|
AĞIRLAŞMA
AYAQLARA QULLUQ
ARIQLAMA
ALKOQOL VƏ DİABET
AĞIRLAŞMA
Diabet diğər xəstəlik və vəziyyətə gətirib çıxara bilər,
bunlara diabetin ağırlaşmaları deyilir. Ağırlaşma sizin
qan damarları, beyin, göz, ürək, böyrək, ayaq (daha
dəqiq ayaq pəncəsi) və sinirlərinizi zədələyə bilər.
Ağırlaşmadan ən yaxşı qorunma yolu qanda qlükozanın
və arterial təzyiqin normada saxlanmasıdır. Hər iki
göstərici nə qədər normaya yaxınlaşsa, bir o qədər ağırlaşma
ehtimalı az olar. Bunu “Ağırlaşmaların qarşısını almaq
üçün kompensasiya metodunun effekliyinin təcrübəsi”
və “Diabetin sonrakı nəticələrində Britaniya təcrübəsi”
təsdiq edir.
AĞIRLAŞMALARIN QAŞISINI ALMAQ MƏQSƏDİ İLƏ DİABETİN
KOMPENSASİYA METODUNUN EFFEKTİVLİK TƏCRÜBƏSİ. (DKMET)
Ağırlaşmaların qarşısını almaq məqsədi ilə diabetin
kompensasiya metodunun effetlik təcrübəsi (DKMET) –
bu, ABŞ-nın Milli Sağlamlıq İnstitutunun təşkilatçılığı
ilə 1983-1993-cü illərdə həyata keçirdiyi onillik təcrübədir.
Bu göstərdi ki, şəkərin səviyyəsini normaya yaxın saxlaya
bilən (bu səviyyə diabetdən əziyyət çəkməyən insanların
qanındakı səviyyəsi başa düşülür) 1-ci tip diabet xəstələri
qanda səkərin miqdaı yüksək olan şəxslərə nisbətən daha
az ağılaşmalara məruz qalırlar. Həkimlər 1-cip diabetdən
əziyyət çəkən 1441 pasiyenti öyrənməyə çalışıblar. Bunalrın
bir hissəsi diabetə görə standart üsulla müalicə alırdılar.
Digərləri isə intensiv müalicə qəbul edirdilər. Standart
üsulla müalicə alan şəxslərə gündə 1-2 dəfə insulin
yeridilirdi. Yeridilən insulinin dozası və yeridilmə
vaxtı gün ərzində dəyişməz saxlanılırdı. Onlar qanda
və sidikdə səkəri yoxlayırdılar. Standart müalicə qəbul
edən şəxslərdə qanda çəkərin səviyyəsi adətən yüksək
olurdu. Əsas odur ki, şəkərin səviyyəsinin qalxması
və ya enməsi müşahidə olunmurdu.

İntensiv müalicə qəbul edən şəxslərə gündə 3 və daha
çox sayda insulin yeridilir və ya insulin pompalarından
istifadə olunurdu (bax. İnsulin pompaları). Bu çəxslər
gündə 4 dəfə qandakı şəkərin səviyyəsini yoxlayırdılar.
Gündəlik insulinin dozası qanda qlükozanın və onlara
təyin edilən qidanın miqdarı və fiziki aktivliyin xarakterinə
görə dəyişirdi. İntensiv müalicə qəbul edən şəxslərdə
şəkərin qanda səviyyəsi normaya yaxınlaşırdı. Lakin
bu çəxslərdə qanda şəkərin kəskin enməsi də müşahidə
olunurdu (üç dəfəyə qədər), çəki artımı isə standart
müalicə qəbul edənlərə nisbətən daha mühüm idi.

DİABETİN SONRAKI NƏTİCƏLƏRİNİN BRİTANİYA TƏCRÜBƏSİ
(DSNBT)
Diabetin sonrakı nəticələrinin Britaniya təcrübəsi –
bu günümüzdə 2-ci tip diabetlər üzərində həyata keçirilmiş
ən iri və uzunmüddətli təcrübədir. Bu, “Diabet 2-ci
tip” diaqnozu təyin edilmiş 5102 xəstə üzərində 10 il
ərzində həyata keçirilmiş təcrübədir.
Pasiyentlər təcrübəyə Birləşmiş Krallığın 21 tibb mərkəzində
1977-1991-ci illər müddətində cəlb edilmişdilər. DSNBT
təlimatına əsasən xəstələr intensif və ümumi qəbul edilmiş
olmaqla iki müalicə qrupuna bölünmüşdülər. Hər iki qrup
qanda şəkərin səviyyəsini aşağı salmaq üşün müxtəlif
qarışıqlı insulin mülicəsi və diabet əleyhinə tabletlər
qəbul edirdilər. İntensiv müalicə qəbul edən qrupda
qanda qlükozanın miqdarını ac qarına 108 mg/dl-ə qədər
(“sərt kompensasiya”) endirmişdilər. Ümumi qəbul edilmiş
müalicə alan qrupda isə acqarına qanda qlükozanın miqdarı
270 mg/dl həddində idi.
Sərt kompensasiya təyin edilən şəxslərdə ürək tutmalarının,
diabetik ölümün, göz, böyrək və sinir xəstəlikləri riski
azalmışdı. Yüksək təzyiqi olan insanlar isə daha iki
qrupa ayrılmışdılar. Hər iki qrup təzyiqi aşağı salan
dərmanlarla müalicə qəbul edirdilər. Bir qrupda orta
qan təzyiqi 144/82 m.m.c.süt. (“ciddi nəzarət”) həddində
təyin edilmişdi. Diğər qrupda isə orta qan təzyiqi 154/87
m.m.c.süt olmuşdur. Arterial təzyiqi ciddi nəzarətə
götürülən xəstələrdə insultun inkişafı, diabetik ölüm,
ürək çatışmazlığının inkişaf tezliyi, görmənin zəifləməsi
və göz, böyrək və sinir sisteminin pozulmaları riski
kəskin surətdə azalmışdı.
BU TƏCRÜBƏLƏR SİZƏ NƏ VERƏ BİLƏR
Tibb işçiləri və ya sizi müayinə edən həkimdən bunun
sizə əhəmiyyəti barədə soruşa bilərsiniz. Ola bilsin
ki, siz də sərt diabet kompensasiyası, qan təziqinə
ciddi rejimə və ya digər rejimə keçmək haqda fikirləşirsiniz.
Sərt kompensassiya (ciddi rejim) sizin qan təzyiqinizin
və qanda qlükozanın səviyyəsinin normallaşmasına xidmət
edəcəkdir.
Nəzarətin bir neçə üsulu vardır. Siz və tibb işçisi
və ya sizi müayinə edən həkimlə birlikdə uyğun plan
tərtib etməlisiniz. Əgər siz ciddi nəzarət metodunu
seçmisinizsə, ağırlaşmalar inkar edilmir, sadəcə onlar
çox yüngül olacaq və zəif inkişaf edəcəklər. Əgər ağırlaşmalar
artıq baş veribsə, ciddi nəzarət rejimində onların qarşısı
qismən alınacaq.

AĞIRLAŞMALARLA NECƏ MÜBARİZƏ APARMALI
Ağırlaşmalar haqqında bütün mümkün məlumatları toplayın.
Nə qədər çox öyrənsəniz, bir o qədər böyük nəzarət hiss
edəcəksiniz. Yaxın və qohumlarınızla tez-tez danışın.
Onlara nə baş verdiyini, sizə kömək etmək məqsədi ilə
nə edə biləcəklərini soruşun.
Məsləhətxanalara müraciət edin. Əgər sizə yaxın və qohumlarınızla
ünsiyyətdə çətinlik varsa, solial işçilər və ya psixoloqlar
bu mənada kömək edə bilərlər. Dəsdək qrupuna üzv olun.
Eyni ağırlaşmalara sahib digər şəxslər sizə mənəvi dayaq
dura bilərlər. Bundan başqa onlar sizə müalicə və ya
həkim haqda əvəzsiz məsləhət verə bilərlər. Sizə müayinə
edən tibb işçisi və ya Diabetik Assosiasiyasının yerli
nümayəndələri dəsdək qrupu tapmaqda kömək eəd bilər.
Mütəxəsisin qəbulunda olun. Düşünün, sizin ağırlaşmalarınızla
məşğul olan mütəxəsisə müraciət etməyə dəyməzmi? Sizi
müalicə edən həkim kimə müraciət etməli olduğunuzu deyə
bilər1.
Müalicə haqda sual verməkdən çəkinməyin. Müalicənin
hansı növləri vardır ? Bu və ya digər müalicənin hansı
mənfi təsirləri vardır? Bu tip xəstələrdən neçəsi sağalmışdır
? Onların sonrakı taleyi necə olub ?
Alternativ fikiri öyrənməyə çalışın. Öz tibbi sığortanızı
yoxlayın. Bu alternativ həkim məsləhətinə bəs edərmi
?
Sizin ağırlaşmalarınızla məşgul olan təşkilat axtarın.
Milli böyrək fondu, Amerika gözdən əlillər fondu, milli
amputantlar fondu kimi təçkilatlar belə proqram və xidmətlərə
malikdirlər. Bu təşkilatlar haqda daha çox öyrənmək
üçün İnternetdən və ya “Təşkilatlar ensiklopediyası”
nda axtarış aparın. Bu əksər kitabxanaarda mövcuddur.
Pozitiv düşünün. Özünüz və öz həyatınız barədə yaxşı
düşünsəniz, bu, sizin həyatınızı xoşbəxt və daha da
uzunömürlü edər. Əksinə, əgər, sizi narahat edən və
xoşunuza gəlməyənlər haqda çox düşünsəniz bu, sizin
və yaxınlarınızın onsuz da çətin həyatını bir az da
çətin edər.
Başlanğıca
AYAQLARA QULLUQ
Diabetli xəstələrdə ayaqlarla əlaqədar, bəlkə də nəzərə
almadığınız və sonradan ciddiləşən çox saylı problemlər
meydana çıxır.
SİNİRLƏRİN ZƏDƏLƏNMƏSİ
Sinirlərin zədələnməsi sayəsində ayaqlarınız isti, soyuq
və ağrıya qarşı hissiyat zəifləyə bilər. Tər ifrazını
tənzimləyən sinirlər zədələnə bilər. Tərləmənin pozulması
ayaqlarınızın quru və kobud olmasına gətirə bilər. Dəri
çatlamış və soyulmuş olacaq. Sinirlərin zədələnməsi
ayaq pəncəsinin deformasiyasına səbəb ola bilər. Barmaqlar
yuxarıya doğru əyilə bilərlər. Pəncə yumaqcıqları xaricə
doğru yerdəyişmə edə bilərlər. Ayaq tağı yuxarı qalxa
bilər. Bu səbəblərə görə sizin pəncənizin bəzi hissələrinə
düşən ağırlıq artır. Bu hissələrdə döyənəkləşmə və döyənək
əmələ gəlməsi vəziyyəti bir qədər yüngülləşdirəcəkdir
(aşağıya bax).
.jpg)
Əgər təzəliklə ayaqlarınızda hissiyatın zəifləməsini
müşahidə etmisinizsə,
• Ayaqyalın gəzməyin. Əks təqdirdə pəncələrinizi özünüz
də hiss etmədən zədələyə bilərsiniz. Əgər üzmək və ya
ayaqlarınızı suya salmaq istəyirsinizsə, bu məqsədlə
istifadə olunan xüsusi ayaqqabıdan istifadə edin.
• Ayaqqabını geyməzdən əvvəl ona diqqətlə baxın. Ayqqabıda
daş, mismar və kənar cismlər olmadığına əmin olun. Ayaqqabının
daxili hamar, yümşaq və kəskin kənarsız olmalıdır.
Əgər ayaqlaınızda kəskin tərləmə varsa,
• Tərləmənin qarşısını almaq üçün çalışın öz corabınızın
altından təri hopdurmaq üçün ipək sadə polipropilenli
corab geyəsiniz. Ayyaqqabınızın sizə iki corab geyməyə
mane olmadığına əmin olun.
Əgər pəncələriniz quru və qıcıqlandırıdırsa,
• Gündə iki dəfə nəmləndirici istifadə edin. Lakin ayaq
barmaqlarının arasına bu vasitə məsləhət deyil, belə
ki, bu , infeksiya əmələ gəlməyə səbə ola bilər.
• Ayaqlarınızı islatmayın. Bu dərinin qurumasına gətirib
çıxarar. Əgər ayaq pəncəsinin forması dəyişilibsə
• Sizi diabetdən müalicə edən həkim və ya ayaqlar üzrə
mütəxəsisdən xüsusi ayaqqabı soruşun.
.jpg)
BƏRKİMƏ VƏ DÖYƏNƏK
Mütəmadi təzyiq və qıcıqlanma döyənəyin əmələ gəlməsinə
və dərinin qalınlaşmasına şərait yaradır. Bərkimə ayaq
barmaqlarında döyənəkdir. Əgər qamətiniz düz deyilsə,
pəncələrdə döyənək əmələ gəlmə labüddür. Döyənək əleyhinə
bir çox vasitələrdən istifadə edə bilərsiniz.
Ayağınızda həmişə corab olmalıdır. Ayaqqabı ayağa rahat
olmalıdır. Ayaqqabının ayağa rahat olmadan genişləndirməyə
cəht digər məsələdir. Ayaq barmaqlarının ayaqqabının
içərisində rahat hərəkətinə nail olmalısınız.
Ayaqqabı nazik dabanlı və qalın altlı olmalıdır. Qalın
altlıq amortizator funksiyasını yerinə yetirmiş olacaq
və ayağınızı qoruyacaq. Nazik daban olduqda bədən çəkisini
tarazlamaq asan olur.
Çalışın altlığı olan corablardan istifadə edəsiniz.
Bu tip corablar ayaqlarınızı qorumaqla bərabər təzyiq
salıcı effekt də verir. Əmin olun ki, ayaqqabı bu tip
corabla rahatdır. Əks halda sizə daha dərin ayaqqabı
lazım olacaqdır.
Çalışın şəp-şəpilərdən istifadə edəsiniz. Şəp-şəplərin
çəkini tarazlamaq məqsədi ilə istifadəsini sizi müalicə
edən həkim və ya ayaqlar üzrə mütəxəssisdən xəbər alın.
Əgər ayaqlarınızda bərkimə və ya döyənək əmələ gəlibsə,
onu müalicə həkimi və ya ayaq üzrə mütəxəsiss nəzarətdə
saxlamalıdır. Bərkimə və ya döyənəyi kəsməyə cəhd infeksiyalaşmağa
gətirib çıxara bilər. Döyənək və ya bərkiməni xüsusi
reseptsiz döyənək əleyhinə vasitələr dərini yandıra
bilər. Əgər döyənək ləgv edilməsə, o nəticədə çox qalınlaşa,
kobudlaşa və dağıla bilər.
AYAQLARDA XORA
Ayaq xoraları açıq yaralar və ya dəridə deşiklər şəklində
xarakterizə olunur. Onlar ən çox pəncə yastıqlarında
və ya baş barmağın altında formalaşır. Xoraya müalicə
olunmamış çatlar, döyənək və suluqlar səbəb ola bilər.
Ayaqların kənarında xoralara adətən dar ayaqqabı seçimi
səbəb olur.
.jpg)
sizdə xora əmələ gəlməsinin qarşısını aımaq olar, onun
üçün
• Ayaqqabını öz ölçünüzə uyğun geyin
• Təzə ayaqqabını gün ərzində bir neçə saatdan artıq
geyməyin
• Köhnə ayaqqabını və şap-şapı tullayın
• Corabınızın tikişsiz, deşilməmiş və düzgün quruluşlu
olmasına fikir verin
• Hər gün corabınızı dəyişin
• Corabı yüngül və rahat geyinin
• Ayaqqabını geyərkən daxilində çınqıl və ya digər predmetin
olmadığına əmin olun.
Xora ağrı verə bilər. Əgər sizdə sinirləriniz (aşağı
bax) zədələnibsə ağrı olmaya bilər. Əgər hətta xora
ağrımasa belə mütləq həkimə müraciət etmək lazımdır.
Əgər ağrıya məhəl verməyərək gəzməyə davam edirsinizsə
xora böyüyə və infeksiyalaşa bilər. İnfeksiyalaşmış
xora qanqrena və amputasiyaya səbəb ola bilər (bax aşağı).
QAN DÖVRANININ POZULMASI
Ayaq və pəncənin qan damarlarının zədələnməsi qan dövranının
pozulmasına səbəb ola bilər. Qan dövranının pozulması
nəticəsində sizin ayaqlarınızda üşümə ola bilər, göy
rəngli və ödemli görünə bilər. Əgər ayaqlarınız üşüyürsə:
• İsti corab geyinin
• İsidici, qızdırıcı balışcıqlar və ya elekrtoyorğan
istifadə etməyiniz məsləhət deyil. Onlar ayaqlarınızı
özünüz də hiss etmədən yandıra bilər.
• Ayaqlarınızı çox isti və çox soyuq sudan qoruyun.
Əvvəlcə suyu əl barmağınızla yoxlayın.
Əgər ayaqlarınız ödemləşirsə:
Çalışın ipli ayaqqabı geyinin. İpləri açıb, bağlamaqla
ayağınızı ayaqqabıya uyğunlaşdırın.
Qan dövranının pozulması xoranın infeksiyalaşmasına
və gec sağalmasına səbəb olur.
Bu, quru qanqrenanın əmələ gəlməsinə də səbəb olur (bax
aşağı). Ayaq və pəncənin qan dövranının pozulması əlamətlərinə
həssas olun.
Ayaq və pəncələrdə qan dövranı pozulmalarının əlamətləri
• Gəzərkən (istirahətdə olmamaq) bir və ya hər iki ayaqlarda
qıcolma və ya spazm (bu, “növbələşən axsama” adlanır).
• Sakit vəziyyətdə ayaq və pəncədə ağrı
• Parıldayan dəri
• Ayaq dırnaq lövhələrinin qalınlaşması
•
QANQRENA VƏ AMPUTASİYA
Qanqrena - bu toxumaların ölməsidir. İki növ qanqrena
mövcuddur: quru və yaş. Quru qanqrena ayaq qan dövranını
yaxşılaşdırma ilə müalicə olunur. Qanqrena nahiyəsinə
bakteriyanın sirayət etməməsi üçün antibiotik istifadə
olunur. İnfeksiya başlayanda qanqrena yaş qanqrena adlanır.
Yaş qanqrenanın amputasidan başqa müalicəsi yoxdur.
Amputasiya – bu ölmüş toxumaların kənar edilməsidir.
Bu, bir və ya bir necə barmağın, ayaq və onun hissələrinin
itirilməsi deməkdir.
Xüsusi qeyd. Amputasiyaya səbəb olan bütün diabetli
xəstələr siqaret çəkənlərdir. .jpg)
ÖZ AYAQLARINIZA NECƏ QULLUQ ETMƏLİ
Hər gün hər iki ayaqlarınızı yuyun. Hər iki ayağı diqqətlə
nəzərdən keçirin. Əgər siz zəif görürsünüzsə, yağşı
görmə qabiliyyətinə malik dost və ya yaxınınız bunu
sizin yerinizə etsin. Bir ayağı digəri ilə müqayisə
edin. Ayağın aşağı hissəsinə baxmaq üçün güzgüdən istifadə
edin.
Aşağıda qeyd olunan istənilən problemi izləyin:
Çapıq
Çat
Cırmaq yeri
Kobud dırnaqlar
Qızartı
Forma dəyişiklikləri
Soyuq sahələr
İsti sahələr
Xoralar
Dəri deşikləri
Qovuqlar
Dəri kəsikləri
Döyənəklər
Ödemlər
Rəngin dəyişilməsi
Ağrı
Hissiyatın itirilməsi
Quru olma
Qabığının soyulması
Ayaqlarınızı təmiz saxlayın.
Onları yaxşı-yaxşı yuyun və qurulayın. Barmaq aralarını
qurulamağı unutmayın. Ayaq dırnaqlarını kəsin. Dırnaqları
barmaq əyriliyinə qədər kəsin. Əgər tək bacarmırsınızsa,
bunu ailə üzvləriniz və ya tibbi işçisinə həvalə edin.
Mütəmadi ayaqların tibbi müayinəsini həyata keçirin.
Həkimə planlı vizit zamanı corab və ayaqqabılarınızı
çıxarın, həkimə ayaqların müayinəsini xatırladın. Qoy
sizin həkiminiz heç olmasa ildə bir dəfə ayaqlarınızda
qan damarlaını, sinir və əzələlərinizi müayinə etsin.
Qanda qlükozanın səviyyəsini özünüz üçün optimal dərəcədə
saxlayın. Əgər qanda qlükozanın səviyyəsi yüksəkdirsə,
ayaqlarınız daha çox zədələnib. Həkimi kursda saxlayın.
Ayaqlarınızdakı problem barədə - onların nə dərəcədə
olmasından aslı olmayaraq müalicə həkiminə müraciət
edin.
Başlanğıca
ARIQLAMA
Əgər sizdə artıq çəki varsa, ondan azad olmaq 2-ci tip
diabetin ən yaxşı müalicə tədbiridir.
Arıqlamaq sizin qan təzyiqinizi və ürək xəstəliklərinə
tutulma riskini, damarların zədələnməsini və qanda qlükozanın
səviyyəsini azaldacaq.
Qanda qlükozanın səviyyəsinə nəzarət sizə insulinin
və diabet əleyhinə tabletlərin dozasını azaldacaq qədər
lazımlıdır. Bəzən diabetin kompensasiyası üçün 5 kq
çəki azaltmaq kifayət edər. Sizə qulluq edən tibb işçisi
çəkinin ən optimal azaltma həddini tapmağa kömək edər.
Onlar sizə arıqlamaq üçün dieta təyin etərlər. Keyfiyyətli
müalicə üçün aröqlamanı planlaşdırın. Əvvəlcə ən yüngül
məsələri məqsəd seçin. Bunu üçün aylıq və ya həftəlik
çəki azaltmağı nəzərdə tutun. Hər dəfə məqsədə çatdıqda
özünüzü hər bir vasitə ilə - kitab, kompyüter diski
və ya qarderobunuz üçün yeni bir malla mükafatlandırın.
Özünüzü yeni arıqlama proqramına hazırlayın.
Arıqlamanın ən yaxşı yolu az yeyib, çox hərəkət etməkdir.
Optimal çəkini saxlamaq üçün isə ən yaxçı vasitə bu
iki adəti sonrakı sağlam həyat rejimində də saxlamanızdır.
.jpg)
NECƏ AZ QİDALANMALI
“Az yemək” “az kalori” qəbul etmək deməkdir. Ola bilər
ki, siz porsiyaları azaldarsınız. Yağların kaloriliyi
karbohidrat və zülallardan 2 dəfə coxdur. Ona görə siz
karbohidrat və zülal çox, yağ az qəbul etsəniz, az kalori
qəbul edərsiniz. Daha geniş məlumat almaq üçün “Rasional
qidalanma” məqaləsini oxuyun.
Qidaya aid məsləhətlər
• Yeməyi mətbəxdə saxlayın, stola verməyin. Belə olduqda
hər dəfə yemək üçün getmək asan olmayacaq.
• Yeməyi asta yeyin və yeyərkən aclıq hissi gəlməyənədək
dayanın. Bu, həddən artıq yeməyə imkan verməz.
• Yemək zamanı televizora baxmaq, kitab oxumaq, radioya
qulaq aslaq olmaz. Bütün bu məşğuliyyətlər fikrinizi
yayındırar və toxluq hissini unutmuş olarsınız.
• Xahiş edin ailə üzvlərindən biri süfrədə qalmış yemək
artıqlarını tez yığışdırsın. Bu, sizi əlavə yeməkdən
yayındırar.
• Yeməkdən dərhal sonra dişlərinizi fırçalayın. Bu,
ağızdan qida dadının gəlməsinə imkan verməz və yemək
yadınıza düşməz.
• Ərzaq mağazasına acqarına getməyin. Əks halda daha
çox və ya qida rejiminizə uyğun olmayan ərzaq alacaqsınız.
• Mağazaya getməzdən əvvəl nədən nə qədər aacağınızı
özünüzə yazın. Bu cədvələ ciddə əməl edin.
• Qidanı göz qabağında saxlamayın.
Səhər tezdən bir qədər qida qəbul edin. Bu, yağlı yemək
yeməyin qarşısını alacaq.
Yemək vaxtını ötürməyin, bu, növbəti yemək vaxtı çox
yeməyin qarşısını alar.
Hər gördüyünüzü yeməyin. Bu digər yeməklərə də həvəsi
atrıracaq. Çalışın yemək porsiyalarının miqdarını azaldın
və ya həftə ərzində daha az qəbul edin.
DAHA ÇOX HƏRƏKƏT ETMƏK ÜÇÜN NƏ ETMƏLİ
Hərəkət çəkinizin azalmasına və kalori itkisinə səbəb
olur. Əgər uzun müddət idmanla məşğul olursunuzsa, hətta
sakit vəziyyət də belə kalori itirəcəksiniz.
Müxtəlif hərəkətlər nəticəsində müxtəlif miqdarda kalori
itkisi baş verir. Bəziləri çəki azaltmaq üçün daha səmərəlidir:
xizək sürmə, gəzinti, üzgüçülük, velosiped sürmə və
yüngül aerobika.

İdman hərəkətlərini orta templə davam etmək lazımdır
ki, bu, daha uzun müddətli olsun. Yüksək templə idman
edərkən tez yorulacaqsınız və istənilən miqdarda kalori
itkisi olmayacaq. Nə qədər çox idman etsəniz, bir o
qədər çox kalori itirə bilərsiniz.
Əvvəlcə gün ərzində beş dəqiqəlik gəzinti ilə başlamaq
məsləhətdir. Yeni həftədə beş dəqiqəni keçməyin. Çalışın
ki, gündəlik gəzintini 45-60 dəqiqəyə kimi uzadasınız.
Bunu həftədə ən azı 4 dəfəyə edin.
Daha çox kalori itirmək istəyirsinizsə, gün ərzində
müxtəlif aktivlikli idman hərəkətləri edin. Maşınla
gəzməkdən uzaq olun, piyada gəzməyə meylinizi artırın.
Liftdən istifadə etməyin, pilləkənlərlə hərəkət edin.
Televizora baxmaq əvəzinə rəqs meydanlarında olun. İdman
hərəkətləri haqqında əlavə məlumat almaq üçün “fiziki
aktivlik” məqaləsini oxuyun.
Həvəsləndirmək üçün məsləhətlər
Məşq və hərəkətlərin könlünüzə xoş olanını seçin
Məşq və hərəkətlər üçün özünüzə uyğun yer və vaxt təyin
edin
Məşq və hərəkətlərin maddi durumunuza uyğun olanını
seçin.
Çəkiniz bərədə narahat olmayın. Sizdə piy toxuması əzələ
toxumasına keçməsi baş verəcək. Belə ki, əzələlər piyərdən
daha çox çəkiyə malikdirlər.
Bədən ölçülərinizi ölçü lenti ilə yoxlayın. Bir müddətdən
sonra düzgün bədən quruluşuna malik olacaqsınız.
OPTİMAL ÇƏKİNİ NECƏ SAXLAMALI
Siz istədiyiniz çəkiyə artıq sahib oldunuz, indi ən
çətini başlayır – çəkini optimal saxlamaq. Belə ki ,
çəkini optimal saxlamaq çəki azaltmaqdam çətindir
Çoxlarında artıq çəki yenidən qayıdır. Bir çoxları hətta,
əvvəlki başlanğıc çəkidən artıq olurlar.Bu ona görə
baş verir ki, insanlar çəkilərini azaltdıqdan sonra,
öz əvvəlki həyat tərzinə və adətlərinə qayidirlar. Arzu
olunan çəkini saxlamaq üçun yeni qazandığıniz qida və
hərəkət rejimini daim saxlayın.Sizin uduşunuz o olacaqdır
ki, yəqin ki, siz daha yaxşı görünəcəksiniz və özünüzü
daha yaxşı hiss edəcəksiniz.
Başlanğıca
Alkoqol və DİABET
Alkoqolun bir vahidi (porsiyası) tərkibind 10 q alkoqol
olan içgilər- 250 ml pivə (4.5% -li), 100 ml turş çaxır,
30 ml araq (40%) sayılır.
Əgər sizin diabet yaxşı kompensassiya olunubsa və siz
ağırlaşmalardan əziyyət çəkmirsinizsə, yeməkdən əvvəl
və ya yemək ərzində qəbul edilən 1 -2 porsiya alkoqolun
sizin qanınızda qlükozanın səviyyəsinə kiçik təsiri
olacaq. Ancaq antidiabetik həblərdən və ya insulindən
istifadə etdikdə, həmçinin fiziki fəaliyyət zamanı və
ya ondan əvvəl hətta 2-3 alkoqol vahidi (porsiyası)
boş mədəyə qəbul etdikdə qlükoza səviyyəsinin kəskin
azalmasına-hipoqlikemiyaya səbəb ola bilər.
ALKOQOL VƏ QANDA QLÜKOZA
İnsulin sizin qanda qlükozanın səviyyəsini endirir.
Diabetin müalicəsində işlədilən bəzi həblər(sulfanil
sidik cövhəri törəmələri, meqlitinidlər) orqanizmi qan
qlükozası səviyyəsini endirmək üçün daha çox insulin
ifraz etməyə məcbur edir. Fiziki iş insulinin qanda
qlükozanın səviyyəsinin aşagı salmasını daha effektiv
edir . Adətən, əgər qlükoza səviyyəsi həddindən artıq
aşağı düşürsə, qara ciyər qanı qlükoza ilə təmin edir
(qara ciyər qlikogen adlandırılan öz qlükoza mənbəyinə
malikdir) . Buna baxmayaraq, qanda alkoqol-daha doğrusu
zəhər olanda, qara ciyər hər şeydən əvvəl ondan azad
olmaq üçün çalışır. Nə qədər ki, qara ciyər alkoqol
ilə məşğuldur , o qanda qlükozanın səviyyəsinin təhlükəli
səviyyələrə düşməsinə imkan verə bilir.

QANDA QLÜKOZAİN TƏHLÜKƏLİ SƏVİYYƏYƏ ENMƏSİNİN-HİPOQLİKEMİYANIN
QARŞISINI NECƏ ALMAQ OLAR
-Əgər siz alkoqol içirsinizsə mütləq yüngül qəlyanaltı
edin
-Qanda qlükozanızı alkaqol qəbulundan əvvəl, qəbul dövründə
və sonra yoxlayin. Qanda qlükozanın miqdarı alkoqolun
qəbulundan 8-12 saat sonra da aşağı düşə bilər.
-Alkoqolun qəbulu kişilər üçün günə 2 porsiya alkoqol,
qadınlar üçün 1 porsiya alkoqoldan artıq olmalı deyil.
Əgər alkoqol qəbulundan sonra sizdə qanda qlükozanın
səviyyəsi azalıbsa, ətrafdakılar alkaqol iyini hiss
edərək, sizin sərxoş olduğunuzu fikirləşə bilər. Sərxoşluğun
və hypoqlikemiyanın əlamətləri eynidir. Onlara deyin
ki, sizdə qanda qlükozanın səviyyəsi azalmışdır. Onlara
izah edin ki, onlar sizə necə kömək edə bilərlər. Sizin
diabet olmağınızı göstərən tibbi birka daşıyın. Əgər
siz danışa bilmirsinizsə, bu kömək edəcək.
Əgər siz alkoqol qəbulundan sonra sükan arxasında oturursunuzsa
və siz qanda qlükozanın aşağı səviyyəsinə maliksinizsə,
siz sərxoş aftomobil sürdüyünüz üçün məhkəməyə cəlb
edilə bilərsiniz. Siz hətta bədbəxt hadisə də törədə
bilərsiniz. Əgər siz bir az içdinizsə, sükan kiməsə
həvalə olunmalıdır. Məsul şəxsi əvvəlcədən seçin.

ALKOQOL VƏ AĞIRLAŞMALAR
Alkoqol diabetdə sinir zədələnmələrini və göz xəstəliklərinin
inkişafını sürətləndirə bilər, həmçinin qan təzyiqini
və qanda lipidlərin səviyyəsini yüksəldə bilər. Əgər
siz yuxarıdakı hər hansı bir ağırlaşmadan əziyyət çəkirsinizsə,
sizin sağlamlığınıza qayğı göstərən həkimlərinizdən
sizə alkaqol qəbul etmək olarmı və onun miqdarı nə qədər
olmalıdır məsləhətini alın.
ALKOQOL VƏ SİZİN QİDALANMA REJİMİNİZ
Yadda saxlayın ki, adi pivə, şirin şərablar və sərinləşdirici
yüngül spirtli içgilər qanda şəkəri şəffaf pivədən,
turş çaxır və tünd spirtli içgilərdən (araq, şotlandiya
viskisi və viski kimi), daha çox qaldırır, çünki birincilərdə
daha çox karbohidratlar vardır. Karbohidratlar, qanda
qlükozanın səviyyəsini artıran mühüm qida maddələrir.
Əgər siz çəkinizə nəzarət edirsinizsə, yadda saxlayınız
ki, alkoqollu içkilərın bir porsiyası 60-dan 300 kaloriyaya
qədər özündə saxlaya bilər. Tək porsiyaların sayının
azaldılması və ya içkinin başqa tipinə keçmək, sizə
arıqlamağa kömək edə bilər.
|