Faydalı xurma
Oktyabr, noyabr aylarinda bağlarda xurma yetişir
və bazarlarda , mağazaların piştaxtalarında xurma
bolluğu gözə çarpır. Məlum olub ki, xurma nəinki
dadlı, həm də çox faydalı meyvədir. Xurmanın vətəni
Çin olub, oradan o, Şərqi Asiyaya yayilmış, sonra
isə Yaponiyada yetirişdirlməyə başlanmışdır. Azərbaycanda
da xurma çox geniş yayılmış və istifadə olunur.
Yalnız 19-cu əsrinin sonunda xurma haqqında bütün
dünya bilmişdir. Xurma almadan 2 dəfə çox qida
lifləri və faydalı mikroelementlərə malikdir.
Onda həmçinin çoxlu miqdarda antioksidantlar da
vardır. Xurma meyvəsində çoxlu maye, zülallar,
karbohidratlar, üzvü turşular, aşı maddələr vardır.
Bu meyvə həmçinin kali, kalsi, maqni, fosfor və
dəmirlə, A, C , P vitaminləri ilə zəngindir. Xurma
dietik ərzaq olub, həzm pozğunluğunda tərkibində
pektin olduğu üçün çox xeyirlidir. O, xalq tababətində
mədə xəstəliklərinə istifadə olunur. Tərkibində
çoxlu miqdarda şəkərlər, əsasən qlükoza və fruktozanın
olması ürək damar sisteminə yaxşı təsir ğöstərir
və ürək əzələsini qidalandırır və bu zaman qlükozanın
qanda səviyyəsi həddindən çox yüksəlmir. lakin
şəkərli diabetdə xurma qəbul etmək olmaz. Xurmada
olan maqni böyrəklərdə daş əmələ gəlmə ehtimalını
azaldır, vitamin A isə xərçəngdən müdafiə edir.
Vitamin S və P damarların zəifliyini azaldır.Xurma
sidik qovucu və tonuslayıcı xüsusiyyətinə malikdir.
Əsəb sistemini sakitləşdirir, iş qabiliyyətini
artırır. Bağırsaq və qızılı stafilokklara qarşı
bakterisid təsirə malikdir. Soyuqdəymə zamanı
3,5 xörək qaşığı ilə qatışdırılmış bir yetişmiş
xurmanın şirəsi ilə boğazı yaxalamaq faydalıdır.
Xurmanı kosmetik məqsədlərlədə istifadə etmək
olar. Xurmanın içindən və və yumurta sarısından
hazırlanmış maska genişlənmiş üz masamələrdə və
üzdə qara nöqtələrdə kömək edir.Beləliklə, xurma
ürək- damar xəstəliklərinin profilaktikasında
faydalıdır, həzmi yaxşılaşdırır və tərkibində
çoxlu mikroelementlər vardır. Gündə bir- iki xurma
yeyərək, biz yalnız həzz almırıq, həm də öz qidamızı
faydalı maddələrlə zənginləşdiririk.
Geriyə