“Işlək təzyiq” olmur
Bir çoxları belə güman edirlər ki, əgər onlar
yüksək təzyiqi yaxşı keçirirlərsə, narahatçılıqları
olmursa, onda müalicəyə ehtiyac yoxdur, arterial
hipertoniyaya qarşı preparat qəbul etmək lazım
deyildir. Lakin yüksək arterial təzyiqin (AT)
yaxşı keçirilməsi zamanı dərman qəbulundan imtina
etmək ən yayılmış yanlış fikirdir. Yadda saxlamaq
lazımdır ki, hipertoniyanın ağırlaşma riski (insult,
miokard infarktı, böyrək çatmamazlığı, görmənin
zəifləməsi) yüksək AT hiss edən (baş ağrıları,
baı gicəllənmə, ürək nahiyəsində ağrı) və yüksək
AT elə bir şikayətlərlə müşahidə olunmayan insanlarda
eyni dərəcədə yüksəkdir. Dunya statistikası göstərir
ki, yüksək AT olan şəxslərin 50%-inin bu haqda
heç bir xəbəri yoxdur. Çox vaxt yüksək, bəzən
isə həddən yüksək AT təsadüfən başqa xəstəlik
münasibəti ilə həkimə müraciət etdikdə, dispanserizassiyada,
cərrahi əməliyyata hazirliq zamanı təsadüfən aşkara
çıxrılır.
“Işlək təzyiq” olmasını yadınızdan çıxarın!
Həkimlərə çox vaxt özünü 200/110 mm c. s. AT-də
özünü tamamilə yaxşı hiss edən, AT-i 250/130 qalxdıqda
isə, bir qədər başı ağrıyan xəstələr rast gəlir.
Belə xəstələri müalicəyə başlamağı inandırmaq
çox çətindir, çünki onlar tamamilə inanırlar ki,
200/110 mm c. s. onlar üçün “işlək təzyiqdir “.
Və belə xəstələr mütləq AT-i norma həddinə salmalıdırlar,
çünki bu zaman onlarda ürəyin, böyrəyin, baş beyinin
zədələnmə riski və vaxtından əvvəl ölüm aradan
götürülür. Müalicədən imtina etmə bu riski çox
güclü artırır.
Uzun müddət belə hesab edirdilər ki, insan yaşlaşdıqca
sistalik (yuxarı) təzyiqin normal göstəriciləri
yüksəlir (160-170 mm c. s-na qədər). Doğrudan
da, sistolik AT 60-70 yaşlarda aterosklerozun
proqresləşməsi ilə əlaqədar çox vaxt yüksəlir.
Bəzi müəlliflər hipertoniyanın bu formasını “aterosklerotik
arterial hipertenziya “, “izolə olunmuş sistolik
hipertenziya“ adlandırırlar. Hal-hazırda şübhəsiz
sübut olunmuşdur ki, belə hipertenziya da müalicə
olunmalıdır. AT-in belə xəstələrdə normallaşdırılması
ağırlaşmaların tezliyini, həmçinin ürək-damar
xəstəliklərindən ölümü azaldır.
Geriyə