probası – sutkada endogen kreatinin klirensinə görə (80-120 ml/dəq ;
• Kokroft – Qolt formulasına görə hesablama metodu :

Kişilər üçün(norma 100-150ml/dəq)

YFS=1,23 x [(140-yaş(illər))x bədən çəkisinə (kq)] / Qanın kreatini (mkmol/l)

Qadınlar üçün (norma 85 – 130 ml/dəq)

YFS=1,05 x [(140-yaş(illər)x bədən cəkisinə(kq)] / Qanın kreatini (mkmol/l)

 

 

DN-nın inkişafının risk qrupları (MAU olmasını yoxlamaq üçün hər
il skrininq lazım olanlar

Xəstələrin kateqoriyası
Skrininqin başlama vaxtı
Postpubertat yaşında təyin olunmuş 1-ci tip ŞD
Diabetin debyutundan 5 il sonra
Körpə yaşında təyin olunmuş 1-ci tip ŞD
10-12 yaşından hər il
Pubertat yaşında təyin olunmuş 1-ci tip ŞD
Diaqnoz təyin olunan kimi
2-ci tip ŞD xəstələri
Diaqnoz təyin olunan kimi

DN-nın skrininqi

Risk qruplarında tədbirlər Yerinə yetirir
Mütləq müayinə metodları
Endokrinoloq – diabetoloq
Nefropatiyanın klinik formasının təyini Endokrinoloq – diabetoloq
Spesifik müalicə metodunun seçilməsi
• Mikroalbuminuriya stadiyası
• Proteinuriya stadiyası
• XBÇ-nın stadiyası
--konservativ
-- terminal

 

Endokrinoloq – diabetoloq
Endokrinoloq – diabetoloq

Endokrinoloq + nefroloq
nefroloq

 

Diabetik nefropatiyanın stadiyasından asılı olaraq ŞD xəstələrdə lazım olan müayinələr.

Nefropatiyanın stadiyaları Monitoring Müayinənin vaxtı
Mikroalbuminuriya • HbAlc
• Albuminuriya
• AT səviyyəsi
• Kreatinin və sidik cöfhəri
• Lipidlər
• EKQ (+lazim olduqda gərginlik testleri)
• Göz dibi
3 ayda 1dəfə
Ildə1 dəfə
Ayda1 dəfə(normaldırsa)
Ildə 1 dəfə
Ildə 1 dəfə (normaldırsa)
Ildə 1 dəfə
Okulistin məsləhəti

 

Monitoring Müayinənin vaxtı
Proteinuriya • HbAlc
• AT səviyyəsi
• Proteinuriya
• Qalıq azot/albumin
• Kreatinin və sidik cöfhəri
• YFS
• Lipidlər
• EKQ, EXOKQ
• Göz dibi
• Avtanom və sensor neyropatiyanın
müayinəsi

3 ayda 1dəfə
Müntəzəm olaraq
6 ayda 1 dəfə
6 ayda 1 dəfə
3-6 ayda 1 dəfə
6-12 ayda 1 dəfə
6 ayda 1 dəfə
Kardioloqun məsləhəti
Okulistin məsləhəti
Nevropatoloqun məsləhəti

 

Monitoring Müayinənin vaxtı
XBÇ • HbAlc
• AT səviyyəsi
• Proteinuriya
• YFS
• Kreatinin və sidik cöfhəri
• Zərdabin kalisi
• Lipidlər
• EKQ
• Göz dibi
• Qanın ümümi Hb- ni


3 ayda 1dəfə
Müntəzəm olaraq
6 ayda 1 dəfə
6 ayda 1 dəfə
3-6 ayda 1 dəfə
6-12 ayda 1 dəfə
6 ayda 1 dəfə
Kardioloqun məsləhəti
Okulistin məsləhəti
Nevropatoloqun məsləhəti

DN-nın müalicəsi.

DN-nın stadiyası
Müalicənin prinsipləri

Mikroalbuminuriya
stadiyası

• Karbohidrat mübadiləsinın optimal kompensassiyası (HbAlc7,0 %).
• Angiotenzinə cevirən fermentlərin ingibatorunun (AçF) normal AT-də supressor dozalarda, AT 130/85mm.c.s. olduqda orta terapevtik dozalarda tətbiqi.
• Dislipidemiyanın korreksiyası (əgər varsa)
• Heyvani zülalın mötədil məhdudlaşması ilə diyeta (çəkinin 1kg-na 1qr zülaldan artıq olmamaqla)
Proteinuriya stadiyası
• Karbohidrat mübadiləsinin optimal kompensassiyası (HbAlc7,0 %).
• AT 120 – 130/75--80mm.c.s. səviyyəssində saxlamaq; birinci seçim preparatları AçF ingibatorlarıdır.
• Dislipidemiyanın korreksiyası (əgər varsa)
• Aşağı zülallı diyeta(çəkinin 1kg-na 0,8qr zülaldan artıq olmamaqla)
XBç stadiyasi
Konservativ
• Karbohidrat mübadiləsinin optimal kompensassiyası (HbAlc7,0 %).
• AT 120 – 130/75--80mm.c.s. səviyyəsində saxlamaq; birinci seçim preparatları AçF ingibatorlarıdır (qanda kreatinin səviyyəsi 300 mkmol/l-dən yuxarı olduqda ehtiyatla təyin etməli ); kombinə olunmuş antihipertenziv terapiya məsləhət görülür (AçF ingibatoru+ilməvari diuretiklər – furosemid+ kalsi antoqonistləri+selektiv -blokatorlar + mərkəzi sinir sisteminə təsir edən hipotenziv preparatlar )
• Heyvani zülalın 1kq çəkiyə 0,6 qrama qədər azaldılması
• Böyrək anemiyasının müalicəsi(eritropoetin)
• Hiperkalemiyanın korreksiyası
• Fosfor –kalsi mübadiləsinin korreksiyası
• Enterosorbsiya
Terminal stadiya • Hemodializ
• Peritoneal dializ
• Böyrəyin transplantassiyası

Diabetik nefropatiyanın proteinuriya və XBÇ-nın başlanğıc stadiyası olan (qanda kreatinin 250mkmol/l qədər) xəstələrdə icazə verilən şəkər aşağı salan preparatlar

• Qlikvidon (glurenorm)
• Qliklazid
• Repaqlinid (Novonorm)
• Akarboza (Qlukobay)
• Insulinlər

Şəkərli diabet zamanı dializ edilməsinə göstəriş

YFS 15ml/dəq-dən az olduqda
• Qanda kreatinin səviyyəsi 600mkmol/l-dən çox olduqda

Xroniki hemodializ

Üstünlüyü Çatışmamazlığı
• Qanın təmizlənməsi aparat metodu olub həftədə 3 dəfə olunur(hər gün yox)
• Tibbi personalın müntəzəm müşahidəsi
• Görməsini itirmiş xəstələr üçün mümkündür(özünə xidmet edə bilməyənlər üçün)
• Damara daxil olmanın çətinliyi(zədələnmiş damarların zəifliyi ilə əlaqədar)
• Hemodinamik pozğunluqların ağırlaşması
• Arterial təzyiqin idarə olunmasının çətinliyi
• ürək damar patalogiyasının sürətlə proqresleşməsi
• Retinopatiyanın proqresləşməsi
• Stasianara daimi təhkim olunma

Peritoneal dializ

Üstünlüyü Çatışmamazlığı
• Stasianar müalicə tələb etmir(ev şəraitinə uyğunlaşdırılmışdır)
• Böyrək və sistem hemodinamikasinın daha stabil göstəricilərini təmin edir.
• Orta toksik molekulların yüksək klirensini təmin edir
• Insulini introperitoneal yeritməyə imkan verir(buda daha yüksək metabolik nəzarəti təmin edir)
• Damara daxil olmanı tələb etmir
• Hemodializden 2-3dəfə ucuzdur
• Proseduraların gündəlik olması(sutkada 4-5 dəfə)
• Görmə itdikdə proseduraların müstəqil yerinə yetirilməsinin mümkün olmaması
• Residiv verən peritonitin inkişaf təhlükəsi
• Retinopatiyanın proqressləşməsi

Böyrəklərin transplantassiyası

Üstünlüyü Çatışmamazlığı
• Transplantatın fəaliyyət müddətində böyrək çatmamazlığından tam müalicə
• Retinopatiyanın stabilləşməsi
• Polineyropatiyanın inkişafinın geri qayıtması
• Reabilitassiyanin çox yaxşı olması
• Sağalmanın çox yaxşı olması
• Operativ müdaxilənin lazım olması
• Transplantatın ayrılma riski
• Steroid preparatlarının qəbulu zamanı metabolik nəzarətin təmininin çətin olması
• Sitostatiklərin qəbulu ilə əlaqədar infeksion ağirlaşmaların yüksək riski
• Köcürülmüş böyrəkdə diabetik qlumerosklerozun təkrar inkişafı

Şəkərli diabetin ağırlaşmalarının profilaktikasının və uğurlu müalicəsinin əsas şərti – xəstəyə qlikemiyanın səviyyəsinə özünün nəzarət etməsinin öyrədilməsidir.