23.04.2024

www.diabet.az | farhad@diabet.az | +99450 3103295

geanta piele naturala intoarsa

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Bədən kütləsi indeksi

Boyunuz:
Cm
Çəkiniz:
Kg
Sizin bədən kütləsi indeksi:
0
joomla module body mass index

Bədən kütləsi indeksi

20,0-24,9 - Norma

25-29,9 - Artıq bədən çəkisi

30-34,9 - I dərəcəli piylənmə

35-39,9 - II dərəcəli piylənmə

40 və artıq - III dərəcəli piylənmə

Diabet xəstəlik deyil, həyat tərzidir!

accordion menu joomla

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

AZ HƏRƏKƏTLI HƏYAT TƏRZİ PSİXIKAYA TƏSİR EDİR.

yt

Fiziki aktivliyin çatışmamazlığı yalnız artıq çəkinin yaranmasıdan əlavə, həm də psixi pozğunluqlara-depressiyadan tutmuş ciddi psixi xəstəliklərə kimi səbəb ola bilər. Bu nəticəyə Britaniya alimləri gəliblər. Onların məlumatlarına əsasən Britaniyada yalnız kişilərin 35 %-i, qadınların isə 25 %-i mütəxəssislər tərəfindən məsləhət görülən fiziki aktivlik normasını yerinə yetirirlər.

İdman psixalogiyası üzrə mütəxəssis olan professor Nanett Matray qeyd edir ki, insanlar yalnız bu yaxınlarda az hərəkətli həyat tərzi ilə psixi pozğunluqlar arasında əlaqəni müşahidə etməyə başlayıblar. “Və indi bizim çox samballi dəlillərimiz vardır ki, fiziki aktivlik depressiyanın qarşısını ala bilər” - N. Matray söyləyir.

Aparılmış tədqiqatların nəticələri göstərir ki , az hərəkət edən şəxslərin depressiyaya düşmək şansı, çox hərəkətli insanlara nisbətən iki dəfə yüksəkdir. Bundan əlavə professor qeyd edir ki, çox ehtibarlı məlumatlar var ki, fiziki fəaliyyət depressiyaya qarşı çox yaxşı dərmandır.

Bristol universitetinin tədqiqatçıları təyin ediblər ki, fiziki aktivlik Alçsheymer xəstəliyinin inkişaf riskini 30% azaldır. Alimlər hələlik belə bir əhəmiyyətli effekti izah edə bilmirlər, lakin güman edirlər ki, buna ürək – damar sisteminin funksiyasının yaxşılaşması, həmçinin baş beyində kimyəvi proseslərin dəyişməsi səbəb olur. Britaniya qidalanma problemləri təşkilatının baş direktoru Judi Battriss söyləyir ki, son illər dövlət səmərəli və sağlam qidalanmanin təbliğinə üstünlük verir.O qeyd edir ki, “lakin indi elə üsullar tapmaq lazımdır ki, insanlara fiziki aktiv olmaqda kömək etsin və onlar öz sağlamlıqlarını və həyat keyfiyyətlərini ahıl yaşlara kimi qoruyub saxlaya bilsinlər”.

Böyük Britaniya Səhiyyə nazirliyinin tövsiyyəsinə əsasən yaşlı adamlar həftədə 5 gün gündə 30 dəq. fiziki aktivliklə məşğul olmalıdırlar. Təşkilatin məlumatına görə bu tövsiyyəni yaşlı əhalinin əksər hissəsi yerin ə yetirmir. Bu xoşagəlməz tendensiya uşaqlar arasında da müşahidə olunur, belə ki, onlar idmandan daha çox az aktiv məşğələlərə üstünlük verirlər. Hal- hazırda məlumdur ki, nazirliyin tovsiyyə etdiyi fiziki aktivlik normasını oğlanların 30%-i, qızların isə 40%-i yerinə yetirmir.

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla