Təqvim
Hava

 

Linklər

Netty Winner 2010
Sizin reklam burada!
webmaster@diabet.az

 

I TİP DİABET
II TİP DİABET
DİETOLOQ
DİABET ƏLEYHİNƏ TABLETLƏR
DƏRİYƏ QULLUQ
DAMAR DİVARININ ZƏDƏLƏNMƏSİ

 



I TİP DİABET

I tip diabetdə orqanizminiz insulin sintezini dayandırır və ya çoz az miqdarda ifraz edir. Əgər bu baş veribsə, sağlamlığınızı bərpa etmək və yaşamaq üçün mütləq insulin qəbul etməlisiniz.
İnsulinsiz qlükoza hüceyrələrə nüfuz edə bilməz (insulin qlukozanın hüceyrələrdə enerji mənbəyi kimi mənimsənilməsi üçün vacibdir). Bu səbəbdən də qlükoza qanda toplanır. Zaman keçdikcə qanda toplanmış yüksək şəkər göz, böyrək, sinirlər, ürək və qan damarlarını zədələyir.
I tip diabet adətən 30 yaşdan aşağı şəxslərdə müşahidə olunur. Lakin istənilən yaşda müşahidə edilə bilər. I tip diabetin əlamətləri qəflətən meydana gəlib, ağır gedişli olur.
I tip diabetin əlamətləri
• Sidik ifrazının tezləşməsi
• Tez yorulma
• Daimi aclıq hissi
• Əsəbıiık
• Daimi susuzluq
• Əhvalın tez-tez dəyişməsi
• Çəkinin azalması
• Ürəkbulanma
• Zəiflik
• Qusma

I TİP DİABETİ ƏMƏLƏ GƏTİRƏN SƏBƏBLƏR
Niyə bu və ya digər şəxs I tip diabetlə xəstələnir-bu dəqiq bilinmir. Bəzi şəxslərdə anadangəlmə diabetin əmələ gəlməsinə meyllilik yaradan genlərim mövcudluğu ilə əlaqədardır. Həmin insanlarda anadangəlmə belə genlərin mövcudluğu bu xəstəliyə meyillik yaradır. Bu genin daşıyıcısı olanlar arasında xəstələnmənin olması mütləq deyildir. Belə ki, hansısa xarici və daxili faktorların da müəyyən qədər rolu vardır. Mütəxəsislər bu faktorları dəqiqliklə bilmirlər. Lakin bunu aydınblaşdırma üzərində dərin elmi işlər gedir1. I tip diabetdən əziyyət çəkən şəxslərin əksəriyyətində diabet meydana gələnə kimi qanda autoanticismlərin miqdarının yüksək olması aydınlaşıb. Anticisim orqanizmin bakteriya və virusları məhv etmək üçün hasil etdiyi zülaldır. Autoanticisim “yanlış yolla gedən” antiteldir. Onlar Sizin orqanizminizdə öz toxumalarınıza hücum edirlər. I tip diabetdən əziyyət çəkən şəxslərdə insulinə və insulin hasil edən hüceyrələrə hücum edə bilərlər.

I TİP DİABETİN MÜALİCƏSİ
Hal-hazırda diabeti müalicə edən dərman yoxdur. Lakin diabeti kompensasiya edən müalicə metodu vardır. Kompensasiya metodu qanda şəkərin miqdarını optimal həddə saxlamağa xidmət edir.
1. İnsulindən istifadə edin. İnsulin iynəsi və ya insulin pompasının əsas məqsədi qanda çatmayan insulinlə orqanizmi təmin etməkdir. İnsulin yeridildikdən sonra orqanizm optimal qlükoza qəbul edə bilir.
2. Düzgün qidalanma rejiminə mütəmadi əməl edin.
3. Fiziki aktivliyi həmişə yaxşı vəziyyətdə saxlayın. Fiziki aktivlik orqanizmin normal qlükoza qəbul etməsinə kömək edir.
4. Qanda şəkəri və sidikdə keton cismcikləri yoxlayın. Bu analizlərdən keçmək, sizə kompensassiyaya nail olma planına necə əməl etdiyinizin göstəricisi ola bilər.
Mütəmadi həkim qəbulunda olun. Belə ki, həkim sizin hazırdakı vəziyyətinizə görə kompensasiya planında dəyişiklik edə bilər.

QANDA ŞƏKƏRİN SƏVİYYƏSİ GÜCLÜ TƏRƏDDÜD ETDİKDƏ NƏ ETMƏLİ
I tip diabetdən əziyyət çəkən bəzi şəxslərdə xəstəlik daha ağır keçir, belə ki, qanda çəkərin miqdarı tez-tez tərəddüd edir2. Bu, orqanizmin qidaya, dərmana və stressə güclü reaksiyası ilə əlaqədardır. Qəbul edilən qida həmişə eyni templə mənimsənilmir, bu, insulinin mənimsənilmə tempindən də aslıdır. Stress qanda müxtəlif növ stress hormonlarının sintezini artırır. Bu faktorlar tək və ya birgə qanda qlükozanın miqdarının tərəddüd etməsinə gətirib çıxarır. Əgər sizdə qanda şəkərin miqdarı belə tərəddüd edirsə, siz və sizi müalicə edən tibb işçisi insulinin dozasını ,yeridilmə qaydasını, inyeksiyanın yerini və dərinliyini öyrənməlidir. Müəyyən müddət qanda şəkərin belə kəskin tərəddütlərinin səbəbini öyrənənə qədər bütün bu göstəriciləri ciddi qeyd etmək tələbatı yaranır.
1. Bu faktorlara virus və kimyəvi maddələrin də təsir etməsi haqda məlumatlar vardır
2. Rusiyada bu vəziyyət “labil diabet” adlanır. Əsas məqsəd kimi bu zaman orqanizmin immun sisteminin insulin sintezinə təsiri öyrənilir.

Başlanğıca


II TİP DİABET
II tip diabetdə orqanizmə lazım olan miqdarda insulin hasil etmir və ya insulindən bu ya digər şəkildə istifadə edə bilmir.
Əgər insulin çatmır və ya normal funksiyasını yerinə yetirməyirsə, hüceyrələriniz enerji mənbəyi kimi qlükozadan istifadə edə bilmir və nəticədə qanda şəkərin miqdarı yüksəlir. Bu da şəkərli diabetə səbəb olur. Müəyyən müddətdən sonra qanda yüksək şəkər göz, böyrək, sinir, ürək və qan damarlarını da zədələyir.
II tip diabetdən əziyyət çəkənlərin əksəriyyəti yaşı 40-dan çox olanlardır. Lakin bu xəstəlik daha cavan yaşlarda da müşahidə oluna bilər. Çox vaxt xəstəlik əlamətsiz olur.

II tip diabetin əlamətləri
Sidik ifrazının tezləşməsi
Tez yorulma
Daimi aclıq hissi
Quru və qaşınan dəri
Daimi susuzluq
Görmənin dumanlı olması
Çəkinin azalması
Əl və ayaqların keyləşməsi, hissiyyat pozğunluğu, soyuq olması
Zəiflik
Dəri, damaq, sidik kisəsi, uşaqlıq infeksiyalarının tez-taz əmələ gəlməsi və müalicəyə pis tabe olması

II TİP DİABETİ ƏMƏLƏ GƏTİRƏN SƏBƏBLƏR
Mütəxəsislər II tip diabetin əməjə gəlmə səbəbini dəqiqliklə bilmirlər. Lakin onu dəqiq bilirlər ki, bu qrip kimi yoluxcu xəstəlik deyil. Onlar bilirlər ki, bu, artıq şəkərin istifadəsi səbəbindən ola bilməz. Bu irsi faktorlardan, artıq çəki, həyat tərzindən aslıdır. Əgər bu və ya digər ailə üzvündə II tip şəkər varsa, digər ailə üzvlərində də bu xəstəliyin olma ehtimalı yüksəkdir. Lakin xəstəliyin biruzə çıxması üçün başqa şərtlər də olmalıdır.
II tip diabetdən əziyyət çəkən şəxslərdə əksər hallarda artıq çəki problemi olur. Əgər sizdə artıq çəki varsa, insulinin funksiyasının yerinə yetirməsində çətinlik yaranacaq. Bu, insulinə rezistentlik adlanır. İnsulinə rezistentlik zamanı mədəaltı vəzi qanda şəkərin səviyyəsini aşağı salmaq məqsədi ilə insulin sintez edir, sadəcə olaraq orqanizm insulinədən istifadə edə bilmir. Belə vəziyyətdə mədəaltı vəzi bir neçə il işlədikdən sonra zəifləyir.



II TİP DİABETİN MÜALİCƏSİ
Hal-hazırda diabeti müalicə edən dərman yoxdur. Lakin bəzi tədbirləri görməklə onu müalicə etməyə cəht etmək olar. İlk növbədə düzgün qidalanmalı, daha aktiv həyat tərzi keçirməli və tez-tez idman hərəkətləri etməli, bədən çəkisini aşağı salmalısınız. Bədən çəkisini azaltmaq qanda şəkərin miqdarını normal diapazonda saxlamağa və bununla da sintez olunan insulinin yaxşı istifadə olunmasına kömək edər. Əgər sadaladığımız bu şərtlət qanda şəkərin səviyyəsini dəyişmirsə diabet əleyhinə tabletlər qəbul edə bilərsiniz. Diabet əleyhinə tabletlət qanda şəkərin səviyyəsini aşağı salan dərman vasitələridir. Əgər düzgün qidalanma, fiziki aktivlik və diabet əleyhinə tabletlər qanda qlükozanın miqdarını aşağı salmırsa, böyük ehtimalla siz müalicəyə insulin əlavə etməli və ya diabet əleyhinə tabletlərin yerinə ancaq insulindən istifadə etməlisiniz.
Sizin müalicəvi tədbirlərinizin necə təsir etdiyini öyrənmək üçün iki işi etməyiniz vacibdir:
1.Qanda şəkərin səviyyəsini yoxlayın
2. Mütəmadi tibbi müayinədə olun

1. II tip diabet adətən tosqun şəxslərdə müşahidə olunur, bəzən bu xəstəlik şəkinin artması ilə inkişaf edir. Əgər eyni şəxsdə hipertenziya da varsa, diabet daha da kəskinləşir.
2. II tip diabet zamanı, bəzən mədəaltı vəzin “tənbəlləşməsi” və yalnız qanda şəkərin səviyyəsi çox yüksək olduqda cavab verməsinə böyük əhəmiyyət verilir.

Başlanğıca



DİETOLOQ

Dietoloq qidalanma və qida məhsulları üzrə mütəxəsisdir. Qida - diabetin kompleks müalicəsində əsas açardır1. Dietoloq sizə bədən çəkisi, həyat tərzi, tablet qəbulu və ya insulin qəbulu, digər dərmanlardan istifadədən aslı olaraq orqanizmi sağlamlaşdırmaq məqsədi ilə qida növlərin seçilməsində kömək edə bilər. Dietoloqdan çox faydalı məsləhətlər almaq olar:
• Qida rejimini təyin etmək
• Qida rejiminə nəzarət
• Qida rejiminə sizin sevdiyiniz yeməklərin adaptassiyası
• Kəskin xəstəliklər zamanı qida rejiminin təyini
• Qida məhsullarının tərkibini təhlil etmək
• Gündəlik mallar dükanından məhsul seçimi
• Yağlı qidaları yağsızla əvəz etmək
• Restoran menyusunda peşəkar seçim etmək
• Sağlam və dadlı yeməklər haqqında kitabların tapılması
• Hansı yeməyin qanda yağlara miqdarına təsirini araşdırmaq
• Hansı yeməyin qanda şəkərə miqdarına təsirini araşdırmaq
• Qanda şəkərin səviyyəsini müstəqil kompensassiya etmə imkanı
• Məlumatlardan istifadə edərək qida menyunuzu qanda şəkərin səviyyəsinə görə tərtib etmə imkanı
Əgər sizin həyat tərziniz, tibbi tələbatlarınız və ya sağlamlıq məqsədləriniz dəyişilirsə, qida tələbatı da ona uyğun dəyişilməlidir. Dietoloqunuz bu dəyişikliklərə əsaslanaraq tərtib edilmiş rejimə sizi uyğunlaşdırmalıdır.
Amerika Diabet Asosasiyası diabetli şəxslərə ildə bir dəfədən az olmayaraq dietoloqa müraciət etməyi məsləhət görür.

DİETOLOQ SEÇƏRKƏN
Dietoloq seçərkən onun adının sonundakı RD ifadəsinə fikir verin. RD - qeydiyyata alınmış dietoloq deməkdir. Qeydiyyata alınmış dietoloq Amerika Dietoloq Assosassiyasının kriteriyalarına tam cavab verən mütəxəsisdir. Qeydiyyata alınmış dietoloq magistr dərəcəsi qədər qiymətləndirilməlidir. Əgər dietoloqun adının sonunda LD ifadəsi varsa, bu, lisenziyalaşmış dietoloq deməkdir. Əksər ştatlarda yalnız lisenziyalaşdırılmış dietoloqlara işləməyə icazə verilir. Ümumiyyətlə dietoloq axtardıqda böyük təcrübəyə əsaslanan dietoloq axtarın. Ola bilər ki, həkimin adının sonunda CDE ifadəsi olsun ki, bu da, diadetin kompleks müalicəsində xüsusi hazırlıq-ixtisasartırma kursunu keçmiş həkim dietoloq deməkdir. CDE ifadəsi diplomlu sanitar tibbi işçisi deməkdir.

1. Rusiyada kompleks müalicənin demək olar ki, bütün hissələri - rejim, dieta, dərman və qeyri dərman müalicəsi ilə yalnız bir mütəxəssis - müalicə həkimi məşğul olur. Bu səbəbdən də dietoloq mütləq ali tibbi təhsilli olmalıdır. Həkim (xüsusən də müalicə-profilaktika fakültəsinin məzunları) dietologiya və diabetdən xüsusi hazırlıq kursu keçirlər. Endokrinoloq diabetli şəxslərin qidalanması mövzusunda xüsusi ixtisaslı hazırlıq kursu keçir. ABŞ-da həkim ixtisası daşıyan şəxslər yalnız dərman müalicəsi və invaziv müalicə və ya diaqnostika ilə məşğul olurlar. Lakin qeyri-invazim müalicə - rejim, dieta və s. ilə ali tibbi diplomu olmayan işçilər də məşğul ola bilir. Bu səbəbdən də ABŞ-da dietoloq tibb işçisi olmaya bilər, sadəcə dietologiyanı bilməsi kifayətdir.

2. Yuxarıda göstərilənlər yalnız amerikan dietoloqlarına aid edilir. Rusiyada dietoloq xüsusi “dietologiya” və ya “qida gigiyenası” ixtisası ilə təkminləşmiş həkim diplomu olan şəxs olmalıdır.

3. Rusiyada başqa diplomlu və ya ali tibbi savadı olmayan şəxslərin dietoloq işləməsi mümkün deyil.

4. Rusiyada praktik həkim-dietoloq ixtisasına görə diplomdan əlavə şəxsi praktikada fəaliyyət göstərmək üçüm də lisenziyası olmalıdır.

Başlanğıca


DİABET ƏLEYHİNƏ TABLETLƏR
Diabet əleyhinə tabletlərlə qanda şəkərin səviyyəsini nəzarətdə saxlaya bilərsiniz. Bu dərmanların tərkibində insulin yoxdur. Diabet əleyhinə tabletlər II tip şəkərli diabet xəstələrinə aiddir. Həkimlər adətən qida rejiminiə əməl etməklə və idman hərəkətləri ilə qanda şəkərin səviyyəsini normallaşdıra bilməyən diabetli xəstələrə şəkər əleyhinə tabletlər təyin edirlər.
Hal-hazırda ABŞ-da 5 sinif diabet əleyhinə tablet1 qrupları vardır: sulfanil sidik cövhəri törəmələri, biquanidlər, alfa-qlikozidazanın ingibitorları, tiazolidin-dion törəmələri və meqlitinid.

SULFANİL SİDİK CÖVHƏRİ TÖRƏMƏLƏRİ
Sulfanil sidik cövhəri törəmələri birinci tip diabet əleyhinə tabletlərə aiddir. Bunlara: qlimepirid (mepril, qlorion, amaril), qliklazid(diabeton, diabeton MR), qlipizid(minidiab, qlibenez-retard), qlikvidon(qlurenorm), qlibenklamid(maninil 5, maniniı3,5, maniniı1,75) aiddir. Sulfanil sidik cövhəri törəmələri sizin orqanizminizdə insulinin sərbəst azad olmasını yüksəldir. Bundan başqa orqanizminiz insulinə cavab verir, qaraciyərdən isə qana ehtiyat qlükozanın keçməsinə mane olur4.
Bu effektlər qanda şəkərin miqdarını aşağı salır.
Sulfanil sidik cövhəri törəmələrinin əlavə təsirləri
*Mədə-bağırsaq pozğunluğu:
• Qəbizlik, ishal, spazm, qıcqırma, mədədə ağırlıq hissi, iştahın olmaması, ürəkbulanma, qusma.
• Qanda şəkərin miqdarının normadan aşağı enməsi(bax. Qanda şəkərin miqdarının enməsi).
• Alkoqola həssaslığın enməsi:
Spirt və ya spirt tərkibli dərman qəbulundan 10-30 dəqiqə sonra başağrı, sifətin güclü qızarması, arabir sancma, ürəkbulamna və ya baş gicəllənmə hissi.
Dəri reaksiyaları:
Qaşınma, qabarcıq, səpgilər, günəş şüasına həssaslığın artması.
• Çəki artımı.
Müalicə həkiminə sulfanil sidik cövhəri törəmələrinin qəbulundan sonra meydana çıxmış əlavə təsirləri barədə məlumat verin. Əgər hamiləsinizsə, bu tərkibli preparatlara allergik reaksiyanız varsa , qaraciyər və ya böyrək xəstəliklərindən əziyyət çəkirsinizsə sulfanil sidik cövhəri törəmələrindən istifadə etməyin.

BİQUANİDLƏR
İkinci tip diabet əleyhinə tabletlər biquanidlərdir. Metformin (asformin) ABŞ-da hal-hazırda istifadə edilən yeganə biquaniddir. Biquanid qəbulundan sonra qaraciyər ehtiyat qlükozanın qana keçməsini zəiflədir. Bundan başqa sizin orqanizminizə insulinə cavab verməyə kömək edir. Bu effektlər qanda şəkərin miqdarını mötədil dərəcədə dəstəkləyir7. Biquanidlərin mümkün əlavə təsirləri:
• Ürəkbulanma
• Qarında köpmə
• Qarında spazm
• İshal
• İştahın itməsi
Bütün bu əalvə təsirləri minimuma endirmək üşün dərmanı kiçik dozada və yemək zamanı qəbul etmək lazımdır. Biquanidlər laktoasidoz əmələ gətirə bilərlər ki, bu da rentgen kontrans maddə yeridildikdən sonra, ürək, böyrək və qaraciyər xəstəlikərində olur. Laktoasidoz orqanizm üçün təhlükəli olan qanda turşuluğun artması ilə müşayət olunur. Biquanidlərdən ürək, böyrək, qaraciyər və ya rentgenkontrans müayinə zamanı istifadə etməyin.

ALFA-QLİKOZİDAZA İNGİBİTORU
Üşüncü sinif diabet əleyhinə tabletlər alfa-qlikozidaza ingibitorlarıdır. Hal-hazırda bu sinif prepara akarboza (prekoza) aiddir.
Alfa-qlikozidaza ingibitorları sizin bağırsağınızda qlükozanın parçalanmasını zəiflədir. Bu halda qanda qlükozanın miqdarı mülayim həddə qalır. Xüsusın də akarboza qida qəbulundan sonra qlükozanın kəskin qalxmasına mane olur.
Alfa-qlikozidaza ingibitorların əlavə təsiri:
• Qaz
• Qarnın köpməsi
• İshal
Bu əlavə təsirləri minimuma endirmək üçün aşağı dozadan qəbul etməyə başlamaq lazımdır. Əgər sizdə mədə-bağırsaq pozğunluğu varsa, alfa-qlikozidaza törəmələri istifadə etməyin.

TİOZOLİDİNDİONLAR
Dördüncü tip diabet əleyhinə tabletlərə tiazolidindodin törəmələridir. Bu sinifə proqlitazon hidroxlorid (aktos, pioqlit), roziqlitazon (avandia) aiddir.
Bu prepatarlar əzələləri insulinə həssas edir. Bundan başqa onlar qaraciyərdə toplanmış qlükozanın azad olmasını ləngidir.
Tiazolidindodin törəmələrinin əlavə təsirləri:
• Yuxarı tənəffüs yollarının infeksiyası
• Başağrıları
• Kəllə sümük boşluqlarının infeksiyası
• Boğaz ağrısı
• Əzələ ağrıları
• Dişlə bağlı problemlər
• Ödemin olması
* Başğicəllənmə
Tiazolidindodin törəmələri qaraciyəri zədələyə bilər. Bu məqsədlə ABŞ qida və dərman məhsulları idarəsi adı çəkilən preparatlardan istifadədən əvvəl qaraciyərin funksiyasını yoxlamağı məsləhət görür. Müalicənin ilk ilində avandia və ya aktosla müalicə zamanı 2 ayda bir dəfə qaraciyər funksiyası yoxlanmalıdır. Növbəti illərdə avandia və ya aktosla müalicə zamanı hərdənbir qaraciyər funksiyası yoxlanmalıdır.
Qaraciyər zədələnməsinin əlamətləri:
• Ürəkbulanma
• Qusma
• Qarında ağrı
• Yorulma hissi
• İştahın itməsi
• Tünd rəngli sidik ifrazı
• Sarılıq
Əgər bu əlamətləridən hər hansını müşahidə edirsinizsə, təcili həkiminizlə əlaqə saxlayın.
Tiazolidindion törəmələrini hamilə olduqda, qaraciyər problemləri zamanı və ya ürək çatışmazlığı zamanı istifadə etməyin.

MEQLİTİNİDLƏR
Beşinci tip diabet əleyhinə tabletlərə meqlitinidlər aiddir. Repaqlinid (novonorm) ABŞ-da hal-hazırda istifadə edilən yeganə meqlitinidlərdir. Sulfanil sidik cövhəri törəmələri kimi meqlitinidlər də qana böyük miqdarda insulinin xaric olmasına kömək edir. Bu sizin qanınızda şəkərin miqdarını aşağı salmağa kömək edir. Sulfanil sidik cövhəri törəmələrindən fərqli olaraq meqlitinidlər çox zəif təsir edir ki, bu da, adı çəkilən preparatın bilavasitə yeməkdən əvvəl qəbul olunması mənasına gəlir. Bu, şəkərin qida qəbulundan dərhal sonra qanda miqdarının qalxmasına mane olur.
Meqlitinidlərin mümkün əlavə təsirləri:
Qanda şəkərin çox enməsi
Başağrısı
Ürəkbulanma
Yuxarı tənəffüs orqanlarının infeksiyası
Burun və kəllə boşluqlarının iltihabı
Bronxit
Kürəkdə ağrı
Oynaqlarda ağrı
Çəki artımı
Əgər preparatı hər dəfə qida qəbulunu zamanı qəbul etsəniz qanda qlükozanın səviyyəsinin aşağı olmasının inkifaş ehtimalı aşağı olar.

TABLETLƏR DİABETİN KOMPLEKS MÜALİCƏSİNİN BİR HİSSƏSİDİR.
Diabet əleyhinə tabletlər düzgün qidalanma və fiziki hərəkətləri əvəz edə bilməz. Onlar düzgün qidalanma və fiziki hərəkətlər ilə müştərək istifadə olunmalıdır. Əgər siz düzgün qidalanma və idman hərəkətlinə əməl etmirsinizsə, diabet əleyhinə tabletlər effektsiz olacaqdır.
Bəzən diabet əleyhinə tabletlər müəyyən müddət təsir etsə də, sonradan effektsiz olur. Bu adətən bir neçə ildən sonra müşahidə olunur. Əgər diabet əleyhinə tabletlər artıq təsir etmirsə, müalicə həkimi 2 və ya 3 sinif diabet əleyhinə tabletlərdən, tabletləri insulinlə müştərək istifadəsi və ya insulin müalicəsindən istifadə edə bilər.
Siz və müalicə edən həkiminiz birlikdə yaxşı effekt almaq üçün səy göstərməlisiniz.

Başlanğıca


DƏRİYƏ QULLUQ
Diabet dəri xəstəliklərinin artmasına səbəb olur. Eyni xarakterli bu və ya digər dəri problemi başqalarındakı kimidir, lakin bu dəri problemləri diabet zamanı daha çox müşahidə olunur. Bunlara bakterial və göbələk infeksiyaları aiddir. Bəzi dəri problemləri isə yalnız diabetli insanlara aiddir.Bunlar dermopatiya və digital skrelozdur.

 

BAKTERİAL İNFEKSİYA
Diabetdən əziyyət çəkən insanlarda diabeti olmayan insanlara nisbətən bakterial dəri infeksiyalarının üç növünə daha çox təsadüf edilir: itdirsəyi, frunkul və karbunkul. Bütün bu üç infeksiyanın törədicisi stafilokokk bakteriyaları sayılır. Hər üç infeksiya özünü qızartı, şişkinlik və irinli törəmə formasında biruzə verir.
İtdirsəyi kirpik vəzilərində iltihablaşma ilə müşayət olunur. Frunkul dəri piy vəzilərinin və tük köklərinin iltihabıdır. Karbunkul frunkulllar toplusudur. Frunkul və karbunkul əsasən boynun yan hissəsi, qoltoqaltı nahiyə, qasıq və sağrı nahiyələrində təsadüf edilir.
Əgər siz özünüzdə frunkul, karbunkul və ya itdirsəyi müşahidə olunubsa, təcili müalicə həkiminizə müraciət edin.



GÖBƏLƏK İNFEKSİYASI
Diabetdən əziyyət çəkən insanlarda diabeti olmayan insanlara nisbətən dəri göbələk infeksiyalarının dörd növünə təsadüf edilir: dəri büküşləri mikozu, pəncə mikozu, başın tüklü hissəsinin mikozu və uşaqlıq yolu infeksiyası.
Dəri büküş mikozu qırmızı qaşınan hissə şəklində müşahidə olunub, xarici cinsiyyət orqanının ətrafında və ya budun içəri nahiyəsində təsadüf edilir.
Pəncə mikozu barmaqların arasındda təsadüf olunub, çox ağrılı olur. O, çatlayır, qabıq verir və adətən qovuqcuqların əmələ gəlməsi ilə müşayət olunur.
Başın tüklü hissəsinin və ya bədənin mikozu əsasən dairə şəklində qızartılı qabıq verən olub, ayaqlarda, qasıqda, başın tüklü hissəsində, ayaqda və bədəndə təsadüf edilir. Düyüncüklər qaşınan olub, qovuq əmələ gətirməyə meyilli olurlar.
Uşaqlıq mikozu adətən kandida albikans tərədiciləri tərəfindən meydana gəlir. O, qatı ağ rəngli möhtəviyyatın gəlməsi ilə və/və ya qaşınma, qıcıqlanma, yanğı formada ola bilər. Əgər özünüzdə göbələk infeksiyasının olmasından şübhələnmisinizsə, öz müalicə həkiminizə müraciət edin.

DİABETİK DERMOPATİYA
Diabetdən əziyyət çəkən xəstələrin bəzilərində dəridə elə vəziyyət yaranır ki, buda diabetik dermopatiya adlanır. Bu zaman qırmızı və ya qəhvəyi rəngli qabıqlanan düyüncüklər əmələ gəlir ki, bu da adətən baldırın ön səhtinə müşahidə olunur. Diabetik dermipatiya ziyansızdır və adətən müalicə tələb etmir.

DİGİTAL SKRELOZ2
Diabetdən əziyyət çəkən şəxslərdə digital skreloz formalaşa bilər. Digital - yəni əl və ayaq barmaqlarının prosesə cəlb olunmasıdır. Skreloz - bərkimə deməkdir.
Digital skreloz nəticəsində ovuc, əl və ayaq barmaqları qalınlaşır, möhkəmlənir, rəngi saralmış və parıltılı olur.
Bu zaman barmaqlarda ağrı olur və elastikliyini itirir, hərəkət o dərəcədə çətinləşir ki, ovucları bir-birinə yapışdırmaq çətinolur, məsələn: dua edərkən əlləri bitişdirərkən ağrı artır.
Digital skreloz müalicə olunmur. Lakin oynaqlarda ağrının ağrıkəsici və iltihab əleyhinə preparatlarla müəyyən yüngülləşməsinə nail olmaq olar.

DƏRİYƏ NECƏ QULLUQ ETMƏLİ
Diabeti ciddi nəzarətdə saxlayın. Qanda şəkərin miqdarnın yüksək olması bakteriya və göbələyə qarşı həssaslığın artmasına səbəb olur. Bu səbəbdən də dəri quru olmağa meylli olur.
Dərinizi həmişə təmiz saxlamağa çalışın. İsti (qaynar olmayan) vanna və duş qəbul edin. Qaynar su dərinizi quruda bilər.
Dərinin qurumuş hissələrini nəmləndirin. Bu məqsədlə nəmləndiricilər və ya nəmləndirici sabun-kremdən istifadə edin. Soyuq və ya quru aylarda otağın havasını nəmləndirin. Çoxlu miqdarda maye qəbul edin. Bu da dərinin nəmləndirməsinə kömək edir.
Dərinin qalan hissələrini quru saxlayın. Dəri büküşlərini quru saxlayın. Bu hissələr barmaqların arası, qoltuqaltı və qasıq nahiyəsidir. Həmin hissələrin quruducu toz halında maddələrlə qurudun.
Dərinizi günəş şüalarından qoruyun. Günəş şüası dərini quruda və ya yandıra bilər. Açıq havada, gün altında olarkən nəm olmayan, dərini tərdən qoruyan günəşdən qoruyan vasitələrdən istifadə edin, xüsusi ekran qoruyucusundan az-az hallarda yararlanın.
Dərinin azacıq belə zədələnmiş hissəsini müalicə edin. Reseptsiz buraxılan vasitələr dəri xəstəliklərinin az zədələnmiş hissəsinin müalcəsində isyifadə oluna bilər. Lakin hər halda dəri xəstəlikləri zamanı sizi diabetə görə müalicə edən həkimlə məsləhətləşin.
Dəri həkiminə də müraciət edə bilərsiniz. Əgər sizdə dəri xəstəliyi müşahidə olunubsa, diabetə görə müalicə edən həkiminizə dəri həkiminə göndərməyinizi xahiş edin ki, sizə xidmət edən tibb işçislərinin birgə müayinəsi altında olasınız.

Başlanğıca


 

DAMAR DİVARININ ZƏDƏLƏNMƏSİ
Sizin qan damarlarınızın düşməni qanda yüksək şəkər, yağlar və qandakı insulin (bax. Qanda yağlar) və yüksək qan təzyiqidir. Hər 4 faktor zaman keçdikcə damarlara daha böyük mənfi təsir göstərə bilir. Ola bilər ki, zədələnmə baş verənə qədər siz hər hansı əlamət hiss etməyəsiniz.
Qan damarları zədələndikdə onlar zəifləyir, mənfəzi daralır və hətta tam qapana bilər.
Bu zaman qanın bə bədən hissələrini qidalandıran oksigenin miqdarı aşağı düşür və damarın vaskulyarizasiya etdiyi toxumalar normal qidalana bilmir. Əgər orqanizmin hər hansı bir hissəsi normal qidalanmır və optimal oksigen qəbul etmirsə, o, öz funksiyasını həyata keçirə bilməz və müəyyən müddətdən sonra zədələnə və tam məhf ola bilər.
Bu mənada ən çox zədələnən ürək, beyin, aşağı ətraflar, o cümlədən də pəncələrdir. Sizin gözlərinizin, böyrək və sinirlərinizin zədələnməsi də mümkündür.
Damar divarının zədələnməsi tədricən baş verir. Bu, lap uşaqlıqdan da başlayıb ömür boyu davam edə bilər. Diabetdən əziyyət çəkən şəxslərdə damar divarının zədələnməsi diabetdən əziyyət çəkməyənlərə nisbətən daha tez və çox zədələnmə müşahidə olunur.

DAMAR DİVARININ ZƏDƏLƏNMƏ EHTİMALINI NECƏ AZALTMAQ OLAR
Az siqater çəkin və ya onu tərgidin. Siqaret çəkmə damar divarlaının mənfəzini daraldır. Ola bilsin siqareti tərgizmək asan olmasın, lakin bunu etməyə çalışın. Bu məqsədlə xüsusi proqramdan istifadə edə bilər və ya sizə qulluq edən tibb işçisindən məsləhət ala bilərsiniz.
Qan təzyiqinizi daim nəzatərdə saxlayın. Belə ki, yüksək təzyiq damarları zəiflədir. Bir çox insanlar qan təzyiqini düzgün qidalanma, arıqlama və idmanla aşağı salmağa nail olur. Bəziləri isə qan təzyiqini duzdan imtina etməklə də aşağı saxlaya bilir. Lakin əksər hallarda yüksək təzyiqə görə dərman qəbul etmək lazım olur. Əgər həkim sizə dərman təyin edibsə, mütləq qəbul edin.
Xolesterinin səviyyəsini aşağı salmağa çalışın. Belə ki, qanda xolesterinin miqdarı artdıqda o, daha çox damar divarına yapışır və nəticədə damar mənfəzini daraltmış olur və ya onu bərkləşdirir.
Xoşladığınız qidaları yağsız və ya yavan halda yeyin.
Fiziki aktiv olun. Gündəlik məhəlləni gəzintiyə çıxmaq da bu mənada bəs edər. Çalışın zövqünüzə uyğun idman növü seçəsiniz.
Optimal çəkini əldə etməyə çalışın. Artıq çəki bədəninizdə artıq piyin toplanması üçün gözəl şəraitdir. Çalışın zövqünüzə uyğun idman hərəkətlərini ən çox xoşladığınız qidalarla kompleksləşdirəsiniz.
Diabetinizi daim nəzarətdə saxlayın. Qanda şəkəri müntəzəm olaraq ölçün, həkim təyin etdiyi insulin və ya diabet əleyhinə tabletləri qəbul edin, qida rejiminə düzğün əməl edin, kompleks hərəkətləri davam edin və bütün bunları yazılı şəkildə sistemləşdirin.
Müntəzəm həkim müayinəsindən keçin. Həkiminiz müayinə nəticəsində damar divarının vəziyyəti barədə məlumat əldə edər və sizə qan təzyiqi, qanda yağ və şəkəri tənzimləməyə kömək göstərə bilər.

Başlanğıca


 

 

www.diabet.az © 2010•   Müellif hüquqları qorunur. Məlumat istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.