Təqvim
Hava

 

Linklər

Netty Winner 2010
Sizin reklam burada!
webmaster@diabet.az

 

BÖYRƏKLƏRİN ZƏDƏLƏNMƏSİ

Böyrəklər sizin qanınızı təmizləyir. Sizin qanınız böyrək filtrlərindən keçir. Sağlam böyrək filtrlərii sidiklə lazım olmayan məhsulları xaric edir, əksinə , lazımı məhsulları filtrasiya etmir və onalr qanda qalırlar. Əgər sizdə diabet varsa, o, böyrəklərinizin sağlam funksiyasını poza bilər. Böyrək normal funksiyasını həyata keçirmədikdə böyrək xəstəlikləri inkişaf edə bilər. Böyrək xəstəlikləri nefropatiya da adlanır.

BÖYRƏK ZƏDƏLƏNMƏSİNİN İNKİŞAFI
Böyrəyin zədələnməsı əvvəlcə böyrəklərin işinin həddən artıq gərginliyi şəklində başlayır, sonra böyrək filtrlərinin keçiriciliyi pozulmağa başlayır, daha sonra filtrasiya qabiliyyətini itirir və sonda böyrək çatışmazlığı inkişaf edir.


Filtrlərin həddən çox yüklənməsi. Diabetli xəstələrdə bildiyimiz kimi qanda şəkərin səviyyəsi yüksək olur. Qanda şəkərin qalxması böyrəkləri qanı normal hala nisbətən daha çox filtrasiya etməsinə məcbur edir. Bu əlavə yük böyrək filtrassiyasında ağır şəkildə əks oluna bilər. Filtrlər daha çox yüklənmiş olurlar. Bu səbəbdən də filtrlər normada süzmədikləri bəzi maddələri süzürlər. Bu maddələrdən birini, qanın əsas elementi olan albumin adlı zülalı misal göstərmək olar. Filtrlər albumini sidiyə buraxır. Sidirkdə azaçıq albuminin olması böyrək zədələnməsinin ilk əlaməti hesab olunur. Sidikdə nə qədər çox zülal aşkar olursa, qanda bir o qədər albumin azalmış olacaqdır. Filtrlərin keçiriciliyinin çox pozulması. Albumuinin funksiyalarından biri də qanda suyu saxlamaqdır. Qanda kifayət qədər albumin olmadıqda su qan damarlarından kənara süzülür. Bu maye topuğa, qarına və hətta döş qəfəsinə də yığıla bilər. Topuğlarda maye onları şişkinləşdirir. Qarında maye olduqda isə o qarın şişir. Döş qəfəsində maye olduqda artıq ciddi əlamət sayılır və tənəffüsün çətinləşməsi müşahidə olunur. Bu əlmətlər böyrəyin zədələnməsinin ilk xarici əlaməti olsa da, lakin böyrəyin xəstələnməsi artıq gecikmiş əlamət sayılır.
Filtrlər əvvəlki kimi filtrasiya etmirlər. Zaman ötdükcə yüklənmiş və keçiriciliyi pozulmuş filtrlər artıq normal fəaliyyət göstərə bilmirlər. Bu da, digər normal filtrlər üçün daha əlavə ağır yük olur.
Düzdür, əvvəlcə sağlam fultrlər normal fəaliyyət göstərməyən filtrlərin yükünü daşımaq üçün daha intensiv işləyirlər. Sonra onlar da sıradan çıxırlar. Bundan əlavə nə qədər çox filtr sıradan çıxırsa, bir o qədər digərlərinin yükü artır, sayı azalır. Sonda sağlam filtr qalmır və lazımsız maddələr süzülməyir və qanda qalmağa məcbur olur.
Filtrlərin çatışmazlığı. Qanda aralıq məhsulların səviyyəsi böyrək filtrləri artıq fəaliyyət göstərmədikdə zəhərləyici həddə yüksəlir. Bu, böyrək çatışmazlığı və ya böyrək xəstəliyinin axır mərhələsi adlanır.
Böyrək çatışmazlığının əlamətləri:
Ağızda pis dad
“Narahat” ayaqlar
İştahın pis olması
Yuxunun pozulması
Mədə pozğunluğu
Gün ərzində yorğunluq
Öyümə-qusma
Fikri cəmləşdirə bilməmək
Adi vəziyyətdə qanşırların əmələ gəlməsi

Böyrək çatışmazlığı olan şəxslərə ya böyrək köçürülməli, ya da dializ olunmalıdır. Böyrək köçürməsi başqa şəxsdən böyrək xəstə insana köçürülür. Dializdə isə xüsusi məhlullar və avadanlığın köməyi ilə qan təmizlənir. Lakin elə tədbirlər var ki, onalra əməl etməklə böyrəyin zədələnməsini ləngidə bilıər və onun böyrək çatışmazlığına keçməsinin qarşısını ala bilərsiniz.

BÖYRƏK ZƏDƏLƏNMƏSİNİN İNKİŞAFINI NECƏ TORMOZLAMAQ OLAR
Qanda şəkərin səviyyəsiniz normaya yaxın həddə saxlayın. Qanda şəkərin səviyyəsini normaya yaxın həddə saxlanması “sərt kompensasiya” adlanır. Qanda şəkərin səviyyəsinin normaya yaxın saxlanılması digər böyrək zədələnməsindən qoruyan amillərdən qat-qat effektlidir.

Böyrək arteriyası
Həkiminizdən böyrəklərinizin nə dərəcə normal işləməsi barədə soruşun. Böyrək zədələnməsinin başlanmasını və inkişaf dərəcəsini qan və sidiyin spesifik müayinəsi ilə öyrənə bilərsiniz. İki qan analizi (qan zərdabında qalıq azot və kreatinin) və bir sidik analizi (kreatinin kliriensi) böyrəklərin artıq məhsullardan necə azad olmasını göstərir. Başqa bir analiz (albuminin xaric olma surəti) böyrək filtrlərinin süzmə sürətini göstərir.
Həmişə qan təzyiqinizi nəzarətdə saxlayın. Böyrəklər normal filtrassiya etmədikdə artıq duz və su orqanizmdə yığılıb qalır. Bu, qan təzyiqini yüksəldə bilər. Yüksək qan təzyiqi böyrəyin yükünü artırar və zədələnməsini daha da dərinləşdirə bilər.
Əgər sizdə qan təzyiqi yüksəkdirsə, ilk etapda onu 130/85 m.m.c.süt.-a kini aşağı salmağa çalışın. Qan təzyiqini çəkini azaltmaqla, duzun miqdarını azaltmaqla və spirtli içkilərdən uzaq olmaqla da aşağı salmaq imkanları vardır.
Müalicə həkiminizdən qan təzyiqini aşağı salan dərmanlar barədə soruşun. Belə dərman qruplarından biri “AÇF ingibitorları (angiotenzin çevirici fermant)”-dır ki, bu da böyrək zədələnməsini tormozlaya bilər.
Zülal qəbulunun azaldılması. Əksər təcrübələr göstərir ki, zülal qəbulunun azaldılması böyrək zədələnməsini tormozlaya bilər. Lakin ekspertlər zülalın miqdarı barədə yekdil fikirə gəlməyiblər.
Amerikalıların əksəriyyəti gündəlik kalorinin 14-18 %-ni zülallardan alırlar. Amerika diabet assosasiyası böyrəyin zədələnməsindən əziyyət çəkən xəstələrə gündəlik kalorinin 10 %-nin zülal hesabına olmasını məsləhət görürlər.
Zülalla zəngin qidalara ət, balıq, quş əti, yumurta, süd, pendir, paxlalı bitkilər, təmizlənməmiş dənli bitkilər, qoz və tumlar aid edilir.

www.diabet.az © 2010•   Müellif hüquqları qorunur. Məlumat istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.