Təqvim
Hava

 

Linklər

Netty Winner 2010
Sizin reklam burada!
webmaster@diabet.az

 

CİNSİ HƏYAT VƏ DİABET

Diabet və onun fəsadları cinsi həyatı poza bilər. Cinsi problemlər həm fiziki, həm də psixoloji səbəblərdən yaranır. Həkimlər, əlbətdə ki, ilk növbədə fiziki problemləri araşdırırlar.
FİZİKİ PROBLEMLƏR
Üzülmək. Əgər sizin qanınızda şəkərin səviyyəsi yüksəkdirsə, siz həddən artıq yorulma və cinsi zəiflık hiss edəcəksiniz. Diabeti yaxşı kompensassiya etdikdə bu problem yaxşılığa doğru dəyişilə bilər.


Sidik yollarının infeksiyası. Əgər qanınızda şəkərin səviyyəsi yüksəkdirsə, sidik sistemi infeksiyalarına yoluxma ehtimalınız böyük olacaqdır. Sidik sistemi infeksiyalarının əlamətləri bunlardır
• Sidik ifrazının tezləşməsi
• Sidik ifrazı zamanı ağrı və yanğı hissi
• Sidiyin rənginin bulanıq və ya qanlı olması
• Bel və qarnın aşağı hissəsində ağrı
• Hərarətin artması
• Üşütmə
Sidik yollarında infeksiya cinsi əlaqə zamanı ağrının və diskomfortun əmələ gəlməsinə səbəb ola bilər. Sidikçıxarıcı yolların infeksiyasını antibiotiklərlə müalicə etmək lazşmdır.
Sidik kisəsinə nəzarətin pozulması. Əgəg sizdə sidik kisəsinin sinir sistemində zədələnmə varsa, həmişə sidik kisəsini dolmasını hiss etməyə bilərsiniz. Cinsi əlaqə və ya orqazm zamanı bir neçə damcı sidik xaric ola bilər. Bunun qarşısını almaq üçün cinsi əlaqədən əvvəl və sonra sidik kisəsi boşalmalıdır.
Ətraf və oynaqların zədələnməsi. Əgər sizdə ətraf sinirləri zədələnibsə, ətraf yoxdursa və ya oynaq xəstəliyi varsa, cinsi əlaqə narahat olar və ya diskomfort verə bilər. Çalışın pozanı dəyişəsiniz. Bəzi pozalar diğərlərindən rahat ola bilər. Bəzən bir neçə balış dayaq rolunu oynaya bilər. Həkim sizə cinsi əlaqənin daha rahat formasını başa sala bilər.

QADIN PROBLEMLƏRİ
Hissiyatsızlıq. Cinsi orqanların sinirinin zədələnməsi hissiyatın pozulmasına gətirib çəxara bilər. Bu, qadının orqazma çatmasını çətinləşdirir. Buna Keqel hərəkətləri, cinsi əlaqə zamanı pozanın dəyişilməsi və cinsi orqanın daha intensiv stimulyasiyası kömək ola bilər.
Uşaqlıq yolunun infeksiyası (vaginit). Diabet zamanı qadınlar ən çox uşaqlıq yolu infeksiyalarından əziyyət çəkirlər. Bu infeksiyaların törədicisi əsasən Kandida albikans göbələkləridir. Qanda şəkərin miqdarının yüksək olması gğbələyin inkişafına müsbət təsir edir.


Uşaqlıq yolu infeksiyalarının əsas əlaməti
• Ağ qatı ifrazat
• Qaşınma
• Yandırma hissi
• Qızartı
• Ödem
Vaginit cinsi əlaqədən əvvəl və sonra qıcıqlanma və diskomfort əmələ gətirə bilər. Göbələk əleyhinə dərman və mazlar bir çox halda bu infeksiya zamanı müsbət təsir edə bilir. Qanda şəkərin miqdarına nəzarət də bu əlamətlərdən azad olmağa kömək edə bilər.
Uşaqlıq yolunun quru olması. Uşaqlıq yolunun nəmlənməsinə xidmət edən sinirlərin zədələnməsi zamanı uşaqlıq yolu quru ola bilər. Uşaqlıq yolunda quruluq cinsi əlaqədən əvvəl və sonra qıcıqlanma və diskomfort əmələ gətirir. Bu məqsədlə reseptsiz buraxılan, lakin həkimin təyin etdiyi sürtmələrdən istifadə edilə bilər. Qanda şəkəin miqdarının nəzarətdə saxlanılması bu və ya digər mənada sinirlərin zədələnməsini zəiflədə bilər.
Uşaqlıq yolunun dar olması (vaginizm). Uşaqlıq yolunun quru və infeksiyalaşmış olması nəticəsində ağrı və diskomfort böyük ehtimalla vaginizmə gətirib çıxaracaq. Vaginizm uşaqlıq yolunun həlqəvi əzələlərinin iradədən aslı olmadan yığılmasıdır. Bu, cinsi əlaqəni ağrılı və çətin edə bilər. Kömək məqsədi ilə Keqel hərəkətləri ilə əzələlərin boşalmasını həyata keçirmək olar. Elə bir vəziyyət seçin ki, uşaqlıq yoluna nüfuz etmə daha rahat olsun.

KİŞİ PROBLEMLƏRİ
İmpotensiya. Diabetdən əziyyət çəkən kişilərin təqribən yarısı müəyyən müddətdən sonra impotent olurlar. İmpotensiya - cinsi orqanın tamamilə oyanmaması və ya cinsi əlaqəni yerinə yetirmək üçün kifayət qədər möhkəm olmamasıdır. Kişilərdə inpotensiyaya səbəb olan əsas faktorlar aşağıdakılardır.
• Kişi cinsi orqanın sinirlərinin zədələnməsi
• Kişi cinsi orqanın qan damarlarının zədələnməsi
• Qanda şəkərin səviyyəsinə qeyri-düzgün nəzarət.
Fiziki impotensiya çox gec inkişaf edir, lakin nəticəsi ağır olur. Əlamətləri - ereksiyanın tezliyinin və cinsi orqanın sərtliyinin aşağı düşməsi. Qanda şəkərin miqdarını nəzarətdə saxlamaq impotensiyanın bir nömrəli profilaktikasıdır. Əgər sizdə impotensiya inkişaf edibsə, müalicə həkiminizlə məsləhətləşin. Belə ki, fiziki impotensiyanın bir çox müalicə metodları vardır.

PSİXOLOJİ PROBLEMLƏR
Əgər müalicə həkimi və ya sizi müayinə edən tibb işçisi cinsi problemlərin həlli üçün konkret fiziki səbələr tapmayıbsa, böyük ehtimalla bu, psixoloji problemdir. Psixoloji problemin olması üçün diabetdən əziyyət çəkmək əsas şərt deyil. Seksual problemlərin aşağıdakı psixoloji əsasları vardır.
• Siz partnyorunuzla cinsi problemləri müzakirə edə bilmirsiniz
• Partnyorunuzla uşaq, iş və ya pulla əlaqədar çəkişmələriniz olur
• Siz stress, narahatlıq və həyəcan içindəsiniz
• İmpotensiya qorxusu sizi bürüyüb
• Hamiləlikdən qorxursunuz
• Sizin seks haqqında kifayət qədər bilgiləriniz yoxdur
• Siz ciddi rejimdə tərbiyə almısınız
• Siz cinsi həvəsdən sui-istifadə etmisiniz
Əgər sizin seksual problemlərinizin səbəi psixoloji faktorlarla əlaqəlidirsə, bu sahə ilə məşğul olan mütəxəsisə müraciət etməyi unutmayın. Bu mütəxəsis psixiatr, psixoloq, həkim-seksoloq, müalicə-bədən tərbiyəsi üzrə mütəxəsis və ya androloq ola bilər.

Keqel hərəkətləri- bu, kiçik çanağın dərin əzələlərini inkişaf etdirmək üçün xüsusi hazırlanmış idman hərəkətləridir ki, bu zaman da, orqazm vaxtını tənzimləmək və cinsi əlaqənin müddətini uzatmaq mümkün olur. Bax. İnqrid Trobiş “Zovcə olmaq sevincdir”.

www.diabet.az © 2010•   Müellif hüquqları qorunur. Məlumat istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.