Arterial təzyiq haqqında
Arterial təzyiqi həkimlər dünyada ən çox yayılmış
xəstəlik hesab edirlər. Rusiyada bu xəstəlikdən
əhalinin 40%-i əziyyət çəkir, onun nəticəsində
isə hər il bir milyon insan ölür.
ARTERİAL HİPERTONİYA bir “ yığın” xəstəliyin inkişafına
səbəb olur.Lakin birinci növbədə ən həyatı vacib
orqanlara- ürəyə, baş beyinə, böyrəklərə, gözlərə
zərbə vurur.
Həmin orqanlar hipertoniya xəstəliyi nəticəsində
o qədər çox zərər çəkirlər ki, kardioloqlar hətta
onları “hədəf- orqanlar“ adlandırırlar. Bu qorxulu
xəstəlikdən özünü necə qorumaq olar?
Müntəzəm öz təzyiqinizə nəzarət edin
Hətta sizin təzyiqiniz heç vaxt yuxarı olmayıbsa
belə, profilaktik məqsədlə ildə onu bir dəfə də
olsa ölçün. Bunu siz həkimə müraciət etməklə və
ya ev şəraitində avtomatik tonometrin köməyi ilə
edə bilərsiniz. Istənilən yaş və cins üçün təzyiqin
normal səviyyəsi 100-139/60-89 mm.c. s. qəbul
olunmuşdur.Əgər təzyiq 120/85 mm. c. s. səviyyəsindədirsə,
həkimlər bunu optimal göstərici hesab edirlər.
Əgər ölçmə vaxtı sizin təzyiqiniz 139/89 təyin
olunubsa, bu sizə öz təzyiqinizə nəzarət etməyə
səbəbdir. Lakin sizin təzyiqiniz 140/90 və ondan
yuxarıdırsa, siz kardioloqa və ya sahə həkiminə
müraciət etməlisiniz.
Həkimin bütün məsləhətlərinə əməl edin!
YADDA SAXLAYIN, hipertoniyanın müvəffəqiyyətli
müalicəsi yalnız müalicə həkimindən yox, həm də
sizin özünüzdən asılıdır. Mütləq həkimin sizə
təyin etdiyi bütün lazım olan müayinələrdən keçin:
qanın və sidiyin ümumi analizini verin, elektrokardioqrafiya
etdirin. Müntəzəm olaraq təyin olunmuş bütün dərmanları
qəbul edin. Və özünüzü, adət etdiyiniz həyat tərzini
həkimin dəyişmək tələbinə hazırlayın.
Düzgün qidalanın!
Posiyentin çəkisi ilə arterial təzyiqin səviyyəsi
arasında bir başa əlaqə vardır. Qeyri – səmərəli
qidalanan, duzlu və yağlı qidalardan, alkaqoldan
sui-istifadə edən, artıq çəkisi olan insanlarda
hipertoniya 5-6 dəfə çox inkişaf edir. Kardioloqlar
görüblər ki, çəkinin 10 kq artması təzyiqin 2-3
mm civə sütunu artmasına gətirib çıxarır. Bundan
başqa, çox saylı elmi tədqiqatlarla təyin olunub
ki, həddindən çox xörək duzunun işlədilməsi arterial
təzyiqin yüksəlməsinə gətirib çıxarır. Duza xüsusi
ilə, artıq çəkili posiyentlər və yaşlı adamlar
həssasdır. Bir gündə 2 qramdan artıq duz işlətməyin
və çalışın ki, öz rasionunuzdan həddindən çox
duz olan ərzaqları çıxarasınız.
Fiziki aktiv olun!
Muntəzəm fiziki fəaliyyət hipertoniyanın həm
profilaktikası, həm də onun müalicəsi üçün vacibdir.
Normal təzyiqli, az hərəkətli həyat tərzi keçirən,məşq
etməyən insanlarda arterial hipertoniyanın inkişaf
riski, aktiv insanlara nisbətən 20-50% yüksəkdir.
Hətta sürətli yeriş, sağlamlaşdırıcı qaçış, həftədə
3-5 dəfə yarımsaatlıq üzgü kimi mötədil fiziki
məşqlər arterial təzyiqi 5-10 mm. c. s. aşağı
sala bilər. Lakin ağır statik fiziki yüklər, məsələn
ştanqa ilə məşğul olmağı həkimlər hipertoniklərə
məsləhət görmürlər; ağırlıq qaldırma təzyiqi artırır.
Zərərli adətlərdən qurtulun!
Arterial təzyiqə siqaret çəkmə və alkaqoldan
sui-istifadə etmə mənfi təsir göstərir. Siqaret
tüstüsündə olan nikotin həyacanlandırıcı və oyadıcı
təsir göstərir, ürəyin işini artırır, damarların
daralmasına səbəb olur, arterial təzyiqi artırır.
Həkimlər xəbərdarlıq edirlər ki, siqaret çəkmə
hipertoniklərdə ürəyin işemik xəstəliyi və beyin
insultu riskini 2-3 dəfə artırır. Hər dəfə siqaret
çəkəndə bunu yadınıza salın!
Geriyə